10/05/2026
Əczaçı istehsalda nəyi fərqli görür?
İstehsalat sahəsində eyni prosesə baxan insanlar fərqli şeylər görür.Bəziləri üçün bu sadəcə texniki işdir.
Əczaçı isə prosesə daha geniş və peşəkar baxır.
Əczaçı üçün istehsal:
⚕️yalnız məhsul hazırlamaq deyil;
⚕️standartı qorumaq;
⚕️keyfiyyəti izləmək;
⚕️riskləri əvvəlcədən görmək deməkdir.
Əczaçı istehsalda detallara diqqət edir:
⚕️ xammalın uyğunluğu;
⚕️ temperatur və saxlanma şərtləri;
⚕️ prosesin düzgün aparılması;
⚕️ sənədləşmənin dəqiq olması;
⚕️ məhsulun stabil qalması.
Çünki istehsalda ən kiçik detal belə böyük fərq yarada bilər.
Texniki olaraq hər şey düzgün görünə bilər,amma peşəkar yanaşma olmadan keyfiyyət davamlı olmaz.
Əczaçının fərqi ondadır ki, o istehsala sadəcə proses kimi yox, məsuliyyət kimi yanaşır.
Bu düşüncə dərman sənayesində çox vacibdir. Çünki keyfiyyət təsadüfən yaranmır — onu bilik və düzgün yanaşma formalaşdırır.