Doktor Davud Klinika

Doktor Davud Klinika Saglamligin yolu mədə-bagirsagdan kecir! Mede bagirsaq xesteliklerinden sagalmagin ən etibarli ünvani DOKTOR DAVUD tibb mərkezi. Tel: 012 4344814; 0502128021

Zamanin sinagindan kecib özünü zamanla təsdiq etmiş tibb mərkəzi! Ölkəmizdə mədə-bagirsaq sisteminin qeyri invaziv. ( zondsuz) muayinəsinin zamanla təsdiqini tapmiş dəqiq muayinesi bu unvanda!

27/08/2026

🔺 KOLONOSKOPİYADA GÖRÜNMƏYƏN BAĞIRSAQ PATOLOGİYASI USM-DƏ AŞKARLANDI

Pasiyent daha əvvəl kolonoskopiyadan keçmiş, lakin əhəmiyyətli patologiya aşkarlanmamışdı. Şikayətlərin davam etməsi səbəbindən bağırsaq USM-i aparıldı.

Müayinə zamanı enən çənbər bağırsağın distal hissəsindən S-vari bağırsağa qədər uzanan sahədə:

🔹 bağırsaq divarının qatlı quruluşunun pozulması;
🔹 1,13 sm-ə qədər divar qalınlaşması;
🔹 xarakterik “kokarda” və ya “hədəf” simptomu;
🔹 dəyişmiş sahədə qanlanma xüsusiyyətləri aşkarlandı.

Bu əlamətlər ciddi patoloji prosesdən şübhələnməyə əsas verdi. Kontrastlı KT müayinəsi ultrasəs nəticələrini təsdiqlədi və pasiyent vaxtında cərraha yönləndirildi.

Bu hadisə göstərir ki, kolonoskopiya və bağırsaq USM-i bir-birini tamamlayan müayinələrdir. Kolonoskopiya əsasən bağırsağın daxili səthini və selikli qişanı qiymətləndirir. USM isə bağırsaq divarının qalınlığını, qatlarını, ətraf toxumaları və limfa düyünlərini göstərə bilər.

Bəzi patologiyalar bağırsağın dərin qatlarında və ya divarətrafı sahələrdə yerləşdiyi üçün kolonoskopiyada aydın görünməyə bilər. Buna görə davam edən şikayətlər zamanı yalnız əvvəlki müayinənin nəticəsinə əsaslanmaq düzgün deyil.

Aşağıdakı əlamətlər davam edirsə, həkimə müraciət edin:

✅ qarın ağrısı və davamlı köp;
✅ qəbizlik və ishalın növbələşməsi;
✅ nəcis ifrazında dəyişiklik;
✅ nəcisdə qan və ya selik;
✅ səbəbsiz arıqlama, halsızlıq və qanazlığı;
✅ bağırsağın tam boşalmaması hissi.

USM-də hər divar qalınlaşması xərçəng demək deyil. Lakin şübhəli dəyişikliklər aşkarlandıqda əlavə müayinələri gecikdirmək olmaz. Klinik vəziyyətə uyğun olaraq kontrastlı KT, kolonoskopiya, biopsiya və digər müayinələr tələb oluna bilər.

🔺 Dəqiq diaqnoz üçün müayinə üsullarını qarşılaşdırmaq deyil, onların nəticələrini birlikdə qiymətləndirmək vacibdir.

📍 “Doctor Davud” Tibb Mərkəzi
Mədə və bağırsaq patologiyalarının ultrasəs diaqnostikası

Bu paylaşım maarifləndirmə məqsədi daşıyır. Diaqnostika və müalicə planı hər pasiyent üçün fərdi müəyyən edilir.

17/08/2026

MƏDƏ XORASI HƏMİŞƏ GÜCLÜ AĞRI İLƏ BAŞLAMIR!

Mədə xorası bəzən uzun müddət özünü yalnız yüngül və qeyri-spesifik şikayətlərlə göstərə bilər. Xəstələr çox vaxt bu əlamətləri “qastritdir”, “əsəbdəndir” və ya “qidam toxunub” deyərək ciddi qəbul etmirlər.

🔹 Mədə xorasının ilkin əlamətləri nələr ola bilər?

