Revmatologiya Akademiyası

Revmatologiya Akademiyası Azerbaijan Rheumatology Academy

İdarə Heyətimizi tanıyın!Revmatologiya Akademiyası ölkəmizdə revmatologiya sahəsində elmi inkişafın təşviqi, peşəkar əmə...
05/08/2026

İdarə Heyətimizi tanıyın!

Revmatologiya Akademiyası ölkəmizdə revmatologiya sahəsində elmi inkişafın təşviqi, peşəkar əməkdaşlığın möhkəmləndirilməsi və beynəlxalq təcrübənin inteqrasiyası istiqamətində fəaliyyət göstərən akademik cəmiyyətdir. Bu fəaliyyətin strateji idarə olunmasına Akademiyanın sədri Dr. Məğrur Bəy Məmmədov rəhbərlik edir.

Dr. Məğrur Bəy Məmmədov hazırda Avropa Beynəlxalq Hospitalda həkim-revmatoloq mütəxəssis kimi fəaliyyət göstərir. Peşəkar fəaliyyəti ərzində Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında xidmət etmiş, 2013-cü ildə başladığı hərbi xidmətini 2026-cı ildə tibb xidməti mayoru rütbəsi ilə başa vurmuşdur.

Peşəkar və akademik təcrübəsini rəhbərlik fəaliyyəti ilə birləşdirən Dr. Məğrur Bəy Məmmədov Revmatologiya Akademiyasının gələcək inkişaf strategiyasının formalaşdırılmasına və həyata keçirilməsinə töhfə verir.

İdarə Heyətimizi tanıyın!Tibbi standartların tətbiqi, sübuta əsaslanan yanaşmaların təşviqi və keyfiyyətli tibbi xidməti...
02/08/2026

İdarə Heyətimizi tanıyın!

Tibbi standartların tətbiqi, sübuta əsaslanan yanaşmaların təşviqi və keyfiyyətli tibbi xidmətin inkişafı Revmatologiya Akademiyasının fəaliyyətində mühüm yer tutur.

Bu dəfə sizə Revmatologiya Akademiyasının tibbi standartlar üzrə koordinatoru olan Dr. Xədicə Qüdrətlini təqdim edirik.

Dr. Xədicə Qüdrətli hazırda Mərkəzi Neftçilər Xəstəxanasında revmatoloq kimi fəaliyyət göstərir. Revmatologiya Akademiyasında tibbi standartlar üzrə koordinator olaraq müasir klinik yanaşmaların təşviqi, beynəlxalq tibbi standartların tətbiqinin dəstəklənməsi və elmi-praktik fəaliyyətin keyfiyyətinin artırılmasına öz töhfəsini verəcəkdir.

İdarə Heyətimizi tanıyın!Təhsil fəaliyyətinin inkişafı, rezident həkimlərin peşəkar hazırlığının dəstəklənməsi və davaml...
30/07/2026

İdarə Heyətimizi tanıyın!

Təhsil fəaliyyətinin inkişafı, rezident həkimlərin peşəkar hazırlığının dəstəklənməsi və davamlı tibbi təhsilin təşviqi Revmatologiya Akademiyasının fəaliyyət istiqamətlərindəndir.

Bu dəfə sizə Revmatologiya Akademiyasının təhsil və rezidentura üzrə koordinatorlarımızdan biri olan Dr. İlkanə Quliyevanı təqdim edirik.

Dr. İlkanə Quliyeva hazırda Mərkəzi Neftçilər Xəstəxanasında revmatoloq kimi fəaliyyət göstərir. Revmatologiya Akademiyasında təhsil və rezidentura üzrə koordinator olaraq tədris fəaliyyətinin inkişafı, rezident həkimlərin peşəkar hazırlığının dəstəklənməsi və Akademiyanın təhsil təşəbbüslərinin koordinasiyası istiqamətində fəaliyyət göstərəcəkdir.

İdarə Heyətimizi tanıyın!Revmatologiya sahəsində elmi və peşəkar fəaliyyətin ölkənin bütün regionlarında təşviqi, mütəxə...
27/07/2026

İdarə Heyətimizi tanıyın!

