Kürdəmir Rayon Mərkəzi Xəstəxanası

  • Home
  • Kürdəmir Rayon Mərkəzi Xəstəxanası

Kürdəmir Rayon Mərkəzi Xəstəxanası Tibbi Xidmət

🚑 WUF13-ün keçirildiyi günlərdə 52 nəfərə tibbi xidmət göstərilibÜmumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF...
25/05/2026

🚑 WUF13-ün keçirildiyi günlərdə 52 nəfərə tibbi xidmət göstərilib

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə tədbir iştirakçıları tərəfindən ümumilikdə 52 müraciət daxil olub.

Sessiyanın keçirildiyi ərazidə və digər ayrılmış məkanlarda xidmət göstərən təcili tibbi yardım briqadalarına müraciət edən şəxslərdən 10 nəfər müxtəlif tibb müəssisələrinə təxliyə olunub. Onlardan 1 nəfərə Kliniki Tibbi Mərkəzdə, 1 nəfərə Mərkəzi Neftçilər Xəstəxanasında, 2 nəfərə Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi Modul Tipli Xəstəxanasında, 6 nəfərə isə Yeni Klinikada tibbi xidmət göstərilib. Müraciət edən digər şəxslərə isə yerində ambulator tibbi yardım göstərilib.

Məlumat üçün bildirək ki, tədbir günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə yanaşı, tibbi xidmətlərin təşkili məqsədilə 4 tibb müəssisəsi də prosesə cəlb olunub.

Tədbir günlərində, əsasən, Azərbaycan, Keniya, İtaliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Hindistan, Namibiya, Efiopiya, Serbiya, Zimbabve, Bosniya və Herseqovina kimi ölkələrin vətəndaşlarının müraciətləri qeydə alınıb.

Müraciətlər, əsasən, kəskin respirator xəstəliklər, baş ağrısı və arterial hipertenziya ilə bağlı olub.

Xatırladaq ki, tədbirlə əlaqədar müxtəlif ərazilər üzrə 37 təcili tibbi yardım avtomobili ayrılıb, ümumilikdə 93 təcili tibbi yardım briqadası isə tədbirin keçirildiyi ərazilərdə və ayrılmış hotellərdə gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyət göstərib.

ℹ️ Qeyd edək ki, tədbirin keçirildiyi günlərdə Baş Əməliyyatlar Mərkəzində TƏBİB əməkdaşları tərəfindən təcili tibbi yardım briqadalarının fəaliyyəti fasiləsiz rejimdə koordinasiya olunub.

TƏBİB-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin üzvləri ilə görüş keçirilibTƏBİB-in İcraçı dir...
25/05/2026

TƏBİB-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin üzvləri ilə görüş keçirilib

TƏBİB-in İcraçı direktoru Anar Bayramov və ÜST-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancının rəhbərliyi ilə keçirilən görüşdə mövcud əməkdaşlıq, həyata keçirilən layihələr və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər tibbi xidmətlərin keyfiyyətinin artırılması, insan resurslarının inkişafı, rəqəmsal tibbi həllərin tətbiqi, ictimai səhiyyə sahəsində institusional potensialın gücləndirilməsi və beynəlxalq təcrübə mübadiləsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüş çərçivəsində həmçinin prioritet istiqamətlər üzrə birgə təşəbbüslərin həyata keçirilməsi, texniki dəstək mexanizmlərinin inkişaf etdirilməsi və əməkdaşlığın gücləndirilməsi məsələləri də müzakirə olunub.

WUF13-ün keçirildiyi günlərdə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalış...
25/05/2026

WUF13-ün keçirildiyi günlərdə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) keçirildiyi bu günlərdə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb.

TƏBİB tərəfindən tədbirin keçirildiyi ərazidə tibbi xidmətin təşkili məqsədilə tibbi yardım məntəqələri qurulub, tədbirlə əlaqədar müvafiq ərazilər üzrə 37 təcili tibbi yardım avtomobili ayrılıb, ümumilikdə 93 təcili tibbi yardım briqadası fəaliyyət göstərib.

WUF13 çərçivəsində ayrılmış hotellər və tədbirin keçirildiyi ərazilərdə də təcili və təxirəsalınmaz tibbi yardım briqadaları gücləndirilmiş iş rejimində çalışıb.

Qeyd edək ki, təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə yanaşı, tədbir günlərində tibbi xidmətlərin göstərilməsinə 4 tibb müəssisəsi də cəlb olunub.

Bu gün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında “Səhiyyə müəssisələrində uşaqlara qarşı zorakılıq, istismar və digər risk h...
20/05/2026

Bu gün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında “Səhiyyə müəssisələrində uşaqlara qarşı zorakılıq, istismar və digər risk halları ilə bağlı erkən aşkarlanma və sənədləşdirmə mexanizmləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə xəstəxananın direktoru Elçin Bilalov geniş çıxış edərək uşaqların hüquqlarının qorunmasının vacibliyindən, səhiyyə işçilərinin bu sahədə üzərinə düşən məsuliyyətdən və risk hallarının vaxtında aşkarlanmasının əhəmiyyətindən danışıb.
Eyni zamanda Kürdəmir Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi İsa Gözəlov da çıxış edərək uşaqlara qarşı zorakılıq və istismar hallarının qarşısının alınması istiqamətində aparılan tədbirlərdən danışıb. O bildirib ki, aidiyyəti qurumların birgə fəaliyyəti uşaqların təhlükəsiz mühitdə böyüməsi və hüquqlarının qorunması baxımından mühüm rol oynayır.
Tədbirdə iştirak edən tibb işçiləri mövzu ilə bağlı maarifləndirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

