Central Hospital Eyyublu

Central Hospital Eyyublu Pediatr |
Ginekoloq |
Endokrinoloq (ayda 1dəfə) |
Terapevt|
Usm |
Laboratoriya|

☑️ 9noyabr tarixində uzun illər Rusiyada təhsil almış və fəaliyyət göstərmiş tibb elmləri namizədi  həkim-oftalmoloqu Gü...
05/10/2024

☑️ 9noyabr tarixində uzun illər Rusiyada təhsil almış və fəaliyyət göstərmiş tibb elmləri namizədi həkim-oftalmoloqu Gülnarə Xasiyeva klinikamızın qonağı olacaq.

🔹Böyüklərin və uşaqların göz müayinəsi və müalicəsi.
🔹Uşaqlarda ən çox rast gələn göz xəstəliklərinin müayinəsi və müalicəsi :
▪️Miopiya ( yaxındangörmə);
▪️Hipermetropiya (uzaqdangörmə);
▪️Astiqmatizm;
▪️Ambliopiya (tənbəl göz);
▪️Çəpgözlük;
▪️Görmə sinirinin atrofiyası;
▪️Gözün iltihabi xəstəlikləri və s.

__

📞 (070) 325 04 94
📞 (050) 325 04 94 (WhatsApp)
📍 Tovuz rayonu Əyyublu kəndi
(Əyyublu kəndi ilə Düz Qırıqlı kəndinin kəsişməsində )

12/08/2024
Miqren hansı səbəblərdən yaranır?Miqrenin beyində dəqiq hansı hissədə və necə meydana gəldiyi hələ də elm dünyası üçün b...
12/08/2024

Miqren hansı səbəblərdən yaranır?

Miqrenin beyində dəqiq hansı hissədə və necə meydana gəldiyi hələ də elm dünyası üçün bir sirdir. Bununla birlikdə, müasir araşdırmalar yerində diaqnoz ilə aparılır. Qədim sivilizasiyalarda “insanı dəli edəcək ağrı” kimi tanınan miqrenin bu günlərdə simptomları ilə yanaşı, ağrıları aradan qaldırmaq üçün də yolları araşdırılıb.

Onu qeyd etmək lazımdır ki, ətraf mühit faktorları genetik meylli şəxslərdə beyində aktivasiya yaradır. Bu aktivasiya beyin damarlarında genişlənməyə səbəb olur və kimyəvi maddələr sərbəst buraxılır. Bunlar əsəbləri hərəkətə gətirir və ağrıya səbəb olur.

Araşdırmalar nəticəsində sübut olunmuşdur ki, ətraf mühitlə yanaşı Miqrenin əsas yaranma səbəblərin başında genetik faktorlar dayanır. Əgər bir ailədə fərdlərin birində miqren varsa, sizdə bu xəstəliyin görülmə riski 40 faizdir. Ancaq anası və atası miqren olan bir insanda isə bu xəstəliyin görülmə nisbəti 75 faizə qədər qalxır. Belə ağırların digər səbəblərindən biri də hormonal dəyişikliklərdir. Bu səbəb daha çox qadınlarda görünür. Xüsusilə də menstruasiya zamanlarında ağrılar daha da şiddətlənə bilir. Həmçinin bulantı, qusma, işığa və səsə həssaslıq da yarana bilər. Bu zaman təktərəfli şəkildə güclü ağrılar baş verir. İrsiyyət miqrenə təsir edirmi? Yuxarıda da qeyd etdiyimiz kimi, yaxın qohumlarında yuxarıda göstərilən əlamətləri olan şəxslərin özlərinin də miqren olma ehtimalı yüksəkdir.

Ünvan: Tovuz rayonu, Əyyublu kəndi

Əlaqə: (+994) 050 325 04 94

miqren miqrenhansısəbəbdənyaranır

TSH yüksəkliyi nə mənaya gəlir?TSH səviyyəsi yüksək ikən qanda tiroid hormonunun az olması, vəzin stimullaşdırılmasına b...
10/08/2024

TSH yüksəkliyi nə mənaya gəlir?

