Medic School Training Center

Call Directions Website Contact the business

Medic School Training Center Medic School (MS) Training Center Amerika Ürək Assosiasiyası tərəfindən Akkreditasiya olunmuş Azərbaycanda Beynəlxalq Təlim Mərkəzidir.

Nizami Tibb Mərkəzində ACLS təlimi keçirilibMedic School Training Center tərəfindən Nizami Tibb Mərkəzində tibb mütəxəss...
23/10/2026

Nizami Tibb Mərkəzində ACLS təlimi keçirilib

Medic School Training Center tərəfindən Nizami Tibb Mərkəzində tibb mütəxəssisləri üçün Advanced Cardiovascular Life Support (ACLS) təlimi təşkil olunub.

Təlimin əsas məqsədi ürək-damar təcili vəziyyətlərinin idarə olunması, kardiopulmonar reanimasiya üzrə biliklərin möhkəmləndirilməsi və praktik müdaxilə bacarıqlarının təkmilləşdirilməsidir.

Medic School Training Center tibb mütəxəssislərinin peşəkar inkişafına və beynəlxalq standartlara uyğun təlimlərin təşkilinə töhfə verməyə davam edir.

Təqvimdə bir gün. Gələcəkdə bir həyat.Medic School Training Center-də Amerika Ürək Assosiasiyasının (AHA) beynəlxalq sta...
21/10/2026

Təqvimdə bir gün. Gələcəkdə bir həyat.

Medic School Training Center-də Amerika Ürək Assosiasiyasının (AHA) beynəlxalq standartlarına uyğun təşkil olunan təlimlərimizlə ilk yardım və təcili tibbi müdaxilə sahəsində bilik və bacarıqlarınızı təkmilləşdirin. Peşəkar inkişafınız üçün ilk addımı bu gün atın.

Qeydiyyat və ətraflı məlumat üçün:
📱 +994 50 755 11 35
📧 [email protected]

Medic School Training Center tərəfindən Xətai Tibb Mərkəzində beynəlxalq standartlara uyğun Təməl Həyata Dəstək (BLS) tə...
09/10/2026

Medic School Training Center tərəfindən Xətai Tibb Mərkəzində beynəlxalq standartlara uyğun Təməl Həyata Dəstək (BLS) təlimi təşkil olunmuşdur.

Amerika Ürək Assosiasiyası (AHA) tərəfindən akkreditə olunmuş təlim mərkəzi olaraq, tibb mütəxəssislərinin həyati təhlükəli vəziyyətlərdə effektiv müdaxilə bacarıqlarının inkişafına töhfə veririk.

Təlim zamanı iştirakçılar ürək-ağciyər reanimasiyasının (CPR) tətbiqi, avtomatlaşdırılmış xarici defibrilyatorun (AED) istifadəsi, yetkinlərdə, uşaqlarda və körpələrdə reanimasiya yanaşmaları, eləcə də komanda şəklində müdaxilə üzrə bilik və bacarıqlarını təkmilləşdirmişlər.

Real klinik vəziyyətləri simulyasiya edən praktiki məşğələlər vasitəsilə iştirakçılar müdaxilə ardıcıllığını tətbiq etmiş, qərarvermə və komanda koordinasiyası bacarıqlarını möhkəmləndirmişlər.

Çünki həyatı xilas edən yalnız bilik deyil, onu ən vacib anda düzgün tətbiq etmək bacarığıdır.

Həyat qurtarmağı öyrən!

Nizami Tibb Mərkəzində Medic School Training Center tərəfindən beynəlxalq standartlara uyğun Təməl Həyata Dəstək (BLS) t...
01/10/2026

Nizami Tibb Mərkəzində Medic School Training Center tərəfindən beynəlxalq standartlara uyğun Təməl Həyata Dəstək (BLS) təlimi təşkil olunmuşdur.

Amerika Ürək Assosiasiyası (AHA) tərəfindən akkreditə olunmuş təlim mərkəzi olaraq Medic School Training Center səhiyyə işçilərinin bilik və praktiki bacarıqlarının müasir beynəlxalq protokollara uyğun inkişaf etdirilməsini davam etdirir.

Təlim proqramı çərçivəsində aşağıdakı mövzular üzrə nəzəri və praktiki məşğələlər keçirilmişdir:

🔹 Təməl Həyata Dəstək (BLS) üzrə klinik yanaşmalar
🔹 Kardiopulmonar reanimasiya (CPR) alqoritmləri
🔹 Avtomatlaşdırılmış Xarici Defibrilyatorun (AED) istifadəsi
🔹 Yetkinlərdə, uşaqlarda və körpələrdə reanimasiya və ilkin yardım prinsipləri
🔹 Komanda işi və təxirəsalınmaz müdaxilə bacarıqları
🔹 Praktik simulyasiya və ssenari əsaslı məşğələlər

Təlim nəticəsində iştirakçıların kritik vəziyyətləri sürətli qiymətləndirmək, düzgün reanimasiya tədbirlərini vaxtında tətbiq etmək və koordinasiyalı müdaxilə etmək üzrə praktiki bacarıqları möhkəmləndirilmişdir.

