18/06/2026
Bu gün SAĞLAM AİLƏ Tibb Mərkəzinin Baş direktoru, hər birimizin fəaliyyətinə işıq tutan dəyərli rəhbərimiz Vüqar Eyvazovun doğum günüdür.
İllər öncə atılan o ilk addım bu gün minlərlə insanın sağlamlığına və təbəssümünə vəsilə olan böyük bir dəyərə, ailəyə çevrildi. Bu böyük və xeyirli missiyanın arxasında isə həm peşəkar bir rəhbər, eyni zamanda hər bir əməkdaşına fərdi diqqət göstərən, iş mühitini bizə doğma edən böyük bir ürək dayanır.
Hörmətli Vüqar Eyvazov, bizi bir ailə kimi eyni amal uğrunda birləşdirdiyiniz, bizə güvəndiyiniz və adımız kimi sağlam, mehriban bir mühit yaratdığınız üçün Sizə minnətdarıq. Sizə ilk növbədə möhkəm can sağlığı, tükənməz enerji və bol nailiyyət arzu edirik!
Sizin peşəkarlığınız və liderliyinizlə Mərkəzimizin daha neçə-neçə uğurlara imza atacağımıza əminik!
Doğum gününüz mübarək! 💙