08/07/2026
Uşağınızın qəpik və ya hər hansı bir kiçik əşyanı udduğunu gördünüzsə və ya şübhələnirsinizsə, "gözləyək, nəcislə çıxar" deyib sakit oturmaq ən böyük səhvdir.
Uşaq cərrahiyyəsində yad cisim udulmaları ən sıx rastlaşdığımız, amma saniyələr içində faciəyə çevrilə bilən vəziyyətdir. Udulan qəpik mədəyə keçibsə, bəli, bəzən təbii yolla çıxa bilir. Ən qorxulusu isə, qəpiyin yemək borusuna deyil, nəfəs borusuna qaçmasıdır — bu, uşağın boğulması ilə nəticələnən qəfil fəlakətdir.
Uşağa evdə qusdurmağa çalışmaq, çörək içi yedizdirmək olmaz! Bu, yad cismin daha da təhlükəli yerə sıxılmasına səbəb olur. Həmçinin yastı batareyaların və birdən çox maqnitin udulması çox böyük təhlükəyə səbəb ola bilər.
Övladınız nəyisə udubsa, heç bir əlamət (öskürək, qusma, ağrı) olmasa belə, dərhal uşaq cərrahına müraciət etməli və ilkin rentgen müayinəsi ilə cismin harada olduğunu dəqiqləşdirməlisiniz. Səhlənkarlıq etməyin, vaxtında müdaxilə həyat xilas edir.
Suallarınızı rəydə qeyd edə bilərsiniz.
Qəbul üçün:
📲 (+994) 70 223 27 67