DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi DİİYM-nin missiyası Azərbaycan Respublikasında həssas əhali qrupuna aid şəxslərə xidmətdir
(1)

07/09/2026

Prezident həftəsi

04/09/2026

🏛 DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları üçün Şirvanşahlar Sarayı Kompleksinə maarifləndirici infotur təşkil olunub.

🎯 Tədbirin təşkilində məqsəd həssas əhali qruplarından olan şəxslərin asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaq, onların cəmiyyətə sosial inteqrasiyasını gücləndirmək və zəngin milli-mədəni irsimizlə tanış etməkdir.

✨ İnfotur zamanı iştirakçılara orta əsr Azərbaycan memarlığının nadir incilərindən hesab olunan saray kompleksinin tarixi, memarlıq xüsusiyyətləri və zəngin ekspozisiyaları haqqında məlumat verilib.

🤝 Bələdçilərin müşayiəti ilə keçirilən infotura 20-yə yaxın benefisiar və "İnklüziv DOST" könüllüləri cəlb olunub.

Seneqalın dövlət qulluğu, əmək və ictimai xidmətlərin islahatı naziri Mamadou Lamine Diantenin başçılıq etdiyi nümayəndə...
03/09/2026

Seneqalın dövlət qulluğu, əmək və ictimai xidmətlərin islahatı naziri Mamadou Lamine Diantenin başçılıq etdiyi nümayəndə heyəti 1 saylı DOST Mərkəzi ilə tanış olub.

Nazir Anar Əliyev konsepsiyasının üstünlükləri barədə nümayəndə heyətinə məlumat verib.

ℹ️ Qonaqlar üçün DOST xidmətləri və ölkəmizin rəqəmsal sosial nailiyyətləri barədə təqdimatlar edilib. Keçirilən ikitərəfli görüşdə iki nazirlik arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

➡️ https://sosial.gov.az/az/media/xeberler/seneqalli-nazir-dost-merkezi-ile-tanis-olub-9709

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Sosial Müdafiə Qurumunun (Sosyal Güvenlik Kurumu) İnformasiyaTexnologiyal...
02/09/2026

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Sosial Müdafiə Qurumunun (Sosyal Güvenlik Kurumu) İnformasiyaTexnologiyaları Baş İdarə rəisinin müavini Adnan Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub.

➡️ https://inclusivecenter.gov.az/media/xeberler/turkiye-numayende-heyeti-dost-inkluziv-inkisaf-ve-yaradiciliq-merkezi-ile-tanis-olub

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında hazırda 360-dək benefisiar 14 müxtəlif fəaliyyət istiqamət...
02/09/2026

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında hazırda 360-dək benefisiar 14 müxtəlif fəaliyyət istiqaməti üzrə təlimlərdə iştirak edərək bacarıqlarını inkişaf etdirir.

Mərkəz və filiallarında əlilliyi olanlar, şəhid ailələrinin üzvləri və digər həssas qruplara aid şəxslər 🖌️ təsviri incəsənət, 🏺 dulusçuluq, 🎶 musiqi, ✂️ dərzilik, modelyerlik, xalçaçılıq, 🧶 toxuma və 🪡 tikmə, bədii oyma və s. istiqamətlər üzrə təlimlərə cəlb edilir, bacarıqları təkmilləşdirilir.

➡️ https://sosial.gov.az/az/media/xeberler/dost-inkluziv-inkisaf-ve-yaradiciliq-merkezi-ve-filiallarinda-hazirda-360-dek-benefisiar-bacariqlarini-inkisaf-etdirir-9706

02/09/2026

✍️ "Günün hekayəsi"ndə həmsöhbətimiz birinci dərəcə gözdən əlilliyi olan Aydan Əliyevadır.

🎵 Musiqiçi ailəsindən olan qəhrəmanımız üçün muğam ifası əvvəllər çox çətin görünsə də o, atasının və müəlliminin dəstəyi ilə öz potensialını kəşf edib.

Bu gün Aydan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tanınmış xanəndə, Əməkdar artist Fərqanə Qasımovadan muğam dərsləri almağın sevincini və qürurunu yaşayır. 🎤

💬 "Özümə çox qapanırdım, amma burada çox yaxşı oldu mənim üçün".

Vitraj texnikasında hazırlanan bu dekorativ əl işi rənglərin və milli motivlərin ahəngdar kompozisiyası ilə diqqət çəkir...
01/09/2026

Vitraj texnikasında hazırlanan bu dekorativ əl işi rənglərin və milli motivlərin ahəngdar kompozisiyası ilə diqqət çəkir. 🎨🌿 Əsərin müəllifi Təranə Əliyevadır. 💫

01/09/2026

🧶İlmələrlə toxunan uğur…🪡
Sevinc Şirinovanın həyat hekayəsi🧵

Address

Bakı şəhəri, Nəsimi Rayonu, Cavadxan Küçəsi 13
Baku
AZE1000

Opening Hours

Monday 09:30 - 18:30
Tuesday 09:30 - 18:30
Wednesday 09:30 - 18:30
Thursday 09:30 - 18:30
Friday 09:30 - 18:30

Alerts

Be the first to know and let us send you an email when DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi:

Shortcuts

Share