Quba Aptek 5 Mərtəbə

Quba Aptek 5 Mərtəbə Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Quba Aptek 5 Mərtəbə, Pharmaceutical Company, Quba.

Əziz izləyicilər!📝 Yay mövsümü başladı. Təbii ki, istirahət , tətillə bağlı dincəlməyimiz də vacibdir. İstirahət zamanı ...
07/08/2026

Əziz izləyicilər!
📝 Yay mövsümü başladı. Təbii ki, istirahət , tətillə bağlı dincəlməyimiz də vacibdir. İstirahət zamanı mədə bağırsaqlarımızda yarana biləcək problemlər də bəzən qaçılmaz olur
Bunun üçün bilməli olduğumuz bəzi məqamları diqqətinizə çatdırırıq:

📝Allergiya – immun sisteminin normalda zərərsiz olan maddələrə (allergenlərə) qarşı göstərdiyi həddindən artıq həssaslıq...
02/06/2026

📝Allergiya – immun sisteminin normalda zərərsiz olan maddələrə (allergenlərə) qarşı göstərdiyi həddindən artıq həssaslıq reaksiyasıdır. Orqanizm bu maddələri təhlükə kimi qəbul edərək histamin kimyəvi maddəsini ifraz edir və bu da allergik simptomlara yol açır.

Ən Yayğın Allergenlər
Polen (bitki tozu): Ağac, ot və çiçəklərdən yayılan tozlar.
Ev tozları: Toz gənələri (akarlar) və kif göbələkləri.
Ev heyvanları: İtlərin və pişiklərin tükləri, tüpürcəyi.
Qidalar: Süd, yumurta, yerfındığı, qoz-fındıq, dəniz məhsulları və buğda.
Dərmanlar: Antibiotiklər (xüsusilə pen*sillin) və digər bəzi preparatlar.
Həşərat sancması: Arı və ya qarışqa zəhəri.

Əsas Simptomlar
Tənəffüs sistemi: Asqırma, burun tutulması, burun axıntısı və gözlərin qaşınması (allergik rinit).
Dəri reaksiyaları: Qızartı, qaşınma, üzdə və bədəndə səpkilər, övrə (urtikariya).
Həzm sistemi: Qarın ağrıları, ürəkbulunma, qusma və diarreya (qida allergiyasında).
Anafilaksiya: Qəfil başlayan, nəfəs darlığı və təzyiq düşməsi ilə müşayiət olunan ölümcül reaksiya.

⚠️Dərman maddəsinin istifadəsi üçün həkim və ya əczaçı ilə məsləhətləşmək mütləqdir!

Dərmanların üzərində yazılmış qısaltmaların izahı:QD (Quaque die): Dərmanın gündə 1 dəfə qəbul ediləcəyini göstərir.TID ...
21/05/2026

Dərmanların üzərində yazılmış qısaltmaların izahı:
QD (Quaque die): Dərmanın gündə 1 dəfə qəbul ediləcəyini göstərir.
TID (Ter in die): Dərmanın gündə 3 dəfə (8 saatdan bir) qəbul edilməsini tələb edir.
QID (Quater in die): Dərmanın gündə 4 dəfə (6 saatdan bir) içilməli olduğunu bildirir.
SR (Sustained Release): Uzadılmış təsir deməkdir. Aktiv maddə bədəndə müəyyən zaman intervalları ilə yavaş-yavaş xaric olur və gün boyu sabit təsir təmin edir.
CR (Controlled Release): Kontrol edilən (tənzimlənən) təsir deməkdir. Dərmanın bədəndəki sorulma sürəti tam idarə olunur və qandakı səviyyəsi uzun müddət dəyişməz qalır.
XR / XL (Extended Release): Genişləndirilmiş təsir deməkdir. Dərmanın təsirinin çox daha uzun müddət (adətən 24 saat) davam etməsini təmin edir.
MR (Modified Release): Modifikasiya olunmuş təsir deməkdir. Dərmanın bədəndə həllolma forması və vaxtı xüsusi olaraq dəyişdirilmişdir.
Re**rd: Gecikdirilmiş təsir mənasını verir. Dərmanın bədən tərəfindən çox yavaş sorulmasını təmin edir.
EC (Enteric Coated): Bağırsaqda həll olan örtük deməkdir. Bu dərmanlar mədə turşusuna dözümlüdür, mədədə həll olmur və birbaşa nazik bağırsaqda parçalanır. Bu, mədəni qorumaq üçün edilir.
Forte: Dərmanın gücləndirilmiş, yüksək dozalı forması olduğunu göstərir.
Mite: Dərmanın yüngül, aşağı dozalı formasıdır.
Plus: Dərmanın tərkibinə təsiri artıran əlavə bir maddənin də qatıldığını bildirir.
BİD (Bis in die): Dərmanın gündə 2 dəfə (adətən 12 saatdan bir) qəbul edilməli olduğunu bildirir.

Address

Quba
4000

Opening Hours

Monday 08:00 - 00:00
Tuesday 08:00 - 00:00
Wednesday 08:00 - 00:00
Thursday 08:00 - 00:00
Friday 08:00 - 00:00
Saturday 08:00 - 00:00
Sunday 08:00 - 00:00

Website

Alerts

Be the first to know and let us send you an email when Quba Aptek 5 Mərtəbə posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share