Revmatologiya sahəsində elmi və peşəkar fəaliyyətin ölkənin bütün regionlarında təşviqi, mütəxəssislər arasında əməkdaşlığın gücləndirilməsi və davamlı tibbi təhsilin əlçatanlığının artırılması Revmatologiya Akademiyasının əsas fəaliyyət istiqamətlərindəndir.

Bu dəfə sizə Revmatologiya Akademiyasının regionlarla iş üzrə koordinatorlarımızdan biri olan Dr. Ləman Babayevanı təqdim edirik.

Dr. Ləman Babayeva hazırda Abşeron Rayon Mərkəzi Xəstəxanasında həkim-revmatoloq kimi fəaliyyət göstərir. Revmatologiya Akademiyasında regionlarla iş üzrə koordinator olaraq regional əməkdaşlığın inkişafı, Akademiyanın elmi təşəbbüslərinin regionlarda təşviqi və peşəkar bilik mübadiləsinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərəcəkdir.

İdarə Heyətimizi tanıyın!İctimaiyyətlə səmərəli kommunikasiya, elmi və maarifləndirici təşəbbüslərin geniş auditoriyaya ...
25/07/2026

İdarə Heyətimizi tanıyın!

İctimaiyyətlə səmərəli kommunikasiya, elmi və maarifləndirici təşəbbüslərin geniş auditoriyaya çatdırılması, eləcə də təşkilati fəaliyyətin effektiv koordinasiyası Revmatologiya Akademiyasının əsas fəaliyyət istiqamətlərindəndir.

Bu dəfə sizə Revmatologiya Akademiyasının ictimaiyyətlə əlaqələr və təşkilati işlər üzrə koordinatoru Dr. Alide Aliyeva təqdim edirik.

Dr. Alidə Alıyeva hazırda Məlhəm Beynəlxalq Hospitalda fəaliyyət göstərən uzman revmatoloqdur. Klinik təcrübəsini təşkilati fəaliyyətlə birləşdirərək, Akademiyanın ictimaiyyətlə əlaqələrinin gücləndirilməsi, elmi və maarifləndirici layihələrin təşviqi, həmçinin təşkilati proseslərin səmərəli koordinasiyası istiqamətində fəaliyyət göstərəcək və Akademiyanın məqsədlərinin reallaşdırılmasına töhfə verəcəkdir.

İdarə Heyətimizi tanıyın!Elmi əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təcrübənin ölkəmizə inteqrasiyası və revmatolog...
23/07/2026

İdarə Heyətimizi tanıyın!

Elmi əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təcrübənin ölkəmizə inteqrasiyası və revmatologiya sahəsində elmi tədqiqatların təşviqi Revmatologiya Akademiyasının əsas fəaliyyət istiqamətlərindəndir.

Sizə Revmatologiya Akademiyasının Beynəlxalq əlaqələr üzrə koordinatoru Dr. Şirxan Əmikişiyevi təqdim edirik.

Dr. Şirxan Əmikişiyev daxili xəstəliklər üzrə mütəxəssis və revmatoloqdur. Peşəkar fəaliyyəti çərçivəsində Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsi Klinikasında da çalışıb. Elmi məqalələrin hazırlanması, beynəlxalq araşdırmalarda iştirak və beynəlxalq elmi əməkdaşlıqların inkişafı istiqamətində fəaliyyət göstərir. Revmatologiya Akademiyasında beynəlxalq əlaqələr üzrə koordinator olaraq, xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, birgə elmi layihələrin təşviqi və beynəlxalq elmi mühitlə əlaqələrin gücləndirilməsinə töhfə verəcəkdir.

İdarə Heyətimizi tanıyın!Uşaq revmatologiyası sahəsinin inkişafı, elmi bilik mübadiləsinin təşviqi və gələcək əməkdaşlıq...
20/07/2026

İdarə Heyətimizi tanıyın!

Uşaq revmatologiyası sahəsinin inkişafı, elmi bilik mübadiləsinin təşviqi və gələcək əməkdaşlıqların genişləndirilməsi Revmatologiya Akademiyasının əsas fəaliyyət istiqamətlərindən biridir.

