Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Tibb Kolleci

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Tibb Kolleci Gəncə Tibb Kolleci 1931-ci ildə yaradılıb, dövlət statuslu orta ixtisas təhsilli mütəxəssis hazırlayı

Gəncə Tibb Kollecində mülkü müdafiə  məşqi keçirilib. Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində  “Fövqəladə hadisələrin nə...
15/07/2026

Gəncə Tibb Kollecində mülkü müdafiə məşqi keçirilib.

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirib. Məşqin keçirilməsində əsas məqsəd fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən rəhbər heyətinin funksional vəzifələrini yerinə yetirmələri üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılığın və operativliyinin artırılmasından ibarət olub.
Məşqdə şərti fövqəladə hadisə olaraq zəlzələnin baş verməsi ilə əlaqədar rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə edilməsi üzrə fəaliyyəti simulyasiya edilib.
Sonda məşqin yekunu təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.

Gəncə Tibb Kollecində “Məzun günü” və əmək yarmarkası keçirildi. Iyulun 4-də Azərbaycanda orta tibb işçiləri hazırlayan ...
07/07/2026

Gəncə Tibb Kollecində “Məzun günü” və əmək yarmarkası keçirildi.

Iyulun 4-də Azərbaycanda orta tibb işçiləri hazırlayan ən qocaman təhsil müəssisələrindən biri olan Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində məzun günü keçirilib. 1931-ci ildən fəaliyyət göstərən kolleci 2025-2026-ci tədris ilində “Tibb bacısı (qardaşı)” işi, “Mamalıq” işi, “Əczaçılıq”, “Tibbi profilaktika”, “Ortopedik stomatologiya” və “Laboratoriya diaqnostikası” ixtisasları üzrə ümumilikdə 310 tələbə məzun adını qazanıb.
Məzun günündə tələbələri salamlayan kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev vurğulayıb ki, hazırda tibb təhsil müəssisəsində yüksək keyfiyyətli təhsil almaq üçün lazım olan şərait yaradılıb. Qeyd edilib ki, bu gün dövlətimiz Azərbaycanda səhiyyə müəssisələrinin təmiri və texniki təchizatı ilə bərabər həm də həkim və orta tibb işçilərinin səviyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü işlər aparır.
Sonra çıxış edən kollecin həkim-müəllimləri və eləcə də məzunlar geridə qalan 3 ilə nəzər salaraq tibb elminin çətin, lakin şərəfli yolunda atdıqları birgə addımları bir daha xatırladılar.
Çıxışlar bitdikdən sonra 3 il müddətində təhsil və kollecinin ictimai həyatında fərqlənən məzunlara fəxri diplomlar təqdim olundu. Tələbələr içərisində ilk dəfə bir nəfər “Fəxri məzun”, bir tələbə isə “İlin məzunu” seçildi.
Məzun günü yekunlaşdıqdan sonra Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin Tələbə Evində məzun əmək yarmarkası təşkil olunub. Qərb bölgəsinin 10-dan çox dövlət və özəl tibb müəssisələrinin qatıldığı tədbirə məzunların marağı böyük idi. Kolleci bitirən məzunlar işverən tibb müəssisələrinin əməkdarları ilə birbaşa ünsiyyətdə olaraq vakansiyalarla maraqlanıb, öz məlumatlarını onlarla bölüşüblər.
Məzun əmək yarmarkasında Gəncə və ətraf rayonlarda fəaliyyət göstərən tibb müəssisələri boş olan və yaxın zamanlarda boşala biləcək vakansiyaları məzunlara təqdim ediblər. Bu tədbir bu il kolleci bitirərək məzun olan tələbələr üçün iş tapmaq baxımından çox səmərəli olub.
Tədbir kollecin tələbələrinin ifasında musiqi nömrələri və rəqslərlə davam etdirilib.
Sonda xatirə şəkilləri çəkdirilib.