TSH səviyyəsi yüksək ikən qanda tiroid hormonunun az olması, vəzin stimullaşdırılmasına baxmayaraq öz funksiyasını yerinə yetirə bilmədiyini göstərir. Hipotireoz deyilən bu vəziyyət bütün orqanizmə təsir edir və maddələr mübadiləsi yavaşlayır. İlkin mərhələdə heç bir aşkar simptom olmadan irəliləyən xəstəlik zaman keçdikcə piylənmə, oynaq ağrısı, sonsuzluq və ya ürək xəstəliklərinə zəmin yaradır. Depressiya və yaddaş itkisi kimi nevroloji simptomlara, həmçinin saçların zəifləməsinə və qadınlarda aybaşı dövrlərində dəyişikliklərə səbəb ola bilər. Bu müxtəlif səbəblərdən baş verə bilər:

Xaşimoto tirioditi
Tiroid əməliyyatı
Boyuna radioaktiv yod və ya radiasiya müalicəsindən sonra
Bəzi hallarda hamiləlikdən sonra görülən postpartum tiroidit
Viruslarla əlaqəli xəstəliklər nəticəsində
Nadir olsa da, həyati təhlükə yaradan bir vəziyyət olan miksodema, uzun müddət diaqnoz qoyulmayan və müalicə olunmayan hipotireoz xəstələrində ola bilər. Bu vəziyətdə maye toplanması xüsusilə dəri, ürək əzələsi və zolaqlı əzələlərdə özünü göstərir.

Ünvan: Tovuz rayonu, Əyyublu kəndi

Əlaqə: (+994) 050 325 04 94

Burun qanaxmasına nə səbəb olur❓Burnunuzun içi kiçik, zərif qan damarları ilə doludur, onlar zədələnə və asanlıqla qanay...
09/08/2024

Burun qanaxmasına nə səbəb olur❓

Burnunuzun içi kiçik, zərif qan damarları ilə doludur, onlar zədələnə və asanlıqla qanaya bilər.

Burun qanaxmasının ümumi səbəblərinə aşağıdakılar daxildir:

iyləmək

burnunuzu çox sıxmaq

burnunuzda kiçik bir zədə

burnun içinin qurumasına və çatlamasına səbəb olan rütubət və ya temperatur dəyişiklikləri

Bəzən qanaxma burundakı dərin qan damarlarından gələ bilər. Bu, başdan vurulan zərbə, son burun əməliyyatı (rinoplastika) sonrası və sərtləşmiş damarlar (ateroskleroz) nəticəsində baş verə bilər.

Burun qanaxmaları olduqca geniş yayılıb və insanların əksəriyyəti bu vəziyəti mütəmadi olaraq yaşayır.

Hər kəs burunu qanaya bilər, lakin ən çox təsirlənir:

2-10 yaş arası uşaqlar

yaşlılar

hamilə qadınlar

aspirin kimi qan durulaşdırıcılar və ya varfarin kimi antikoaqulyantlar qəbul edən insanlar

hemofiliya kimi qan laxtalanma pozğunluğu olan insanlar
Əgər antikoaqulyantlar qəbul edirsinizsə, qan laxtalanma pozğunluğunuz varsa və ya yüksək qan təzyiqi (hipertoniya) varsa, burun qanaxmanız daha ağır və ya daha uzun davam edə bilər.

Ünvan: Tovuz rayonu, Əyyublu kəndi

Əlaqə: (+994) 050 325 04 94

Uşaq xəstəlikləri və müalicəsi üzrə mütəxəssis pediatr Bəxtiyar Mirzəyev həftə içi hər gün “Central Hospital”da!Müalicə ...
05/08/2024

Uşaq xəstəlikləri və müalicəsi üzrə mütəxəssis pediatr Bəxtiyar Mirzəyev həftə içi hər gün “Central Hospital”da!

Müalicə və müayinə sahələri:

1. Uşaqlarda allergik xəstəliklərin diaqnozu

2. Profilaktik tibbi müayinə

3. Qızdırma

4. Qurd xəstəliyi və s.


Siz də “Central Hospital”a gələrək, sağlamlığınızı etibarlı əlllərə əmanət edin!

Ünvan: Tovuz rayonu, Əyyublu kəndi
Əlaqə: (+994) 050 325 04 94

Öncədən qeydiyyat mütləqdir!

