Ağciyər Xəstəlikləri Mərkəzi

Ağciyər Xəstəlikləri Mərkəzi Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

Məlumatlı olunVərəmsiz yaşayın
12/08/2026

Məlumatlı olun
Vərəmsiz yaşayın

Vərəm xəstəliyindən qorunmaq üçün gündəlik həyatda bəzi sadə qaydalara əməl etmək vacibdir.Ağciyər Xəstəlikləri Mərkəzi ...
10/08/2026

Vərəm xəstəliyindən qorunmaq üçün gündəlik həyatda bəzi sadə qaydalara əməl etmək vacibdir.

Ağciyər Xəstəlikləri Mərkəzi 2 saylı İxtisaslaşdırılmış Poliklinikada 1-ci Vərəm şöbəsinin müdiri Ülviyyə İsmayılova bildirir ki, sağlamlığın qorunmasının əsas şərtlərindən biri düzgün həyat tərzi və gigiyena qaydalarına riayət etməkdir.

Gigiyenaya riayət edin - əllərinizi tez-tez yuyun, evinizi təmiz saxlayın və otaqları mütəmadi havalandırın.

Düzgün qidalanın - ət, yumurta, süd və süd məhsulları kimi zülalla zəngin qidalara üstünlük verin.

Siqaretdən və alkoqollu içkilərdən uzaq durun - Siqaret tənəffüs sisteminə mənfi təsir göstərir, alkoqol isə immun sistemini zəiflədərək xəstəliyin inkişafı riskini artıra bilər.

Fiziki aktiv olun - idmanla məşğul olun, açıq havada gəzin.

Stressdən uzaq olun -istirahətə vaxt ayırın və yuxu rejiminə diqqət yetirin.

Vərəm xəstələri necə qidalanmalıdır?Vərəm xəstələrinin müalicəsində dərman terapiyası ilə yanaşı, düzgün qidalanma da mü...
06/08/2026

Vərəm xəstələri necə qidalanmalıdır?

Vərəm xəstələrinin müalicəsində dərman terapiyası ilə yanaşı, düzgün qidalanma da mühüm rol oynayır. Balanslaşdırılmış qida rasionu immun sistemini gücləndirir, orqanizmin infeksiya ilə mübarizəsini dəstəkləyir, itirilmiş enerjinin bərpasına və sağalma prosesinin sürətlənməsinə kömək edir.

Xüsusilə qeyd etmək lazımdır ki, vərəmlə yanaşı digər xəstəlikləri olan şəxslər qidalanmalarına daha çox diqqət etməlidirlər. Belə xəstələr üçün qida rasionu həkim nəzarəti altında, mütəxəssisin tövsiyələrinə uyğun olaraq fərdi şəkildə müəyyən edilməlidir.

Vərəm xəstələrinin qida rasionunda zülalın kifayət qədər olması mühüm əhəmiyyət daşıyır. Zülal toxumaların bərpasını sürətləndirir, immun sisteminin normal fəaliyyətini dəstəkləyir, əzələ kütləsinin qorunmasına və orqanizmin infeksiyaya qarşı müqavimətinin artmasına kömək edir.

Əsasən mal, qoyun və toyuq əti, balıq, qaraciyər, yumurta, süd və süd məhsulları, noxud, lobya və qarabaşaq kimi zülalla zəngin qidalar məsləhət görülür.

Orqanizmin enerji və vitamin ehtiyacını ödəmək üçün gündəlik rasionda taxıl məhsulları, tərəvəz və meyvələrə yer verilməlidir. Yerkökü, pomidor, ispanaq, ərik, limon, naringi, qoz və yumurta sarısı kimi vitamin və mineral baxımından zəngindir.

Gün ərzində 1,5–2 litr təmiz su və ya şəkərsiz bitki çaylarının qəbulu orqanizmin maye balansını qorumağa və maddələr mübadiləsini dəstəkləməyə kömək edir.

