TƏBİB Akademiyası

TƏBİB  Akademiyası Akademiya Yeni Klinika tibb müəssisəsinin nəzdində fəaliyyət göstərir.

Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında rezidentlərin ixtisaslarına uyğun olaraq nəzəri bilik və p...
12/05/2026

Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında rezidentlərin ixtisaslarına uyğun olaraq nəzəri bilik və peşə vərdişlərinə yiyələnməsi məqsədilə may ayı üçün təşkil olunan tədris proqramını təqdim edirik:

14.05.2026 Psixiatr/Psixoterapevt Elmir Təhməzov
14:00 Mövzu: “Təcili psixiatriya: doğru bildiyimiz yanlışlar”

19.05.2026 Uzman pediatr Raminə Rzayeva
14:00 Mövzu: “Cəmiyyətdən qazanılmış pnevmoniya”

26.05.2026 Uzman terapevt Aygül Daşdəmirova
14:00 Mövzu: “Anafilaktik şok və idarə olunması”

❗️Sadə görünən bir qaydaya əməl etməmək – əl gigiyenasına laqeyd yanaşmaq müxtəlif yoluxucu xəstəliklərin sürətlə yayılm...
05/05/2026

❗️Sadə görünən bir qaydaya əməl etməmək – əl gigiyenasına laqeyd yanaşmaq müxtəlif yoluxucu xəstəliklərin sürətlə yayılmasına və ciddi sağlamlıq risklərinə səbəb ola bilər.

🌎 5 May – Ümumdünya Əl Gigiyenası Günü münasibətilə Yeni Klinikada tibb işçiləri üçün “Əl gigiyenası və infeksiyaların profilaktikasında rolu” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlim zamanı əl gigiyenasının yoluxucu xəstəliklərin qarşısının alınmasındakı həlledici rolu, tibb müəssisələrində düzgün gigiyenik davranış qaydaları və bu sahədə davamlı maarifləndirmənin əhəmiyyəti aydın və praktiki nümunələrlə iştirakçılara çatdırılıb.

Yeni Klinikada bu istiqamətdə olan təlimlər sistemli şəkildə davam etdirilir. Belə ki, hər ayın 4 günü əl gigiyenasına həsr olunan təlimlər keçirilir və tibb əməkdaşlarının bilik və bacarıqları mütəmadi olaraq yenilənir.

📌Unutmayaq ki, əl gigiyenasının təşviqi yalnız səhiyyə işçiləri üçün deyil, bütövlükdə cəmiyyətin sağlamlığının qorunması baxımından əhəmiyyətlidir.

Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında Pediatriya şöbəsinin növbəti “məqalə günü” keçirilib.Təlim...
21/04/2026

Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında Pediatriya şöbəsinin növbəti “məqalə günü” keçirilib.

Təlim çərçivəsində Uzm.Dr. Sənubər İsmayılova “Təkrarlanan xroniki öskürək” mövzusunda tədqiqatı,həkim-rezident Səmayə Kərimli tərəfindən “Klinik hal təqdimatı “ mövzularında təqdimatla çıxış ediblər.

Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında həkim-rezidentlər üçün aprel ayına nəzərdə tutulmuş tədris...
17/04/2026

Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında həkim-rezidentlər üçün aprel ayına nəzərdə tutulmuş tədris proqramı çərçivəsində növbəti seminar keçirilib.

Yeni Klinikanın anestezioloq-reanimatoloqları Dr. Lalə Əliyeva və Dr. Ramidə Bayramova tərəfindən “Əməliyyatxanada havayolu idarəsi, həyati monitorinq və hands-on praktiki müdaxilələr üzrə kompleks təlim” mövzusunda həkim-rezidentlərə ətraflı məlumat verilib.

Qeyd edək ki, TƏBİB Akademiyası tərəfindən təşkil olunan bu tədris proqramları həkim-rezidentlərin ixtisaslarına uyğun olaraq nəzəri biliklərinin və peşə bacarıqlarının inkişafına yönəlib.

15/04/2026

Azərbaycan tibb elminin inkişafına əvəzsiz töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür.

Onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!

Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında rezidentlərin ixtisaslarına uyğun olaraq nəzəri bilik və p...
14/04/2026

Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında rezidentlərin ixtisaslarına uyğun olaraq nəzəri bilik və peşə vərdişlərinə yiyələnməsi məqsədi ilə aprel ayı üçün təşkil olunan təlimləri təqdim edirik :
14.04.2026 Anestezioloq-reanimatoloq Dr. Lalə Əliyeva
14:00 Anestezioloq-reanimatoloq Dr.Ramidə Bayramova
Mövzu: “Əməliyyatxanada Havayolu İdarəsi, Həyati Monitorinq və Hands-on Praktiki Müdaxilələr üzrə Kompleks Təlim”


21.04.2026 Kardioloq Dr.Şahanə Ələsgərli
14: 00 Mövzu: “Xəstələrin preop dəyərləndirilməsi”

28.04.2026 Mama-Ginekoloq Dr. Sitarə Aslanova
14:00 Mövzu: “Ginekologiyada təcili və təxirəsalınmaz hallar,diferensial diaqnostikası”

Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında Pediatriya şöbəsinin növbəti “məqalə günü” keçirilib.Təlim...
07/04/2026

Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında Pediatriya şöbəsinin növbəti “məqalə günü” keçirilib.

Təlim çərçivəsində Uzm.Dr. Aynur İsmayılova “Uşaqlarda meningitlər və qorunma yolları” , həkim-rezident Şəbnəm Şahmuradova tərəfindən “Klinik hal təqdimatı “ mövzularında təqdimatla çıxış ediblər.

Qeyd edək ki, bu kimi təlim və təqdimatlar həkim-rezidentlərin ixtisaslarına uyğun ilkin iş təcrübəsi qazanmasına, həmçinin elmi-tədqiqat bacarıqlarının inkişafına dəstək göstərmək məqsədilə təşkil olunur.

Azərbaycan Daxili Xəstəliklər Dərnəyi və TƏBİB Akademiyasının dəstəyi ilə növbəti “Yeniliklərdən Geri Qalma” həftəlik to...
02/04/2026

Azərbaycan Daxili Xəstəliklər Dərnəyi və TƏBİB Akademiyasının dəstəyi ilə növbəti “Yeniliklərdən Geri Qalma” həftəlik toplantısı baş tutub.

Terapiya şöbəsinin təşəbbüsü ilə baş tutan toplantının moderatorluğunu Dr.Emil Qasımov və Dr.Şahanə Ələsgərlinin moderatorluğu ilə həyata keçirilib.

Elmi hissədə həkim-rezident Aidə Cəbrayılova “Toplum mənşəli pnevmoniyası olan kritik vəziyyətdəki xəstələrdə antibiotik istifadəsinin azaldılması məqsədilə multi-pleks PCR və serum prokalsitoninin birgə tətbiqi : MULTI-CAP randomizə olunmuş nəzarətli tədqiqatı ”,həkim-rezident Ayan Ağayeva “Oral semaglutidin ürək-damar nəticələrinə təsiri: sistematik icmal və meta analiz” mövzusunda çıxış etdilər.

Qeyd edək ki, Terapiya şöbəsinin təşəbbüsü ilə hər həftə baş tutan toplantıda əsas məqsəd müxtəlif ixtisas sahibləri olan həkimlər arasında qarşılıqlı fikir və təcrübə mübadiləsini təşviq etmək, multidisiplinar yanaşmanın praktiki faydalarını önə çıxarmaqdır.

TƏBİB Akademiyasında Pediatriya şöbəsinin növbəti şöbədaxili təlimi keçirilmişdir.Bu həftənin məruzəçisi həkim-rezident ...
19/03/2026

TƏBİB Akademiyasında Pediatriya şöbəsinin növbəti şöbədaxili təlimi keçirilmişdir.

Bu həftənin məruzəçisi həkim-rezident Gülgün Hacıyeva klinik-hal təqdimatı ilə çıxış etmişdir.
Debat şəklində təşkil olunan müzakirə zamanı pasiyentin müayinə planı, ilkin diaqnozun qoyulması və müalicə protokolunun seçilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, təlimlər həkim-rezidentlərin ixtisaslarına uyğun ilkin iş təcrübəsi qazanması həmçinin elmi tədqiqat bacarıqlarının inkişafına dəstək olmaq məqsədilə təşkil olunur.

TƏBİB Akademiyasında Yeni Klinikanın İntensiv Terapiya və Reanimasiya şöbəsinin böyük tibb bacısı Svetlana Mirzəyeva tər...
19/03/2026

TƏBİB Akademiyasında Yeni Klinikanın İntensiv Terapiya və Reanimasiya şöbəsinin böyük tibb bacısı Svetlana Mirzəyeva tərəfindən “ Tibb bacısında liderlik ” mövzusuında tibb bacılarına təlim keçirildi.

Məlumat üçün bildiririk ki, klinika əməkdaşlarının ( xüsusən də tibbi personalın) peşəkar hazırlıq səviyyəsinin artırılması və müəssisənin ixtisaslı kadrlara olan tələbatının qarşılanması məqsədilə müxtəlif mövzularda təlimlər təşkil olunur.

Address

Heydər Əliyev Pr. 142
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when TƏBİB Akademiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share