• Acqarına və ya yeməkdən sonra epiqastral nahiyədə ağrı, göynəmə və diskomfort
• Gecə yaranan və ya yuxudan oyadan mədə ağrısı
• Tez doyma, mədədə ağırlıq və dolğunluq hissi
• Ürəkbulanma, gəyirmə, qıcqırma
• İştahanın azalması
• Bəzən heç bir nəzərəçarpacaq əlamətin olmaması

Xora dərinləşdikdə isə qanaxma, anemiya, qara nəcis, qanlı qusma, kəskin və dözülməz qarın ağrısı kimi təhlükəli əlamətlər yarana bilər. Bu hallar təcili tibbi qiymətləndirmə tələb edir.

🔬 İlkin mərhələdə qeyri-invaziv müayinə nə verə bilər?

Klinikamızda mədə-bağırsaq sisteminin ilkin qiymətləndirilməsində transabdominal hidrosonoqrafiyadan (hidroskan) istifadə olunur.

Mədənin maye ilə doldurulması fonunda aparılan hidrosonoqrafiya zamanı mədə divarının qalınlığı, qatlarının strukturu, lokal dəyişikliklər, motor-evakuator funksiya və bəzi patoloji sahələr haqqında əlavə məlumat əldə etmək mümkündür.

Hidrosonoqrafiyanın üstünlüyü onun şüalanmasız, qeyri-invaziv və pasiyent üçün rahat olmasıdır.

🧪 GastroPanel nədir və nə üçün istifadə olunur?

GastroPanel qan əsasında mədənin selikli qişasının funksional vəziyyətinin qiymətləndirilməsinə kömək edən biomarker panelidir. Buraya adətən:

• Pepsinogen I
• Pepsinogen II
• PGI/PGII nisbəti
• Qastrin-17
• Helicobacter pylori anticisimləri daxildir.

Bu göstəricilərin birlikdə təhlili mədənin müxtəlif şöbələrinin funksional vəziyyəti, atrofik dəyişiklik ehtimalı və H. pylori ilə bağlı risklərin qiymətləndirilməsində faydalı ola bilər.

Klinikamızda nəticələrin kompleks interpretasiyasında GastroSoft proqram təminatından da istifadə olunur.

⚠️ Vacib: Hidrosonoqrafiya və GastroPanel qastroskopiya və biopsiyanın mütləq alternativi deyil. Klinik göstəriş olduqda, xüsusilə qanaxma əlamətləri, anemiya, səbəbsiz çəki itkisi, davamlı qusma, udma çətinliyi və ya şiş/xora ağırlaşması şübhəsində endoskopik müayinə və zərurət olduqda biopsiya vacibdir.

Bizim yanaşmamız sadədir:

Əvvəlcə şikayətin səbəbini mümkün qədər düzgün qiymətləndirmək, sonra isə konkret xəstəyə uyğun müayinə və müalicə taktikasını seçmək.

🏥 Doctor Davud Clinic
Mədə-bağırsaq xəstəliklərinin klinik və qeyri-invaziv diaqnostikasına kompleks yanaşma.

Ağrını sadəcə susdurmaq deyil — səbəbini araşdırmaq vacibdir.

15/07/2026
15/07/2026

🔵 MƏDƏNİN ZONDSUZ (USM) MÜAYİNƏSİ – 27 İLLİK PRAKTİK TƏCRÜBƏ

✔️ Klinikamız 27 ildir mədənin transabdominal USM (hidroskan) müayinəsi ilə məşğuldur
✔️ Bu müddətdə minlərlə pasiyent müayinə olunub
✔️ Bir praktik həkim kimi şəhadət edirəm: bu metod çox informativdir
📌 Elmi sübutlar nə deyir?
🔬 Nəticə:
▪️ Əsas meyar – mədə divarının qalınlığı və echo-qatlarıdır
▪️ Həssaslıq: 99,1 %
▪️ Spesifiklik: 81,2 %
▪️ Dəqiqlik: 98,6 %

📌 Bu göstəricilər əsasında metodun
mədənin müayinəsində məcburi standartlara daxil edilməsi tövsiyə olunub

✅ ZONDSUZ
✅ AĞRISIZ
✅ ZƏRƏRSİZ
✅ DƏFƏLƏRLƏ TƏKRAR OLUNA BİLƏR

💙 Sağlamlıq şübhə ilə yox, dəqiqliklə qorunur.
❗ MƏDƏNİ ZONDA SALMADAN DA DİAQNOZ QOYMAQ OLAR

🔬 Transabdominal USM (hidroskan)
📍 27 il praktik təcrübə – minlərlə pasiyent
⚠️ Mədə xərçəngi, xora, iltihabi dəyişikliklər
zondsuz, ağrısız və təhlükəsiz şəkildə aşkarlana bilər

❌ Hər mədə ağrısına endoskopiya YOX
✅ Əvvəl düzgün, ağıllı USM qiymətləndirməsi

🔹 “USM mədədə nə göstərə bilər ki?”