Diqqət Xüsusi ilə müalicə dövründə aşağıdakı qidalardan uzaq durmaq tövsiyə edilir:

Ədviyyatlı, çox yağlı və qızardılmış yeməklər;
Fast-food və digər hazır qidalar
Həddindən artıq şəkərli məhsullar
Çox duzlu və emal olunmuş qidalar
Spirtli içkilər və siqaret

Unutmayın
Düzgün qidalanma dərman müalicəsini əvəz etmir. Həkimin təyin etdiyi müalicə rejiminə əməl etmək, sağlam qidalanmaq və kifayət qədər istirahət etmək vərəmlə mübarizədə mühüm rol oynayır.

06/08/2026
1-7 avqust Ümumdünya Ana Südü ilə Qidalandırma Həftəsidir  Ana südü körpələr üçün ən ideal, təbii və əvəzolunmaz qida mə...
04/08/2026

1-7 avqust Ümumdünya Ana Südü ilə Qidalandırma Həftəsidir

Ana südü körpələr üçün ən ideal, təbii və əvəzolunmaz qida mənbəyidir.

Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən Doğum evinin yenidoğulmuşların intensiv terapiyası şöbəsinin müdiri həkim-neonatoloq Nuriyyə Dəmirova bildiri ki, ana südü ilə qidalanma yalnız qidalanma prosesi deyil, eyni zamanda körpənin həyatının ilk aylarında sağlamlığının, immun sisteminin, psixoloji inkişafının əsasını təşkil edir, ana ilə övladı arasında dərin psixoloji bağ yaradır.

İlk 6 ay ərzində körpənin ana südü ilə qidalanması məsləhət görülür. 6-cı aydan etibarən uyğun əlavə qidalar verilməklə yanaşı, ana südünün 2 yaşa qədər və ya daha uzun müddət davam etdirilməsi tövsiyə olunur.

Ana südünün həm körpə, həm də ana üçün çoxsaylı faydaları vardır.
•Körpənin immun sistemini gücləndirir.
•Bağırsaq mikroflorasının sağlam formalaşmasına kömək edir.
•Beyin və sinir sisteminin inkişafını dəstəkləyir.
•Allergik və infeksion xəstəliklərin riskini azaldır.
•Ana ilə körpə arasında güclü emosional bağın yaranmasına şərait yaradır.

Həkim-neonatoloq Nuriyyə Dəmirova bildiri ki, yeni ana olan qadınların ən çox verdiyi suallardan biri budur: "körpəyə gündə neçə dəfə və hansı intervalla ana südü vermək lazımdır?

Cavab çox sadədir: İlk aylarda körpənin qidalanması saatla deyil, tələbatına uyğun təşkil olunmalıdır. Körpənin ac olduğunu göstərən əlamətlər (ağzını axtarma hərəkətləri, əllərini ağzına aparması, narahat olması və s.) müşahidə edildikdə, onu ana südü ilə qidalandırmaq tövsiyə edilir.
Tez-tez ana südü ilə qidalandırmaq həm körpənin qida ehtiyacını ödəyir, həm də ana südünün artmasına kömək edir.

Ana südünün artıran əsas amillər :
•Körpənin tez-tez və düzgün şəkildə ana südü ilə qidalandırılması
•Ananın kifayət qədər maye qəbul etməsi və balanslı qidalanması;
•Ananın yetərli istirahət etməsi və yuxusunun normal olması
•Ananın stressdən uzaq olması

Hər hansı xüsusi pəhriz və ya qida əlavəsinə başlamazdan əvvəl süd verən analara həkimlə məsləhətləşmək tövsiyə olunur.

Aşağıdakı bəzi istisna hallarda analara körpəni ana südü ilə qidalandırmaq tövsiyə olunmur.
•Ana aktiv vərəm xəstəsi olduqda.
•Ana sitostatik preparatlarla müalicə aldıqda.
•Ana radioaktiv terapiya aldıqda.

Körpənin qidalanması ilə bağlı qərar mütləq həkim tərəfindən verilməlidir.

Bir sözlə ana südü körpəyə verilə biləcək ən təbii, ən qiymətli və əvəzolunmaz hədiyyədir. Ana südü ilə qidalanan uşaqlar daha sağlam böyüyür, infeksiyalara qarşı daha davamlı olur və sağlam inkişaf üçün möhkəm təməl qazanırlar.

Unutmayaq:
Ana südü ilə qidalanma sağlam gələcəyin təməlidir. Körpələrimizin sağlamlığı həyatın ilk günlərindən, ana südü ilə qidalanmaqla başlayır.

