Respublika Kliniki Uroloji Xəstəxanası

Call Directions Website Contact the business

Respublika Kliniki Uroloji Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir. Açılış mərasimdə Prezident klinikanın akademik M.C.Cavadzadənin adını daşıması haqda qərar vermişdir.

2009-cu ildə Azərbaycan Respublikasının Prezidentı İlham Əliyev cənablarının sərəncamı ilə klinikada əsaslı təmir-rekonstruksiya işləri aparılmış və müasir tibbi avadanlıqla təchiz edilmişdi.

05/10/2026

İnsan həyatına toxunmaq, sağlamlığı qorumaq və ən çətin anlarda ümid olmaq böyük məsuliyyət və fədakarlıq tələb edir.

Həyatını bu peşəyə həsr edən, gecə-gündüz yorulmadan çalışan, hər qərarında insan həyatını və sağlamlığını öndə tutan bütün həkimləri Beynəlxalq Həkimlər Günü münasibətilə təbrik edirik.

Həkim olmaq yalnız müalicə etmək deyil, ümid vermək, həyata inam yaratmaqdır! 💙

05/10/2026

Sağlam gələcəyin təməli savadlı nəsillərdən başlayır. Bu gələcəyin yetişməsində əvəzsiz rol oynayan bütün müəllimləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, əməyiniz üçün təşəkkürümüzü bildiririk!

Peşə bayramınız mübarək! 📚🌟

27 Sentyabr Anım GünüdürVətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət v...
27/09/2026

27 Sentyabr Anım Günüdür

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Şəhidlərimizin xatirəsi daim yaşayacaq!

27/09/2026
27/09/2026

🇦🇿 Altı il əvvəl tariximizin ən şərəfli səhifələrindən biri yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, xalqımızın sarsılmaz birliyi və hər bir sahədə nümayiş etdirilən fədakarlıq 44 günlük Zəfər yolunu tarixə yazdı.

Həkimlərimiz və tibb işçilərimiz də bu mübarizənin ön cərgəsində idi. Döyüş meydanında yaralanan hərbçilərimizin həyatını xilas etmək, onlara ilkin tibbi yardım göstərmək və müalicələrini təmin etmək üçün gecə-gündüz yorulmadan xidmət göstərdilər. Onların peşəkarlığı, cəsarəti və insan həyatına bağlılığı Zəfər yolunun mühüm hissəsinə çevrildi.

Bu şərəfli yolda Vətən uğrunda canından keçən şəhidlərimizin, o cümlədən şəhid həkim və tibb işçilərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayırıq.

Qəhrəman şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq!

🍂 Payızda havalar sərinləşsə də, su içməyi unutmayın.Sərin günlərdə isti içkilərə üstünlük verərkən su qəbulunu arxa pla...
23/09/2026

🍂 Payızda havalar sərinləşsə də, su içməyi unutmayın.

Sərin günlərdə isti içkilərə üstünlük verərkən su qəbulunu arxa plana keçirməyin. Sidik yollarının sağlamlığını qorumaq üçün kifayət qədər maye qəbulu payızda da vacibdir.

Qorunmaq üçün gündəlik vərdişlərinizə nəzər salın:

🔹 Sərin havalarda da kifayət qədər su qəbul edin. Həkiminiz maye məhdudiyyəti təyin edibsə, onun göstərişinə əməl edin.
🔹 Sidiyə getmə ehtiyacını uzun müddət təxirə salmayın.
🔹 Şəxsi gigiyenaya riayət edin, intim nahiyədə qıcıqlandırıcı məhsullardan çəkinin.

Hər narahatlığı “payız soyuqlaması” ilə əlaqələndirməyin. Sidik ifrazı zamanı yanma, tez-tez sidiyə getmə və qarının aşağı hissəsində ağrı varsa, həkimə müraciət edin. Qızdırma, titrətmə və bel-böyrək nahiyəsində ağrı olduqda tibbi yardımı gecikdirməyin.

20/09/2026

20 Sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günüdür.

Bu əlamətdar gün xalqımızın milli iradəsinin, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin təntənəsini ifadə edir. Qürurla yaşatdığımız bu tarix gələcək nəsillərə ötürəcəyimiz şanlı irsimizdir.

Dövlət suverenliyimiz əbədi olsun! 🇦🇿

Prostat sağlamlığı: bu gün göstərdiyiniz diqqət sabahkı həyat keyfiyyətiniz üçün önəmlidir.Prostat sağlamlığına qayğı gü...
18/09/2026

Prostat sağlamlığı: bu gün göstərdiyiniz diqqət sabahkı həyat keyfiyyətiniz üçün önəmlidir.