Ferritin nədir?Ferritin tərkibində dəmirin ilkin formasının toplandığı hüceyrədaxili bir zülaldır. Qana ifraz olunan və ...
01/08/2024

Ferritin nədir?
Ferritin tərkibində dəmirin ilkin formasının toplandığı hüceyrədaxili bir zülaldır. Qana ifraz olunan və qan dövranında dövr edən az miqdarda ferritin orqanizmdə toplanmış ümumi dəmirin göstəricisidir.
Dəmir digər funksiyaları ilə yanaşı sağlam qırmızı qan hüceyrələrinin istehsalı üçün çox vacib element və qida maddəsidir. Orqanizm tərəfindən istehsal oluna bilmədiyindən bədənə qida və ya qida əlavələri ilə daxil olunmalıdır.
Sağlam şəxslərdə, orqanizmə daxil olan dəmirin çox hissəsi hemaqlobin istehsalında istifadə olunur. Geri qalan dəmirin çox hissəsi ferritin və ya hemosiderin olaraq depolanır, az hissəsi isə mioqlobin kimi digər zülalların və bəzi fermentlərin istehsalına istifdadə olunur. Ferritin və hemosiderinin əsasən qaraciyərdə olur lakin həmçinin sümük iliyi,dalaq və skelet əzələlərində də tapılır.
Dəmir səviyəsi orqanizmin ehtiyacını qarşılaya bilməyəcək səviyyədə olduqda, dəmirin miqdarı qanda azalır, dəmir depoları tükənir və ferritin səviyəsi aşağı düşür. Bu aşağıdakı hallarda baş verir:
Yetərli miqdarda dəmir qəbul olunmadıqda(qida və ya əlavələrlə)
Çölyak xəstəliyi kimi xəstəliklər nəticəsində qida ilə qəbul olunan dəmirin bağırsaqlar tərəfindən sorula bilməməsi
Hamiləlik və uşaqlıq dövründə həmçinin xronik qan itirmələr zamanı dəmir ehtiyacının artması
Depolanmış və dövr edən dəmirin yetərsizliyi dəmir defisitli anemiyaya (hemaqlobinin azalması) səbəb ola bilər. Dəmir çatışmazlığının ilkin mərhələsində adətən fiziki əlamətlər görsənmir. Əlamətlər ortaya çıxmamışdan əvvəl dəmir depoları əhəmiyətli dərəcədə boşalmış olur. Sağlam şəxslərdə anemiya uzun müddətə inkişaf edir, simptomlar hemoqlobin səviyyəsi normanın aşağı həddinə çatmadan nadir hallarda biruzə verir

Ünvan: Tovuz rayonu, Əyyublu kəndi

Əlaqə: (+994) 050 325 04 94

Ferritin analizi nə vaxt edilə bilər?Qanın kliniki analizində hemaqlobin və hemotakrit göstəriciləri normadan aşağı oldu...
31/07/2024

Ferritin analizi nə vaxt edilə bilər?

Qanın kliniki analizində hemaqlobin və hemotakrit göstəriciləri normadan aşağı olduqda və qırmızı qan hüceyrələri balaca və solğun olduqda digər dəmir analizləri ilə birlikdə ferritin analizi də istək olunur. Klinik simptonlar hələ meydana gəlməsə belə bu göstəricilər dəmir defisiti anemiyasının göstəriciləridir.
Dəmir azlığının əlamətləri olduğu zaman aşağıdakı əlamətlər görülə bilər:

⏺️Yorğunluq
⏺️Zəiflik
⏺️Baş dönməsi
⏺️Baş ağrıları
⏺️Solğun dəri
Ferritin analizi eyni zamanda dəmir artıqlığı zamanı da istək edilir. Dəmir artıqlığı simptomları insandan insana dəyişiklik göstərə bilir və zamanla ağırlaşmağa meyillidir. Bunun səbəbi dəmirin qan və toxumalarda toplanmasıdır. Bunlar:

⏺️Oynaq ağrıları
⏺️Yorğunluq
⏺️Zəiflik
⏺️Enerji azlığı
⏺️Qarın nahiyəsində ağrı
⏺️Orqan zədələnməsi(ürək və qaraciyər kimi)

Dəmir artıqlığını bilmək üçün ferritin ilə yanaşı dəmir bağlayıcı xüsusiyət və transferrin doyma əmsalı analizləri verilməlidir.

Siz də nəticələrinizi bütün şəffaflığı ilə tez bir zamanda əldə etmək istəyirsinizsə, bizə müraciət edin.‼️‼️

Ünvan: Tovuz rayonu, Əyyublu kəndi

Əlaqə: (+994) 050 325 04 94

🇦🇿🇦🇿🇦🇿Azərbaycan cüdoçusu Hidayət Heydərov "Paris-2024" ###III Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.Təbriklər!!!...
30/07/2024

🇦🇿🇦🇿🇦🇿

Azərbaycan cüdoçusu Hidayət Heydərov "Paris-2024" ###III Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Təbriklər!!!!!

Address

Tovuz Rayon, Əyyublu Kəndi
Tovuz

Website

Alerts

Be the first to know and let us send you an email when Central Hospital Eyyublu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share