31/03/2022
Bugün sizinlə çox önəmli bir xəstəlik və onun yaranma səbəblərindən danışacam.Öncəki postlarımda da bildirmişdimki,bir çox xəstəliklərin yaranma səbəbi də,sağalması da qidalanmamıza bağlıdır.Diabet də günümüzün ağır problemlərindəndir.Təəssüflər olsunki,artıq uşaqlar arasında da bu xəstəlik geniş yayılıb.Bəs necə yaranır?Kimlər risk faktoru hesab olunur?
✨️Bu xəstəlik bədənin qandakı şəkərin hamısını,yəni qlükozanı emal edə bilmədiyi vaxt yaranır.Daha açıq danışımki,bədənimiz yediyimiz karbohidratları şəkərə parçalayır.Mədəaltı vəzimizdə əmələ gələn insulin hormonu bədən hüceyrələrinə həmin şəkəri enerjiyə çevirmək göstətişi verir.Diabetin yaranmasına isə insulinin hasil olunmaması və ya hormonun funksiyasını yerinə yetirməməsi səbəb olur.Nəticədə qanda şəkərin miqdarı artır.✨️Diabetkn bir neçə tipləri var. 1-ci ,2-ci tip diabet,hamiləlik diabeti,Bunlar haqqında daha ətraflı danışarıq.🙏Bəs Diabetin əlamətləri nələrdir?
🔸️Mütəmadi susuzluq hissi
🔸️Normadan çox sidiyə çıxmaq
🔸️Yorğunluq hissi
🔸️Səbəbsiz yerə çəki itirilməsi və ya artması
🔸️Kandidoz
🔸️Görmə qabiliyyətinin azalması
🔸️Dəridə olan yaraların,kəsiklərin gec sağalması
Ölkəmizdə və dünyada bu xəstəliklə yaşayan milyonlarca insan var.Daha çox genetik faktorlarla əlaqəli olsa da ,günümüzdə irsi heç bir diabet xəstəliyi olmayan birində belə bu problemə rast gəlinir.Hər il bu xəstəlikdən həyatını itirənlər də az deyil.Sizdə də bu simptomlar varsa mütləqdirki bir ailə həkiminizə danışıb analizlər verəsiz.Əgər sizdə şəkər təyin olunarsa o zaman həyatınızı tamamilə dəyişərək yaşamanız vacibdir.Xəstəlik ölüm səbəbi deyil .Əsas olan bu probleminiz varsa onunla yaşamağı öyrənmənizdir.Növbəti postlarımda Diabet növləri haqqında və necə bununla başa çıxarıq o haqda danışacam.
Sağlıqla qalın.✌️