Prostat sağlamlığına qayğı gündəlik vərdişlərdən başlayır. Düzgün qidalanmaq, aktiv olmaq və müayinələri fərdi riskə uyğun planlaşdırmaq bu yanaşmanın əsasını təşkil edir.

1️⃣ Hərəkəti gündəlik həyatınızın bir hissəsinə çevirin.
Müntəzəm gəzinti və fiziki aktivlik ümumi sağlamlığınızı dəstəkləyir, çəkinizi nəzarətdə saxlamağa kömək edir. Oturaq işləyirsinizsə, gün ərzində qısa hərəkət fasilələri verin.

2️⃣ Balanslı qidalanmaya üstünlük verin.
Rasionunuzda tərəvəz, meyvə, paxlalılar və tam taxıllı məhsullara yer ayırın. Emal olunmuş ət məhsullarını, şəkərli içkiləri və yüksək kalorili qidaları məhdudlaşdırın. Tək bir qidanın prostat xəstəliklərindən qoruduğunu düşünmək düzgün deyil. Əsas olan davamlı və sağlam qidalanma vərdişidir.

3️⃣ Sağlam bədən çəkisini qoruyun.
Artıq çəki prostat xərçənginin daha ağır formalarının riski ilə əlaqələndirilir. Çəkinizə nəzarət üçün sərt, qısamüddətli pəhrizlər əvəzinə balanslı qidalanma və müntəzəm fiziki aktivliyə üstünlük verin.

4️⃣ Sidik ifrazındakı dəyişiklikləri diqqətsiz qoymayın.
Sidik axınının zəifləməsi, sidiyə başlamaqda çətinlik, sidik kisəsinin tam boşalmaması hissi və gecələr tez-tez sidiyə getmə uroloji qiymətləndirmə tələb edə bilər. Bu əlamətlər mütləq ciddi xəstəlik demək deyil, lakin səbəbini müəyyənləşdirmək üçün həkim-uroloqa vaxtında müraciət etmək vacibdir.

5️⃣ Müayinə planınızı uroloqla müəyyənləşdirin.
PSA analizinə başlama vaxtı və təkrarlanma tezliyi hər kəs üçün eyni deyil. Qərar yaşınıza, ümumi sağlamlığınıza və ailə tarixçənizə əsasən verilir. Atanızda və ya qardaşınızda prostat xərçəngi aşkarlanıbsa, bu barədə həkiminizə məlumat verin və müayinəyə daha erkən başlama ehtiyacını müzakirə edin.

Sağlam vərdişlər tibbi müayinəni əvəz etmir. Prostat sağlamlığınıza vaxt ayırın, dəyişiklikləri təxirə salmayın.

Çox eşidilən hər fikir tibbi həqiqət deyil.Sidik-cinsiyyət sistemi haqqında yanlış məlumatlar əlamətlərin diqqətdən kəna...
17/09/2026

Çox eşidilən hər fikir tibbi həqiqət deyil.

Sidik-cinsiyyət sistemi haqqında yanlış məlumatlar əlamətlərin diqqətdən kənarda qalmasına və həkimə müraciətin gecikməsinə səbəb ola bilər. Gəlin, geniş yayılmış bəzi miflərə aydınlıq gətirək.

❌ “Ağrı yoxdursa, problem də yoxdur.”
✅ Bəzi uroloji problemlər ağrısız keçə bilər. Xüsusilə sidikdə görünən qan, ağrı olmasa belə, həkim tərəfindən qiymətləndirilməlidir.

❌ “Sidik yolları infeksiyası yalnız qadınlarda olur.”
✅ Qadınlarda daha çox rast gəlinsə də, kişilərdə və hətta uşaqlarda da müşahidə edilir.

❌ “Sidik yolu infeksiyasını yalnız bol su içməklə sağaltmaq olar.”
✅ Su qəbulu sağalma prosesinə kömək edə bilər. Lakin lazım olan müalicəni əvəz etmir. Unutmayaq ki, müalicə prosesi individual olaraq aparılır.

❌ “Oxşar şikayət varsa, eyni antibiotik kömək edər.”
✅ Oxşar əlamətlərin səbəbləri fərqli ola bilər. Antibiotikə ehtiyacı və uyğun müalicəni həkim müəyyənləşdirməlidir. Antibiotiklərin həkim təyinatı olmadan istifadəsi daha ciddi fəsadlara səbəb ola bilər.

Sağlamlığınızla bağlı qərarları ehtimallara deyil, tibbi qiymətləndirməyə əsaslandırın.

Maarifləndirici məlumatı yaxınlarınızla paylaşın — düzgün məlumat vaxtında müraciətə təşviq edə bilər.

Address

Zargarpalan 4
Baku
AZ1001

Alerts

Be the first to know and let us send you an email when Respublika Kliniki Uroloji Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Respublika Kliniki Uroloji Xəstəxanası:

Shortcuts

Share