Op.Dr.Nazile

Op.Dr.Nazile Ümumi Cərrahi Xəstəliklərin Müayinə və Müalicəsi

Diabetik pəncə — amputasiyaya aparan gizli təhlükədir‼️‼️Şəkərli diabet zamanı damar və sinir zədələnməsi nəticəsində ay...
25/02/2026

Diabetik pəncə — amputasiyaya aparan gizli təhlükədir‼️‼️
Şəkərli diabet zamanı damar və sinir zədələnməsi nəticəsində ayaqda yaralar əmələ gəlir və gec sağalır.
Hissiyyat azalması səbəbilə pasient çox vaxt problemə ciddi yanaşmır və nəticədə gecikir.

Risk faktorları:
– Uzunmüddətli diabet xəstələri
– Qanda şəkərin daimi yüksək olması(nəzarət altına alına bilməməsi)
– Ayaq travmaları və dar ayaqqabı
– Qan dövranının pozulması və s

Əlamətlər:
🔹 Sağalmayan yara
🔹 Qaralma və ya rəng dəyişikliyi
🔹 İrinli axıntı və p*s qoxu
🔹 Ayaqda keyimə və hissiyat azalması
❗ Gecikmə infeksiyaya, toxuma nekrozuna və amputasiyaya səbəb ola bilər.
📌 Erkən müraciət — ayağı xilas edə bilər.

Qasıq yırtığı-qarın boşluğu orqanlarının qarın divarının zəif yerindən çölə doğru çıxmasıdır.Kişilərdə qadınlara nisbətə...
18/02/2026

Qasıq yırtığı-qarın boşluğu orqanlarının qarın divarının zəif yerindən çölə doğru çıxmasıdır.
Kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir.
Ən çox səbəblər:
– Ağır yük qaldırmaq
– Xroniki öskürək
– Qəbizlik
– Qarın divarının zəifliyi
Əlamətlər:
🔹 Qasıqda şişlik (ayaqüstə artır, uzananda azalır)
🔹 Ağırlıq və ya ağrı hissi
🔹 Fiziki gərginliklə böyümə
❗ Ən təhlükəli hal — yırtığın boğulmasıdır. Bu zaman şiddətli ağrı yaranır və təcili əməliyyat tələb olunur.
📌 Qasıq yırtığının yeganə effektiv müalicəsi əməliyyatdır.
Öz-özünə keçmir və bandaj problemi həll etmir.
👨‍⚕️ Erkən əməliyyat — daha rahat və təhlükəsizdir.

Babasil (Hemorroy) – çox rast gəlinən, amma gizlədilən problem🚻Babasil a**l ka**lın venoz damarlarının genişlənməsi nəti...
12/02/2026

Babasil (Hemorroy) – çox rast gəlinən, amma gizlədilən problem🚻
Babasil a**l ka**lın venoz damarlarının genişlənməsi nəticəsində yaranır.
Ən çox səbəb: xroniki qəbizlik, uzun müddət oturaq həyat tərzi və hamiləlikdir.
Əsas əlamətlər:
🔹 Defekasiya zamanı parlaq qırmızı qan
🔹 Qaşınma və yanma hissi
🔹 A**l nahiyədə şişlik
🔹 İrəliləmiş hallarda düyünlərin çölə çıxması
Erkən mərhələdə dərman və həyat tərzi dəyişikliyi kifayət edə bilər.
Gecikmiş hallarda isə minimal invaziv və ya cərrahi müdaxilə lazım ola bilər.
❗ Qanamanı “sadə babasil” kimi qəbul edib illərlə gözləmək düzgün deyil.
Hər a**l qanama mütləq qiymətləndirilməlidir.
📌 Utanmaq problemi həll etmir — vaxtında müraciət isə ağırlaşmanın qarşısını alır.

Öd kisəsi daşı (Xolelitiaz)Öd kisəsində xolesterin və ya piqment daşlarının yaranmasıdır.Qadınlarda və artıq çəkisi olan...
10/02/2026

Öd kisəsi daşı (Xolelitiaz)
Öd kisəsində xolesterin və ya piqment daşlarının yaranmasıdır.
Qadınlarda və artıq çəkisi olanlarda daha tez-tez rast gəlinir.
Tipik əlamət: sağ qabırğaaltı nahiyyədə ağrı(ağrının kürəyə vurması) + ürəkbulanma+ağızda acı dad, bəzən qaşınma verə bilər.
Təkrarlayan ağrılar əməliyyat göstərişidir.

Appendisit (Appendix vermiformis iltihabı)Appendisit – təxirəsalınmaz cərrahi patologiyadırAppendix vermiformisin kəskin...
06/02/2026

Appendisit (Appendix vermiformis iltihabı)

Appendisit – təxirəsalınmaz cərrahi patologiyadır
Appendix vermiformisin kəskin iltihabıdır.
Ən çox 15–35 yaş aralığında rast gəlinir.
Ağrı adətən epigastriumdan başlayıb sağ aşağı kvadranta keçir.
Gecikmiş hallarda perforasiya (deşilmə) və peritonit(iltihanın yayılması) riski var.
⛔ Klinik şübhə varsa, gecikmədən cərrah müayinəsi şərtdir.

Son zamanlarda-xüsusile Covid sonrası ən çox rastlaşdığımız şikayətlər və səbəb: D vitamini çatışmazlığı. İnsanların şik...
06/04/2024

Son zamanlarda-xüsusile Covid sonrası ən çox rastlaşdığımız şikayətlər və səbəb: D vitamini çatışmazlığı.
İnsanların şikayətləri :
• saç tökülməsi
• Dırnaq qırılması
• sümük-əzələ və oynaq ağrıları
• həddindən artıq tərləmə
• Dəri quruluğu
• Xroniki yorğunluq,halsızlıq
• depressiv hallar
• immun sistemin zəifləməsi
• Tez-tez xəstələnmə
• Dişlərin çürüməsi
• Yuxu pozğunluğu
• metabolizmanın zəifləməsidir (çəki verə bilməmək)
QƏTİYYƏN ANALİZ VERİB DƏYƏRLƏRİNİZİ BİLMƏDƏN ÖZBAŞINA VİTAMİN QƏBUL ETMƏYİN. ÇÜNKİ BU ŞİKAYƏTLƏRƏ SƏBƏB OLA BİLƏCƏK DİGƏR XƏSTƏLİKLƏR DƏ VAR.

Bitişik şekilde-konkrementlə dolu öd kisəsi və Exinokokk kisti
05/12/2022

Bitişik şekilde-konkrementlə dolu öd kisəsi və Exinokokk kisti

Address

Azerbaycan
Baku
1001

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Op.Dr.Nazile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Op.Dr.Nazile:

Share