Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi

  • Home
  • Azerbaijan
  • Baku
  • Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi

Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Medical and health, Abbas Mirzə Şərifzadə 196, Baku.

Səhiyyə Nazirliyinin həkimləri daha bir mürəkkəb əməliyyata uğurla imza atdı - qopmuş qol yenidən bərpa edildi.Səhiyyə N...
30/07/2026

Səhiyyə Nazirliyinin həkimləri daha bir mürəkkəb əməliyyata uğurla imza atdı - qopmuş qol yenidən bərpa edildi.
Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində yüksək peşəkarlıq tələb edən növbəti mürəkkəb əməliyyat uğurla icra olunub.
Ağır yol-nəqliyyat hadisəsi nəticəsində sol qolu travmatik amputasiya olunan 29 yaşlı gənc xanım Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təxliyə edilib.
Qopmuş ətrafın bərpasında hər dəqiqənin həlledici əhəmiyyət daşıdığını nəzərə alan cərrahi komanda – damar cərrahı Sadiq Əhmədov, plastik-rekonstruktiv cərrah Tale Qasımov və Səhiyyə Nazirliyi Travmatologiya və Ortopediya İnstitutunun travmatoloqu Babək Əliyev koordinasiyalı şəkildə təcili əməliyyata başlayıblar.
Mürəkkəb cərrahi müdaxilə uğurla başa çatıb. Əməliyyatdan sonra bərpa olunan damarlarda qan dövranı təmin edilib, ətrafda normal isinmə müşahidə olunub və ən sevindirici nəticə olaraq xəstənin bilək və barmaqlarında hərəkət funksiyası bərpa edilib.
Bu uğurlu əməliyyat Azərbaycan səhiyyəsində yüksək ixtisaslı mütəxəssislərin peşəkarlığının və tibb müəssisələri arasında operativ əməkdaşlığın növbəti nümunəsidir.

29/07/2026
Həqiqətin səsini cəmiyyətə çatdıran, qələmini və sözünü xalqın maariflənməsinə həsr edən bütün media nümayəndələrini 22 ...
22/07/2026

Həqiqətin səsini cəmiyyətə çatdıran, qələmini və sözünü xalqın maariflənməsinə həsr edən bütün media nümayəndələrini 22 İyul – Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edirik! Qələminiz kəsərli, sözünüz hər zaman işıqlı olsun!

“Kuba-Azərbaycan Dostluq Xəstəxanası” layihəsinin icrası çərçivəsində Kuba Respublikasından gələn qonaqlar Azərbaycan Re...
08/07/2026

“Kuba-Azərbaycan Dostluq Xəstəxanası” layihəsinin icrası çərçivəsində Kuba Respublikasından gələn qonaqlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində olublar.
Qonaqlar mərkəzin klinik şöbələri, əməliyyat blokları və müasir tibbi imkanları ilə tanış olub, müəssisədə həyata keçirilən müayinə, müalicə və cərrahi xidmətlər barədə ətraflı məlumat əldə ediblər.
Görüş zamanı mərkəzin fəaliyyəti, tibbi xidmətlərin təşkili və tətbiq olunan müasir texnologiyalar qonaqların diqqətinə çatdırılıb.

01/07/2026

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkimlərindən ibarət iki qrup 2026-cı ilin may və iyun aylarında Naxçıvan Muxtar Respublikasında əhaliyə tibbi-konsultativ xidmət göstərib.
Ezamiyyət çərçivəsində mütəxəssislər tərəfindən çoxsaylı vətəndaş qəbul olunub, müayinələr aparılıb, tibbi məsləhətlər verilib və müalicə taktikası müəyyənləşdirilib.
Regionlarda yaşayan əhalinin yüksəkixtisaslı tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilən bu səfər vətəndaşların sağlamlığının qorunmasına mühüm töhfə verib.

Bakıda "Xəzər Görüşləri 6" beynəlxalq elmi-praktik konfransı uğurla keçirilib. Tədbirdə ölkənin və xarici dövlətlərin ta...
30/06/2026

Bakıda "Xəzər Görüşləri 6" beynəlxalq elmi-praktik konfransı uğurla keçirilib. Tədbirdə ölkənin və xarici dövlətlərin tanınmış mütəxəssisləri iştirak edərək qastroenterologiya, hepatologiya, endoskopiya və digər tibb sahələrində ən son elmi yeniliklər və müasir müalicə yanaşmaları ətrafında fikir mübadiləsi aparıblar.
Konfransda Səhiyyə Nazirliyi M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin əməkdaşları da iştirak edərək elmi müzakirələri izləyib, həmkarları ilə təcrübə mübadiləsi aparıblar.
Belə beynəlxalq elmi platformalar tibb sahəsində bilik və təcrübənin inkişafına, peşəkar əməkdaşlığın genişlənməsinə və müasir tibbi yanaşmaların tətbiqinə mühüm töhfə verir.

Address

Abbas Mirzə Şərifzadə 196
Baku
AZ1122

Alerts

Be the first to know and let us send you an email when Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi:

Shortcuts

Share