Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi

Call Directions Website Contact the business

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”

“Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin əsas məqsədi Azərbaycan Respublikasının müvafiq dövlət orqanları və özəl sektorlarla yaxından əməkdaşlıq etmək, Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək vermək, həmçinin Azərbaycanda qan donorluğu ilə bağlı təbliğatın gücləndirilməsinə xidmət etməkdir. Qeyd edək ki, qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.

29/10/2026

APA TV ❤️

26/10/2026

🩸 Park Bulvar ticarət mərkəzində könüllü qanvermə aksiyası keçirilib

24–25 oktyabr 2026-cı il tarixlərində Səhiyyə Nazirliyinin Respublika Qan Bankının təşkilatçılığı ilə Park Bulvar ticarət mərkəzində könüllü qanvermə aksiyası keçirilib.

Respublika Qan Bankı, “Leykemiya ilə Mübarizə” İctimai Birliyi və Park Bulvar ticarət mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən aksiyanın əsas məqsədi könüllü qan donorluğunu təşviq etmək, qan ehtiyatlarını artırmaq və qan köçürülməsinə ehtiyacı olan insanların həyatının xilasına töhfə vermək olub.

Bu humanist təşəbbüsə qoşularaq həyatların xilasına dəstək olan bütün donorlara təşəkkür edirik!

🩸 Unutmayaq ki, bir insanın verdiyi qan başqa bir insana yaşamaq ümidi bəxş edə bilər.

Siz də qan verin, həyat bəxş edin! ❤️

🩸 BAKI GƏNCLƏR MƏRKƏZİNDƏ KÜTLƏVİ KÖNÜLLÜ QANVERMƏ AKSİYASI KEÇİRİLİB21 oktyabr 2026-cı il tarixində Sabunçu Rayon İcra ...
22/10/2026

🩸 BAKI GƏNCLƏR MƏRKƏZİNDƏ KÜTLƏVİ KÖNÜLLÜ QANVERMƏ AKSİYASI KEÇİRİLİB

21 oktyabr 2026-cı il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Qan Bankı və Bakıxanov bələdiyyəsinin birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində könüllü qanvermə aksiyası keçirilib.

“Bir damla QAN bir HƏYAT deməkdir!” şüarı altında keçirilən aksiyada 400-dən çox insan könüllü iştirak edərək talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək nümayiş etdirib.

Qeyd edək ki, talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində qan ehtiyatlarının davamlı təmin olunması mühüm əhəmiyyət daşıyır.

2005-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə başlanmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində ölkəmizdə mütəmadi olaraq könüllü qanvermə aksiyaları təşkil edilir. Bu aksiyalar qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə və onların həyatlarının xilas edilməsinə mühüm töhfə verir.

Hər bir könüllü donorun iştirakı bir insana yaşamaq ümidi, bir ailəyə isə sevinc bəxş edə bilər.

🩸 Həmrəy olaq, qanımızla yaşadaq!







SABİRABADDA KÖNÜLLÜ QANVERMƏ AKSİYASI KEÇİRİLİBHeydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsind...
22/10/2026

SABİRABADDA KÖNÜLLÜ QANVERMƏ AKSİYASI KEÇİRİLİB
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Sabirabad rayonunda növbəti könüllü qanvermə aksiyası təşkil olunub.

Aksiya Səhiyyə Nazirliyi Respublika Qan Bankının Şirvan bölməsi tərəfindən, Sabirabad Rayon İcra Hakimiyyəti və Sabirabad Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə həyata keçirilib.

Aksiya zamanı toplanan qan ehtiyatları talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Unutmayaq ki, bir damla qan bir insana həyat, bir ailəyə ümid bəxş edə bilər! Könüllü qan donorluğu insan həyatının xilasına xidmət edən ən dəyərli humanitar təşəbbüslərdən biridir.

🩸 Həmrəy olaq, qanımızla yaşadaq!








Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi adından cənab Anar Bayramovu Azərbaycan Respublikasının səhiyyə naziri vəzi...
19/10/2026

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi adından cənab Anar Bayramovu Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsinə təyin olunması münasibətilə səmimi-qəlbdən təbrik edirik!

Ona bu məsuliyyətli və şərəfli fəaliyyətində uğurlar, möhkəm cansağlığı və Azərbaycan səhiyyəsinin inkişafı, əhalinin sağlamlığının qorunması, könüllü və təmənnasız qan donorluğunun təşviqi naminə həyata keçirəcəyi işlərdə böyük nailiyyətlər arzulayırıq.

İnanırıq ki, səhiyyə sahəsində həyata keçirilən təşəbbüslər insanların sağlamlığının qorunmasına, qan donorluğu mədəniyyətinin genişlənməsinə və qan xəstəliklərindən əziyyət çəkən minlərlə insanın həyatına ümid bəxş edilməsinə töhfə verəcək.

Yeni vəzifəniz mübarək olsun!

Hörmətlə,
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi

Göyçay Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib Göyçay Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublik...
15/10/2026

Göyçay Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib

Göyçay Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Qan Bankının Mingəçevir bölməsi və Göyçay Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı könüllü qanvermə aksiyası keçirilib.