Bir addım. Bir nəfəs. Bir həyat.Ürək isə bütün bunların ritmini qoruyur.Bu gün onu xatırlamaq üçün deyil, ona daha yaxşı...
29/09/2026

Bir addım. Bir nəfəs. Bir həyat.
Ürək isə bütün bunların ritmini qoruyur.

Bu gün onu xatırlamaq üçün deyil, ona daha yaxşı baxmaq üçün bir səbəbimiz var.

Çünki sağlam həyat sabah başlamır. Bu gün başlayır.

Ümumdünya Ürək Gününüz mübarək.🫀

Standartı bilmək kifayət deyil. Onu praktikada tətbiq etməyi bacarmalısınız.AHA standartlarına əsaslanan təlimlərdə bili...
26/09/2026

Standartı bilmək kifayət deyil. Onu praktikada tətbiq etməyi bacarmalısınız.

AHA standartlarına əsaslanan təlimlərdə bilikdən bacarığa keçin.

Növbəti qrupda yerinizi indidən ayırın.

📱 +994 50 755 11 35
📧 [email protected]

Pediatrik Təkmil Həyata Dəstək (PALS) TəlimiTəlim Amerika Ürək Assosiasiyasının (AHA) beynəlxalq protokollarına uyğun ol...
22/09/2026

Pediatrik Təkmil Həyata Dəstək (PALS) Təlimi

Təlim Amerika Ürək Assosiasiyasının (AHA) beynəlxalq protokollarına uyğun olaraq, sertifikatlı təlimçilər tərəfindən müasir avadanlıqlarla nəzəri və praktiki şəkildə keçirilir. 👨🏻‍⚕️🧑‍⚕️

Təlim proqramı:

🔹 Pediatrik xəstənin ilkin qiymətləndirilməsi
🔹 Uşaq və körpələrdə CPR
🔹 Tənəffüs çatışmazlığı və tənəffüs yollarının idarə olunması
🔹 Şok və ürək ritm pozğunluqlarının idarə olunması
🔹 Defibrilyasiya və elektrik terapiyası
🔹 Praktiki bacarıqlar və simulyasiyalar
🔹 Bacarıqların qiymətləndirilməsi və AHA PALS sertifikatlaşdırması

ℹ️ Qeydiyyat və ətraflı məlumat üçün:

📱 +994 50 755 11 35
📧 [email protected]

21/09/2026

AZƏRBAYCAN TƏCİLİ TİBB KONQRESİ 2027

29-30 yanvar 2027 | Bakı, Azərbaycan

Müasir klinik yanaşmaların, elmi yeniliklərin və praktik təcrübənin bir araya gəldiyi Azərbaycan Təcili Tibb Konqresi 2027 beynəlxalq və yerli mütəxəssisləri vahid elmi-praktiki platformada birləşdirəcək.

Konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, TƏBİB-in təşkilatçılığı, Kurs Evi Portal və SEM Academy-nin texniki dəstəyi, həmçinin UpToDate in Medicine AHA ITC və Medic School AHA ITC-nin iştirakı ilə keçiriləcək.

ELMİ PROQRAMDA - təcili kardiologiya, travma və reanimasiya, insult və pediatrik təcili tibb, ağciyər emboliyası və torakal travmalar, hamiləlikdə təxirəsalınmaz hallar, toksikologiya, massiv qan transfuziyası, diabetik və tiroid təcili hallar kimi aktual mövzulara yer veriləcək.

KONQRES ÇƏRÇİVƏSİNDƏ SİZİ GÖZLƏYİR

• Beynəlxalq və yerli ekspertlər
• Keynote məruzələr və aktual elmi sessiyalar
• Paralel tematik sessiyalar
• Praktiki və simulyasiya əsaslı təlimlər
• İnteraktiv klinik hallar
• DTT kreditləri və beynəlxalq sertifikatlı təlimlər

Kardiologiya, təcili tibb, reanimasiya, anesteziologiya, travmatologiya, ailə təbabəti, ginekologiya, endokrinologiya və cərrahiyyə sahələrinin mütəxəssislərini, eləcə də orta tibb və təcili yardım mütəxəssislərini nüfuzlu elmi platformaya qoşulmağa dəvət edirik.

Siz də Azərbaycan Təcili Tibb Konqresi 2027-nin bir hissəsi olun. Təcili tibbin gələcəyinə birlikdə istiqamət verək.

🔗 Qeydiyyat yaxın zamanda açılacaq:
kursevi.az⁠

🤝 Sponsorluq üçün:
+994 55 471 10 70

⏳Növbəti qruplar üçün qeydiyyat başladı!Təlim proqramlarımız nəzəri biliklərin praktik tətbiqi və bacarıqların düzgün ic...
15/09/2026

⏳Növbəti qruplar üçün qeydiyyat başladı!

Təlim proqramlarımız nəzəri biliklərin praktik tətbiqi və bacarıqların düzgün icrası üzərində qurulub. Öz bilik və bacarıqlarınızı sistemli şəkildə inkişaf etdirmək üçün növbəti qrupda yerinizi indidən ayırın.

📱 +994 50 755 11 35
📧 [email protected]

Address

Q. Qarayev 2380/103
Baku
AZ1118

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+994507551135

Alerts

Be the first to know and let us send you an email when Medic School Training Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Medic School Training Center:

Shortcuts

Share

Nearby health & beauty businesses