➡️ CAVAB:
Mədə divarının qalınlığını, iltihabı, xoranı, infiltrativ dəyişiklikləri, polipləri, qatdaxili patoloji dəyişiklikləri, şiş ehtimalını və motorikanı göstərə bilər. Elmi əsaslı metoddur.
🔹 “Hamıya məsləhətdirmi?”

➡️ CAVAB:
Xüsusilə mədə ağrısı, şişkinlik, ürəkbulanma, qicqirma, gəyirmə,uzunmüddətli şikayəti olanlar , köp, mədə bagirsaq nahiyəsində diskomfort, gərginlik və sair klinik şikayətləri olanlar üçün çox faydalıdır.

🔹 “USM endoskopiyadan zəifdir” deyənlərə

➡️ CAVAB:
Elmi ədəbiyyatda göstərilir ki, transabdominal USM mədə divarının qalınlığını və qatlarını qiymətləndirmədə yüksək informativdir. Bəzi hallarda həssaslıq 90–99%-ə çatır. Mədənin topikasini, motor evakuator funksiyalarinin təyini üçün əvəzsizdir. Endoskopiya selikli qişanı, USM isə divarın dərin qatlarını göstərir.

🔹 “Kitabda yazılıb ki, endoskopiya əsasdır”

➡️ CAVAB:
Bəli, amma eyni mənbədə açıq yazılır ki, USM endoskopiyanı tamamlayan metoddur və infiltrasiya, divar qalınlaşması, submukoz proseslərdə çox dəyərlidir və üstündür.

🔹 “Endoskopiya daha dəqiqdir”

➡️ CAVAB:
Hər ikisi fərqli suallara cavab verir:
▪️ Endoskopiya – selikli qişa
▪️ USM – bütün divar və ətraf strukturlar
Elmi yanaşma onları qarşılaşdırmaq yox, birlikdə istifadə etməkdir.

🔹 “Niyə hər yerdə etmirlər?”

➡️ CAVAB:
Çünki bu müayinə adi USM deyil. Mədənin transabdominal sonoqrafiyası təcrübə və xüsusi semiotika biliyi tələb edir və həkim exoqrafik anotomiyani , topoqrafik anatomiyani bilməklə yanaşi klinik biliyi, göz vərdişi , uzun illərin klinik təcrübəsinə malik olmalidir! Kitablarda da qeyd olunur ki, nəticə icra edən həkimdən çox asılıdır.

🔹 “Və nəhayət bütün bunlar harada , hansi mənbələrdən yazılıb?”

➡️ CAVAB:
📚 «Болезни желудка» (Maev, Samsonov, Andreev)
📚 «Семиотика и методы исследования заболеваний желудка»
📚 «Общая врачебная практика»
Bu mənbələrdə USM və endoskopiyanın müqayisəli rolu açıq izah olunur.
574 pasiyent üzərində aparılmış elmi tədqiqatda metodun həssaslığı 99,1 %, dəqiqliyi 98,6 % göstərilib. Tövsiyə olunur ki, standart müayinəyə daxil edilsin.

🔹 “Hamıya məsləhətdirmi?”

➡️ CAVAB:
Xüsusilə mədə ağrısı, şişkinlik, ürəkbulanma, qicqirma, gəyirmə,uzunmüddətli şikayəti olanlar , köp, mədə bagirsaq nahiyəsində diskomfort, gərginlik və sair klinik şikayətləri olanlar üçün çox faydalıdır.

🔹 “USM endoskopiyadan zəifdir” deyənlərə

➡️ CAVAB:
Elmi ədəbiyyatda göstərilir ki, transabdominal USM mədə divarının qalınlığını və qatlarını qiymətləndirmədə yüksək informativdir. Bəzi hallarda həssaslıq 90–99%-ə çatır. Mədənin topikasini, motor evakuator funksiyalarinin təyini üçün əvəzsizdir. Endoskopiya selikli qişanı, USM isə divarın dərin qatlarını göstərir.

