25/08/2026
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb.
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Lənkəran Laboratoriyasının əməkdaşları tərəfindən Lənkəranda İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə aksiyası keçirilib. Təcrübəli həkimlər tərəfindən insanlara xəstəliyin yoluxma yolları, profilaktikası, müayinəsi və müalicə imkanları barədə ətraflı izah edilib. Eyni zamanda, İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.