Aksiyada Göyçay rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, həmçinin rayon əhalisi iştirak edib.

Tibbi heyət tərəfindən tibbi aksiyaya qoşulmaq istəyənlərin sağlamlıq göstəriciləri təyin edildikdən sonra onlardan qan ehtiyatı götürülüb.

Toplanan qan ehtiyatı hemofiliya və talassemiya, həmçinin digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

🩸❤️ KÜRDƏMİRDƏ KÖNÜLLÜ QANVERMƏ AKSİYASIKürdəmir rayonunda talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət...
15/10/2026

🩸❤️ KÜRDƏMİRDƏ KÖNÜLLÜ QANVERMƏ AKSİYASI

Kürdəmir rayonunda talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək məqsədilə könüllü qanvermə aksiyası keçirilib.

Səhiyyə Nazirliyi Respublika Qan Bankının Şirvan bölməsinin iştirakı, Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən humanitar aksiyada dövlət qurumlarının əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, təhsil və səhiyyə işçiləri, idarə və müəssisələrin kollektivləri, fəal gənclər və rayon sakinləri iştirak ediblər.

🩸 Unutmayaq ki, verilən hər damla qan bir insana həyat, bir ailəyə ümid bəxş edə bilər.

Könüllü donor olmaq insanlığa xidmət etmək, həyatları xilas etmək və həmrəyliyimizi əməli addımlarla göstərməkdir.

❤️ HƏMRƏY OLAQ, QANIMIZLA YAŞADAQ!

🩸 NAFTALANDA KÖNÜLLÜ QANVERMƏ AKSİYASI KEÇİRİLİBHeydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsin...
13/10/2026

🩸 NAFTALANDA KÖNÜLLÜ QANVERMƏ AKSİYASI KEÇİRİLİB

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Səhiyyə Nazirliyi Respublika Qan Bankı və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naftalan Şəhər Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib.

Aksiyada şəhər rəhbərliyi, idarə, müəssisə və təşkilatların nümayəndələri, hotel və müalicə mərkəzlərinin əməkdaşları, eləcə də könüllülər iştirak ediblər. Donorlar tibbi müayinədən keçirilib, sağlamlıq vəziyyəti uyğun olan şəxslərdən qan götürülüb.

Qan donorluğunun təşviqinə verdiyi dəstəyə görə Naftalan Şəhər İcra Hakimiyyətinə Respublika Qan Bankı tərəfindən “Təşəkkürnamə” təqdim olunub.

❤️ Bir damla qan — bir ümid, bir həyat!

🚆❤️ 13 OKTYABR – DƏMİRYOLÇULARIN PEŞƏ BAYRAMI MÜBARƏK!Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi adından bütün dəmiryo...
13/10/2026

🚆❤️ 13 OKTYABR – DƏMİRYOLÇULARIN PEŞƏ BAYRAMI MÜBARƏK!

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi adından bütün dəmiryolçularımızı və əziz donorlarımızı səmimi-qəlbdən təbrik edirik!

Əziz dəmiryolçular! Siz dəmir yollarında insanları mənzil başına çatdırır, donor kimi isə insanları həyata bağlayırsınız. Müntəzəm qanvermə aksiyalarında iştirakınız insanpərvərliyinizin və yüksək vətəndaş məsuliyyətinizin parlaq nümunəsidir.

Bu nəcib ənənəyə sadiqliyinizə görə hər birinizə təşəkkür edir, həyat naminə həmrəyliyinizin daim davam etməsini arzulayırıq!

Siz yolları birləşdirir, qanınızla həyatları xilas edirsiniz!

❤️ Peşə bayramınız mübarək, əziz dəmiryolçular! Yaxşı ki, varsınız!

HƏMRƏY OLAQ, QANIMIZLA YAŞADAQ!

Dərin hörmətlə, Fuad Rəsul
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri


Azərbaycan Dəmir Yolları - ADY ❤

Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti qanvermə aksiyası keçirilibHeydər Əliyev Fondunun “Talassemiyasız həya...
12/10/2026

Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramına dəstək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti könüllü qanvermə aksiyası təşkil olunub.

Talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə dəstək məqsədi daşıyan aksiyada Nazirliyin əməkdaşları fəal iştirak edərək könüllü qan donorluğuna öz töhfələrini veriblər.

Aksiya “Respublika Qan Bankı” publik hüquqi şəxsin xüsusi tibbi briqadası tərəfindən həyata keçirilib. Qanvermədən əvvəl donorların sağlamlıq vəziyyəti həkim-hematoloqlar tərəfindən qiymətləndirilib, tibbi müayinədən sonra qan götürülüb.

Toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

Könüllü qan donorluğu insan həyatının xilasına xidmət edən nəcib vətəndaşlıq nümunəsidir. Hər bir donorun verdiyi qan talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların həyatına ümid, ailələrinə isə sevinc bəxş edə bilər.

Həmrəy olaq, qanımızla yaşadaq!

Address

Bineqedi
Baku

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi:

Shortcuts

Share

Nearby health & beauty businesses