2 İYUL Azərbaycan Polisi Günüdür
02/07/2026

2 İYUL Azərbaycan Polisi Günüdür

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür
26/06/2026

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür

26 iyun Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Günüdür
26/06/2026

26 iyun Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Günüdür

26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür
26/06/2026

26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür

Gəncə Tibb Kollecində 26 İyun - Silahlı Qüvvələr Günü qeyd olundu. Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində 26 İyun - Sil...
25/06/2026

Gəncə Tibb Kollecində 26 İyun - Silahlı Qüvvələr Günü qeyd olundu.
Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev Azərbaycan Silahlı Qüvvələrinin ölkənin müstəqilliyi, suverenliyi və milli təhlükəsizliyinin əsas təminatçısı olduöunu vurğulyaraq qeyd etdi ki, 2020-ci ilin payızında Azərbaycan Ordusunun 44 gün ərzində 30 illik işğala son qoyması regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına səbəb oldu.
Digər çıxış edənlər vurğuladılar ki, Azərbaycanda ordu quruculuğu prosesi üç əsas tarixi mərhələdən keçib. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da Əlahiddə Azərbaycan Korpusunun yaradılması milli ordu quruculuğunun mühüm addımı olsa da, AXC-nin süqutu ilə bu proses dayanıb. Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasəti, eləcə də misilsiz xidmətləri ilə müasir Azərbaycan Ordusunun formalaşmasında mühüm rol oynayıb. 1999-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin yaradılması silahlı qüvvələrin döyüş qabiliyyətinin və beynəlxalq nüfuzunun artırılmasına xidmət edən mühüm addımdır.
Sonda “Müzəffər Azərbaycan ordusu” adlı sənədli film nümayiş olunub.

Gəncə Tibb Kollecində “Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir” mövzusunda silsilə tədbirlər keçirildi.“Bu gün cə...
25/06/2026

Gəncə Tibb Kollecində “Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir” mövzusunda silsilə tədbirlər keçirildi.
“Bu gün cəmiyyətimizin ən dəhşətli bəlalarından biri də narkomaniyadır. Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsrdə də qlobal problemler sırasında qalmaqdadır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir”. Bu fikirləri Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində keçirilən Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunan konfransda müəssisənin direktoru, əməkdar həkim Mehman Rzayev söyləyib. O vurğulayıb ki, Azərbaycanda da narkomaniya ilə mübarizə sahəsində xeyli işlər görülüb və bu “ağ ölümlə” mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir.
Sonra çıxış edən kollecin digər həkim-müəllimləri və tələbələr narkomaniyaya qarşı mübarizə istiqamətində dövlətimiz tərəfindən aparılan əməli işlərdən danışıblar.
Tədbirin sonunda “Sağlam gələcək naminə narkomaniyaya yox deyək” adlı film nümayiş olunub.
“Narkomaniyaya yox deyək” mövzusu kollecdə keçirilən seminar və dəyirmi masanın da mövzusu olub. Burada da qeyd olunub ki, yeniyetmə və gənclərin narkomaniyaya qarşı mübarizə sahəsində daha da maarifləndirilməsi onlar arasında bu p*s vərdişlərə qarşı müqaviməti xeyli artıracaq. Bu da ən əsası həm indiki, həm də gələcek nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayacaqdır.

Gəncə Tibb Kollecində İnsan Hüquqları Günü ilə bağlı tədbirlər keçirilib.Səhiyyə nazirliyi Gəncə Tibb Kollecində 18 may ...
19/06/2026

Gəncə Tibb Kollecində İnsan Hüquqları Günü ilə bağlı tədbirlər keçirilib.

Səhiyyə nazirliyi Gəncə Tibb Kollecində 18 may -18 iyun insan hüquqları aylığı çərçivəsində insan hüquqları və haqları mövzusunda mühazirə və dəyirmi masa keçirilib.
Kollecin tarix müəllimi Zərqələm Cəfərova ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, müasir müstəqil Azərbaycan Respublikasında ilk dəfə 1998-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə məhz həmin tarixi gün – iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü elan edilib.
Təşkil olunan dəyirmi masada da ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunması işi, bu istiqamətdə qanunvericilik sahəsində reallaşdırılan layihələrdən danışılıb. Qeyd olunub ki, Azərbaycanda müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmizdə aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaradıb, bu müddət ərzində ölkəmiz bir çox hüquqi aktlara qoşulub.
Çıxışçılar respublikamızda insan hüquqlarının qorunması ilə bağlı atılan addımlardan və bu sahədə əldə edilən nailiyyətlərdən bəhs ediblər.

İyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
17/06/2026

İyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Address

Gəncə şəhəri İsmət Qayıbov Küçəsi 14
Küçəsi
2000

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Tibb Kolleci posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Tibb Kolleci:

Share