20 May — Ümumdünya Travmatoloqlar Günü münasibətilə insanların sağlamlığı keşiyində dayanan travmatoloq həkimlərə dərin ...
20/05/2026

20 May — Ümumdünya Travmatoloqlar Günü münasibətilə insanların sağlamlığı keşiyində dayanan travmatoloq həkimlərə dərin təşəkkürümüzü bildiririk. Travmatoloqlar müxtəlif sınıq, çıxıq və zədələrin müalicəsində böyük zəhmət göstərərək xəstələrin yenidən sağlam həyatına qayıtmasına kömək edirlər.
Bu münasibətlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanası travmatoloqları Seyfulla Atamalıyev və Mehman Məmmədov peşə bayramları münasibətilə təbrik edirik.

Bu gün Ümumdünya Travmatoloqlar Günüdür.İnsan sağlamlığının qorunması naminə peşəkarlıq və fədakarlıqla çalışan bütün hə...
20/05/2026

Bu gün Ümumdünya Travmatoloqlar Günüdür.

İnsan sağlamlığının qorunması naminə peşəkarlıq və fədakarlıqla çalışan bütün həkim-travmatoloqlarımızı təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq!

WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaqÜmumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13...
15/05/2026

WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xidmətlərin fasiləsiz təşkili məqsədilə zəruri hazırlıq işləri görülüb.

Tədbirin keçirildiyi müddətdə xüsusilə 4 tibb müəssisəsi, o cümlədən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq.

Mümkün tibbi ehtiyaclar nəzərə alınaraq Yeni Klinikanın təcili və təxirəsalınmaz tibbi yardım, uşaq təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi, reanimasiya şöbəsi və əməliyyatxana tam hazırlıq vəziyyətinə gətirilib. Eyni zamanda yoluxucu xəstəliklərlə bağlı Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi Modul Tipli Xəstəxanasında, yanıq xəsarətləri üzrə Mərkəzi Neftçilər Xəstəxanasında və zəhərlənmə halları ilə bağlı Kliniki Tibbi Mərkəzdə müvafiq çarpayı fondu ayrılıb.

Tibb müəssisələrində istifadə olunacaq tibbi avadanlıq, dərman preparatları və tibbi ləvazimatlara olan ehtiyac əvvəlcədən müəyyənləşdirilərək tam təmin edilib. Həmçinin WUF13 ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən növbəlilik əsasında 75 briqada və 35 təcili tibbi yardım avtomobili ayrılıb.

WUF13 çərçivəsində ayrılmış hotellər və tədbirin keçirildiyi ərazilərdə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları 24/7 fəaliyyət göstərəcək. Təcili tibbi yardım xidmətinin fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə ehtiyat nəqliyyat vasitələrinin ayrılması da nəzərdə tutulub.

Bununla yanaşı, təcili və təxirəsalınmaz tibbi yardım xidmətində iştirak edən heyət (həkim, orta tibb işçisi və sürücü) üçün təməl və təkmil həyat dəstəyi üzrə təlimlər təşkil edilib. Eyni zamanda WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və könüllüləri üçün də ilkin tibbi yardım mövzusunda təlim keçirilib. Təlim proqramları iştirakçıların fövqəladə hallarda düzgün və operativ müdaxilə bacarıqlarının artırılmasına yönəlib. Təlim zamanı iştirakçılara həyati təhlükə yaradan halların ilkin qiymətləndirilməsi, ürək-ağciyər reanimasiyasının aparılması qaydaları, qanaxmaların dayandırılması və travmalar zamanı ilkin tibbi yardımın g

Ailə sevgi, güvən və qayğının başladığı ilk ünvandır. Güclü cəmiyyətin təməli sağlam və xoşbəxt ailələrdən keçir.
15/05/2026

Ailə sevgi, güvən və qayğının başladığı ilk ünvandır.

Güclü cəmiyyətin təməli sağlam və xoşbəxt ailələrdən keçir.

12 May — Beynəlxalq Tibb Bacısı Günüdür Bu gün münasibətilə bütün tibb bacılarını təbrik edir, onlara çətin və şərəfli i...
12/05/2026

12 May — Beynəlxalq Tibb Bacısı Günüdür

Bu gün münasibətilə bütün tibb bacılarını təbrik edir, onlara çətin və şərəfli işlərində uğur arzulayırıq!

Bu gün Kürdəmir Rayon Mərkəzi Xəstəxanası-nın tibb işçiləri ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş gülq...
10/05/2026

Bu gün Kürdəmir Rayon Mərkəzi Xəstəxanası-nın tibb işçiləri ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş gülqoyma mərasimində iştirak ediblər.

Mərasim zamanı xəstəxananın rəhbərliyi və əməkdaşları abidə önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqəda...
10/05/2026

Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar TƏBİB-in kollektivi Fəxri xiyabanı ziyarət edib.

Ziyarət zamanı Ulu Öndər Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi hörmət və ehtiramla yad edilib.

Address

Kürdəmir şəhəri. X.İslamzadə 12

AZ3300

Alerts

Be the first to know and let us send you an email when Kürdəmir Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kürdəmir Rayon Mərkəzi Xəstəxanası:

  • Want your business to be the top-listed Health & Beauty Business?

Share