03/08/2026

Baku TV-də yayımlanan “Baku Med” verilişində tənəffüs yolları xəstəliklərinin hansı qruplara bölündüyü, ən çox rast gəlinən xəstəliklər, onların yaranma səbəbləri, hava çirkliliyinin ağciyərlərə təsiri, siqaretin sağlamlığa vurduğu zərərin nə vaxt özünü göstərdiyi və kondisionerin tənəffüs yollarına mümkün təsirləri müzakirə edilib.

👩‍⚕️ Bu və digər sualları Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikasının pulmonoloqu Tükəzban Novruzova cavablandırıb.

🎥 Verilişi izləyərək mövzu ilə bağlı ətraflı məlumat əldə edə bilərsiniz.

Yenidoğulmuşların infeksiyalara qarşı ən güclü müdafiəsi ana südü və  peyvəndlərdir.Azərbaycan Respublikası Səhiyyə Nazi...
03/08/2026

Yenidoğulmuşların infeksiyalara qarşı ən güclü müdafiəsi ana südü və peyvəndlərdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən tətbiq edilən Milli Peyvənd Təqvimi infeksiyalara qarşı ən effektiv və təhlükəsiz müdafiə üsuludur. Peyvənd orqanizmi təhlükəli virus və bakteriyalara qarşı qorumaq üçün hazırlanmış tibbi vasitədir.

Ağciyər Xəstəlikləri Mərkəzinin Doğum Evinin yenidoğulmuşların intensiv terapiyası şöbəsinin müdiri həkim-neonatoloq Nuriyyə Dəmirova bildirir ki, yenidoğulmuşlara doğum evində həyatın ilk 12 saatı ərzində Milli Peyvənd Təqviminə uyğun olaraq Hepatit B və Bacillus Calmette-Guérin (BCG) peyvəndlərinin tətbiqi tövsiyə olunur.

Hepatit B peyvəndi perinatal yoluxmanın qarşısının alınması məqsədilə doğulduqdan sonra mümkün qədər erkən, ideal olaraq ilk 12 saat ərzində intramüskulyar (əzələ daxili) yolla yeridilir. BCG peyvəndi isə vərəmin ağır formalarının, xüsusilə vərəm meningiti və miliar vərəmin profilaktikası məqsədilə klinik cəhətdən stabil yenidoğulmuşlara intradermal(dəri içi) üsulla tətbiq edilir.

Peyvəndlərin icrası yalnız tibbi müayinə aparıldıqdan və müvəqqəti və ya daimi əks-göstərişlər istisna edildikdən sonra həyata keçirilməlidir. Vaxtında və düzgün aparılmış neonatal immunizasiya yenidoğulmuşların infeksion xəstəliklərdən qorunmasında və ictimai sağlamlığın təmin edilməsində mühüm profilaktik tədbir hesab olunur.

Sağlam gələcək üçün peyvənd vacibdir. Övladınızın peyvənd cədvəli və peyvəndlənməsi ilə bağlı ətraflı məlumat almaq üçün ərazi üzrə uşaq poliklinikasının sahə pediatrına müraciət etmətiniz tövsüyə olunur.

1 Avqust Ümumdünya Ağciyər Xərçəngi ilə Mübarizə Günü kimi qeyd olunur. Bu günün məqsədi ağciyər xərçəngi haqqında məlum...
01/08/2026

1 Avqust Ümumdünya Ağciyər Xərçəngi ilə Mübarizə Günü kimi qeyd olunur.

Bu günün məqsədi ağciyər xərçəngi haqqında məlumatlılığı artırmaq, erkən diaqnostikanın əhəmiyyətini vurğulamaq, risk amilləri barədə maarifləndirmək və bu xəstəliklə mübarizə aparan insanlara dəstək göstərməkdir.

Ağciyər xərçəngi nədir?

Ağciyər xərçəngi ağciyər toxumasındakı hüceyrələrin nəzarətsiz və anormal şəkildə çoxalması nəticəsində yaranan bədxassəli xarakterli xəstəlikdir. Xəstəlik erkən mərhələdə əlamətsiz keçə bildiyi üçün vaxtında müayinə həyati əhəmiyyət daşıyır.

