28/09/2026
Sağlamlığınızı nə vaxta qədər təxirə salacaqsınız?
Gündəlik qaçhaqaç, iş rejimi və “sabah edərəm” düşüncəsi... Çox vaxt özümüzə və sağlığımıza vaxt ayırmağı planlarımızın ən sonuna saxlayırıq.
Lakin unutmayın ki, bir çox ginekoloji xəstəliklər ilkin mərhələdə heç bir ağrı və ya narahatlıq yaratmadan irəliləyir. İldə cəmi 1 dəfə keçəcəyiniz profilaktik müayinə, gələcəkdə qarşılaşa biləcəyiniz böyük risklərin qarşısını almaq üçün kifayətdir.
Sağlamlıq təxirə salınacaq bir seçim deyil — o, bu gün atacağınız kiçik bir addımla qorunur.
📌 Özünüzə dəyər verin, profilaktik müayinənizi bu gün planlaşdırın.
SağlamQadın