Sizə Uşaq revmatologiyası məsələləri üzrə koordinatorumuz Dr. Vəfa Quliyevanı təqdim edirik.

Dr. Vəfa Quliyeva hazırda Göztepe Memorial Xəstəxanasında fəaliyyət göstərir. O, peşəkar bilik və təcrübəsini uşaq revmatologiyası üzrə elmi və tədris fəaliyyətinin inkişafına, müasir yanaşmaların təşviqinə və Akademiyanın layihələrinin koordinasiyasına yönəldəcəkdir. Öz fəaliyyəti ilə Revmatologiya Akademiyasının strateji məqsədlərinin həyata keçirilməsinə və uşaq revmatologiyası sahəsində davamlı inkişafın təmin olunmasına töhfə verəcəkdir.

İdarə Heyətimizi tanıyın!Revmatologiya Akademiyasının elmi fəaliyyətinin inkişafı və davamlı tibbi təhsilin gücləndirilm...
18/07/2026

İdarə Heyətimizi tanıyın!

Revmatologiya Akademiyasının elmi fəaliyyətinin inkişafı və davamlı tibbi təhsilin gücləndirilməsi əsas prioritetlərimizdəndir.

Sizə Elmi fəaliyyət üzrə koordinatorumuz PhD. Dr. Fidan Qasımovanı təqdim edirik.

PhD. Dr. Fidan Qasımova Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərir. Daxili xəstəliklər üzrə geniş klinik təcrübəyə malik olan mütəxəssis, xüsusilə ürək-damar və revmatoloji xəstəliklərin diaqnostikası və müalicəsi, eləcə də intensiv terapiya sahəsində ixtisaslaşıb. O, bu bilik və təcrübəsini revmatologiya sahəsində elmi biliklərin paylaşılması, peşəkar inkişaf imkanlarının genişləndirilməsi və Akademiyanın elmi fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində tətbiq edəcəkdir.

İdarə Heyətimizi tanıyın!Revmatologiya Akademiyasının fəaliyyətində regionlarla əməkdaşlığın gücləndirilməsi və elmi-təd...
15/07/2026

İdarə Heyətimizi tanıyın!

Revmatologiya Akademiyasının fəaliyyətində regionlarla əməkdaşlığın gücləndirilməsi və elmi-tədris təşəbbüslərinin ölkə üzrə genişləndirilməsi əsas prioritet istiqamətlərdəndir.

Sizə Regionlarla iş üzrə koordinatorlarımızdan biri olan Dr. Aysel Ədilovanı təqdim edirik.

Dr. Aysel Ədilova peşəkar bilik və təcrübəsini Revmatologiya Akademiyasının regionlarda fəaliyyətinin genişləndirilməsi, həkimlərlə əməkdaşlığın inkişaf etdirilməsi və elmi-tədris layihələrinin koordinasiyasına yönəldəcəkdir. O, bu istiqamətdə həyata keçiriləcək təşəbbüslərin uğurla icrasına və Akademiyanın ölkə üzrə fəaliyyətinin daha da inkişafına öz töhfəsini verəcəkdir.

İdarə Heyətimizi tanıyın!Revmatologiya Akademiyasının inkişaf strategiyasının əsas istiqamətlərindən biri tibbi təhsil v...
13/07/2026

İdarə Heyətimizi tanıyın!

Revmatologiya Akademiyasının inkişaf strategiyasının əsas istiqamətlərindən biri tibbi təhsil və peşəkar inkişafın davamlı şəkildə dəstəklənməsidir.

Bu dəfə sizə Təhsil və rezidentura üzrə koordinator Dr. Arzu Cəfərli-Rəsulovanı təqdim edirik.

Dr. Arzu Cəfərli-Rəsulova hazırda Avrasiya Hospitalda fəaliyyət göstərir. O, təhsil və rezidentura sahəsində əldə etdiyi bilik və təcrübəni Revmatologiya Akademiyasının elmi layihələrinin və akademik təşəbbüslərinin inkişafına yönəldərək bu istiqamətdə həyata keçirilən fəaliyyətlərə töhfə verir.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Revmatologiya Akademiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share