Ağciyər xərçənginin mümkün əlamətləri:
• Uzun müddət davam edən və ya xarakteri dəyişən öskürək
• Qanlı bəlğəm və ya qanlı öskürək
• Döş qəfəsində ağrı
• Nəfəs darlığı, sinədə xırıltı və ya xışıltı
• Səsin dəyişməsi və ya boğuqluq
• Səbəbsiz çəki itkisi
• Xroniki yorğunluq
• Sümüklərdə ağrı
• Boyun və ya döş qəfəsinə yaxın limfa düyünlərinin böyüməsi
• Təkrarlanan və ya uzun müddət sağalmayan tənəffüs yolu infeksiyaları.

Unutmayaq!
Profilaktik müayinələr və erkən diaqnostika ağciyər xərçəngi ilə mübarizədə ən güclü vasitələrdəndir.

Ağciyər Xəstəlikləri Mərkəzinin 1 və 2 saylı ixtisaslaşdırılmış poliklinikalarında həkim-ftiziatrların peşə bilik və bac...
30/07/2026

Ağciyər Xəstəlikləri Mərkəzinin 1 və 2 saylı ixtisaslaşdırılmış poliklinikalarında həkim-ftiziatrların peşə bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlim keçirilib.

Təlim 1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Ambulator şöbəsinin müdiri Aysel İsmayılova və 2 saylı İxtisaslaşdırılmış Poliklinikanın Ambulator şöbəsinin həkim-ftiziatrı Səbinə Şabanova tərəfindən keçirilib.

Əvvəlcə iştirakçıların mövzu üzrə ilkin bilik səviyyəsini qiymətləndirmək məqsədilə pre-test keçirilib.

Tibbi statistikanın aparılması, tibbi qeydiyyat sənədlərinin düzgün tərtibi, həmçinin illik statistik hesabat formalarının hazırlanması və doldurulması qaydaları barədə iştirakçılara ətraflı məlumat verilib.

Təlim çərçivəsində əsas diqqət vərəm xəstəliyi üzrə illik hesabat formaları haqqında biliklərin artırılmasına, hesabatlarda yer alan göstəricilərin düzgün təsnifatlandırılmasına, eləcə də tibb müəssisələrində istifadə olunan Tibbi Qeydiyyat Sənədləri (TQS) formalarının düzgün tərtib edilməsinə yönəldilib.

Təlimin sonunda iştirakçılar arasında post-test keçirilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Astma tənəffüs yollarının xroniki iltihabı və bronxların hiperaktivlyi nəticəsində yaranan, hava yollarının daralması və...
27/07/2026

Astma tənəffüs yollarının xroniki iltihabı və bronxların hiperaktivlyi nəticəsində yaranan, hava yollarının daralması və hava axınının çətinləşməsi ilə xarakterizə olunan tənəffü sistemi xəstəliyidir. Bu vəziyyət təkrarlanan nəfəs darlığı, öskürək, döş qəfəsində sıxılma kimi simptomlarla özünü göstərir.

Yay aylarında da astma xətəliyini nəzarətdə saxlamaq üçün aşağıdakı tövsiyələrə əməl edin:

• Yay mövsümündə yüksək nisbi rütubət göstəricisi olan hava şəraiti bronxial astmalı xəstələrdə bronxospazm riskini artırdığı və xəstəliyin kəskinləşməsinə səbəb olduğu üçün, bu şəraitdə açıq havada olmaq tövsiyə edilmir.

• Fiziki aktivliyi səhər erkən və ya axşam saatlarına planlaşdırın.

• Orqanizmin susuz qalması tənəffüs yollarını qıcıqlandıra bilər. Buna görə də gün ərzində kifayət qədər su için.

• Həkiminizin təyin etdiyi qoruyucu inhalyatorları (spreyləri) və digər dərmanları hər gün, vaxtında istifadə edin.

• Simptomlar güclənərsə və ya tutmalar tezləşərsə, vaxt itirmədən həkimə müraciət edin.

Sağlamlığınızı qoruyun, rahat nəfəs alın!

Address

Bakı şəhəri, Səbail Rayonu, Neftçi Qurban 120
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Ağciyər Xəstəlikləri Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share