28/09/2021
Rəsmi olaraq payız fəsli girdi və bu o deməkdir ki, artıq məktəblər və universitetlər başlayır😱
⠀
Bu günkü postu gənc və yeniyetmələrə həsr edirəm😍
⠀
Gənc dəriyə qulluq çoxlu sayda aktiv və ya güclü maddələrdən ibarət olmayan təməl və sadə tərkiblərlə fərqlənir. Gənc dərini ən əsası yaxşı nəmləndirmək və qorumaq vacibdir, axı o akne və səpgi kimi istənilən dəyişikliyə reaksiya verir.
⠀
🍁 Bu cür qulluqda daha çox sakitləşdirici maddələrə üstünlük verilir, çünki, bu period qıcıqlanma, akne və həssaslıq periodudur! Həm quru, həm də yağlı dəriyə sentella, aloe, yosun və digər sakitləşdirici maddələr tərkibli vasitələr istifadə etmək məsləhət görülür (individual reaksiyadan asılı olaraq).
⠀
🍁 Təmizləməyə vaxt ayırın. Keçid dövründə yeniyetmələrin çoxu sızanaq kimi problemlərlə üzləşir, onların yaranmasının əsas səbəblərindən biri isə məsamələrin dolması, artıq yağlanma və dəri səthinin çirklənməsidir.
⠀
🍁 Zərdab/Serum - gənc dəriyə qulluqda əlavə vasitədir, yaxşı toner və krem seçiminə isə xüsusi diqqət etmək lazımdır. Toner üzü yuduqdan sonra cildi bərpa etməyə kömək edir, hidrolipid balansı bərabərləşdir və dərini növbəti mərhələyə hazırlayır. Krem isə qidalandırma ilə yanaşı ətraf mühitin mənfi təsirlərinə qarşı qalxan rolunu oynayacaq. Aktiv maddə əsaslı vasitəni çox problemli yeniyetmə dərilərin qulluğuna əlavə etmək olar, amma əgər, dəri normaldırsa bu mərhələni buraxmaq olar 😉
⠀
❓ Dərsə qayıdan dostunuz var? Ya övladınızı dərsə yola salırsınız?
⠀
Orijinal Koreya məhsulları səhifəmizdən əldə edə bilərsiniz🇰🇷🛍
⠀