08/10/2026
📢 *Elm, innovasiya və gələcəyin tibbi bir arada!*
*23–24 oktyabr 2026-cı il* tarixlərində keçiriləcək *I Milli Leyşmanioz Konfransı* ölkənin aparıcı alimlərini, həkimlərini, laboratoriya mütəxəssislərini, tədqiqatçılarını və səhiyyə sahəsinin nümayəndələrini bir araya gətirəcək.
📌 *PROQRAM*
🔹 *23 oktyabr* – Praktik Workshop
🔹 *24 oktyabr* – Elmi Konfrans
Konfrans çərçivəsində elmi müzakirələr aşağıdakı istiqamətlər üzrə aparılacaq:
* Leyşmaniozun epidemiologiyası və müasir vəziyyəti
* Leyşmaniozun müasir laborator diaqnostikası
* Leyşmaniozda klinik yanaşmalar və innovativ müalicə strategiyaları
* Vektor və heyvan rezervuarlarının monitorinqi və nəzarəti
* “Vahid Sağlamlıq (One Health)” yanaşmasının leyşmaniozla mübarizədə rolu
🎯 *KONFRANSIN MƏQSƏDİ*
Dünyanın və ölkəmizin ictimai sağlamlıq problemlərindən biri olan leyşmaniozun diaqnostikası, müalicəsi, epidemiologiyası və profilaktikası sahəsində mövcud problemləri ortaya qoymaq, eləcə də son illərdə leyşmaniyaya qarşı biotexnologiya, nanotexnologiya və süni intellektə əsaslanan yeni multidissiplinar yanaşmaları müzakirə etməkdir.
AKKREDİTASİYA VƏ DTT BALLARI
I Milli Leyşmanioz Konfransı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi Şurası tərəfindən akkreditasiya edilmişdir.
Praktik Workshop – 6 DTT balı**
Elmi Konfrans – 11 DTT balı
Ümumi: 17 DTT balı
Beləliklə, iştirakçılar həm praktik Workshopda, həm də Elmi Konfransda iştirak etməklə ümumilikdə 17 DTT balı əldə edə bilərlər.
TƏŞKİLATÇILAR
* Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi – V. Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu
* Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi – Baytarlıq Elmi-Tədqiqat İnstitutu
* Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi – Canlı Sistemlərin Tədqiqi İnstitutu
Sizi I Milli Leyşmanioz Konfransının iştirakçısı olmağa elmi bilik və təcrübə mübadiləsinə qoşulmağa dəvət edirik!
🔗 Qeydiyyat linki:
https://forms.gle/DZSE7oVT2jMFHPeZ9
📞 Qeydiyyat və ətraflı məlumat üçün:
+994 77 591 94 91
+994 70 541 21 44