🔹 “Kitabda yazılıb ki, endoskopiya əsasdır”

➡️ CAVAB:
Bəli, amma eyni mənbədə açıq yazılır ki, USM endoskopiyanı tamamlayan metoddur və infiltrasiya, divar qalınlaşması, submukoz proseslərdə çox dəyərlidir və üstündür.

🔹 “Endoskopiya daha dəqiqdir”

➡️ CAVAB:
Hər ikisi fərqli suallara cavab verir:
▪️ Endoskopiya – selikli qişa
▪️ USM – bütün divar və ətraf strukturlar
Elmi yanaşma onları qarşılaşdırmaq yox, birlikdə istifadə etməkdir.

🔹 “Niyə hər yerdə etmirlər?”

➡️ CAVAB:
Çünki bu müayinə adi USM deyil. Mədənin transabdominal sonoqrafiyası təcrübə və xüsusi semiotika biliyi tələb edir və həkim exoqrafik anotomiyani , topoqrafik anatomiyani bilməklə yanaşi klinik biliyi, göz vərdişi , uzun illərin klinik təcrübəsinə malik olmalidir! Kitablarda da qeyd olunur ki, nəticə icra edən həkimdən çox asılıdır.

📌 Bu metodun mədə müayinəsinin standartına daxil edilməsi tövsiyə olunur

🔴 BİLMƏDƏN YOXLAMAQ YOX,
BİLƏRƏK DİAQNOZ QOYMAQ LAZİMDİR!

XƏSTƏYƏ BAŞQA KLİNİKADA KOLONOSKOPİYA OLUNUB , BİZİM KLİNİKADA YOGUN BAGİRSAĞİN USMİ -FƏRQLİ NƏTİCƏ ( BOZ sindromu -boşl...
21/05/2026

XƏSTƏYƏ BAŞQA KLİNİKADA KOLONOSKOPİYA OLUNUB , BİZİM KLİNİKADA YOGUN BAGİRSAĞİN USMİ -FƏRQLİ NƏTİCƏ ( BOZ sindromu -boşluqlu orqan zədələnməsi). Yoğun Bağırsağın USM Müayinəsi – Praktik Protokol
Qarın ağrısı, şişkinlik, ishal və ya qəbizlik şikayəti olan xəstələrdə qeyri-invaziv USM ilə yüksək dəqiqliklə qiymətləndirmə aparırıq.
Əsas prinsiplər:
• Transabdominal, intravaginal və intrarektal USM
• Klinik şikayət + anamnez + USM semiotikası əsas götürülür
• Endoskopiya yalnız ciddi şübhə halında tövsiyə edilir
USM-də nəyə baxırıq?
• Bağırsaq divarının qalınlığı və laylı quruluşu
• Simmetriya / asimmetriya
• Peristaltika və qan dövranı (Doppler)
• Ətraf toxumaların vəziyyəti
Klinik qərarlar:
• Simmetrik qalınlaşma → kolit
• Asimmetrik + lay itkisi → şiş şübhəsi
• Lokal dəyişiklik + yağ reaksiyası → divertikulit
• Düyünvari infiltrat (qadınlarda) → endometrioz
Prinsipimiz:
USM müstəqil və güclü diaqnostik metodur. Endoskopiyanı kor-koranə “qızıl standart” saymırıq. Klinik məntiq və dinamika əsasdır.

Endoskopiya yalnız USM-də real şübhə olduqda!

🌍 Bu gün mənim üçün önəmli bir peşəkar addım oldu — dünya ailə həkimlərinin ən nüfuzlu beynəlxalq təşkilatı olan WONCA t...
14/05/2026

🌍 Bu gün mənim üçün önəmli bir peşəkar addım oldu — dünya ailə həkimlərinin ən nüfuzlu beynəlxalq təşkilatı olan WONCA təşkilatına rəsmi üzv qəbul olundum.

WONCA — “World Organization of Family Doctors” — dünyanın 130-dan çox ölkəsini və yüz minlərlə ailə həkimini birləşdirən beynəlxalq elmi-praktik təşkilatdır. Təşkilatın əsas məqsədi:
✔ ailə həkimliyi modelinin inkişafı
✔ ilkin səhiyyənin gücləndirilməsi
✔ həkimlərin davamlı təhsili
✔ elmi və praktik təcrübə mübadiləsi
✔ xəstəyə kompleks və insan mərkəzli yanaşmanın formalaşdırılmasıdır.

