06/10/2026
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, “Florence Nightingale” Xəstəxanalar Qrupunun və Britaniya-Azərbaycan Həkimləri və Stomatoloqları Assosiasiyasının dəstəyi ilə “Ana və uşaq sağlamlığı: Multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda beynəlxalq elmi konfransda Azərbaycan Pediatrlar Assosiasiyasının üzvü, kafedramızın dosenti, t.ü.f.d. Fəxriyyə Məmmədova “Pediatrik bioetika: klinik praktikada müasir etik problemlər və yanaşmalar” mövzusunda təqdimatla çıxış edib. Eləcə də , Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfransda kafedramızın dosenti, Azərbaycan Pediatrlar Assosiasiyasının Beynəlxalq əlaqələr üzrə eksperti t.ü.f.d. Səbinə Cəfərova “Azərbaycan Pediatrlar Assosiasiyası: milli pediatriyanın təşəkkülündən müasir səhiyyə islahatlarına” mövzusunda təqdimatla çıxış edib.