Bu təşkilat bütün dünyada ailə həkimliyini sadəcə bir “ixtisas” deyil, multidissiplinar və geniş klinik düşüncə tələb edən tibbi fəaliyyət modeli kimi qəbul edir.

WONCA-nın əsas fəlsəfəsi:
👨‍⚕️ “İnsanları xəstəlikdən deyil, bütöv şəkildə görmək.”

Ailə həkimi:
🔹 uşağı da,
🔹 böyüyü də,
🔹 yaşlını da,
🔹 müxtəlif orqan və sistem problemlərini də kompleks şəkildə dəyərləndirən həkimdir.

Bu model dünyanın inkişaf etmiş səhiyyə sistemlərinin əsas sütunlarından biri hesab olunur.

Mənim üçün bu üzvlük:
📌 47 illik tibbi fəaliyyətimin,
📌 37 illik fasiləsiz özəl praktik təcrübəmin,
📌 uzun illər ailə həkimi modeli üzrə fəaliyyətimin beynəlxalq peşəkar platformada tanınması baxımından xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda bu, Azərbaycanda ilkin səhiyyənin, ailə həkimliyi yanaşmasının və qeyri-invaziv tibbi yanaşmaların inkişafına verdiyimiz töhfələrin beynəlxalq ailəyə inteqrasiyasıdır.

Peşəkar fəaliyyətimdə daim əsas prinsipim bir olub:
“Xəstəni a**liz deyil, bütöv insan kimi dəyərləndirmək.”

Bu yol davam edir

08/02/2026

DOKTOR DAVUD KLİNİKASI

Yoğun bağırsağın USM müayinəsi üzrə PRAKTİK PROTOKOL
1. Məqsəd
Yoğun bağırsaq patologiyalarının (iltihabi, funksional, infiltrativ, neoplastik) qeyri-invaziv, ardıcıl və klinikaya uyğun qiymətləndirilməsi.
2. Əhatə dairəsi
• Transabdominal USM
• İntravaginal USM (qadın pasiyentlər)
• İntrarektal USM (rektum və a**l ka**l)

3. Ümumi prinsiplər
• Müayinə klinik şikayət + anamnez + USM semiotikası əsasında aparılır
• Endoskopiya yalnız USM-də struktur və ya infiltrativ şübhə olduqda tövsiyə edilir
• USM nəticəsi morfoloji ehtimalla uzlaşdırılır, avtomatik “biopsiya göstərişi” verilmir

4. Transabdominal USM – PROTOKOL
Göstərişlər
• Qarın ağrısı, ishal, qəbizlik
• Şişkinlik, meteorizm
• Kolit, divertikulit, şiş şübhəsi
• Endoskopiya əks-göstərişli olduqda
Texniki icra
• Konveks + linear prob
• Acqarına (ən azı 6 saat)
• Su ilə lümen distensiyası (zərurət olduqda)
Qiymətləndirmə meyarları
• Divar qalınlığı (mm)
• Laylılığın qorunması
• Simmetriya / asimmetriya
• Peristaltika
• Perikolonik toxuma
• Doppler vaskulyarizasiya
Klinik qərar
• Simmetrik qalınlaşma + hiperemiya → kolit
• Asimmetrik qalınlaşma + lay itkisi → şiş şübhəsi
• Lokal qalınlaşma + yağ toxuması reaksiyası → divertikulit
5. İntravaginal USM – PROTOKOL (qadınlar)
Göstərişlər
• Aşağı qarın və çanaq ağrısı
• Menstruasiya ilə əlaqəli bağırsaq simptomları
• Endometrioz şübhəsi
• Rektosigmoid zona patologiyaları
Qiymətləndirmə
• Rektosigmoid divarın qalınlığı
• Seroz–muskulyar qatın vəziyyəti
• Hipoxogen infiltratlar
• Lümen retraksiyası
Klinik qərar
• Düyünvari hipoxogen infiltrat → dərin infiltrativ endometrioz
• Düzxətli qalınlaşma → kolit
• Sabit, sərt kütlə → neoplastik proses şübhəsi
6. İntrarektal USM – PROTOKOL
Göstərişlər
• Rektal qanaxma
• Tenesmus
• Rektal şiş şübhəsi
• Fistula, abses, sfinkter patologiyaları
Qiymətləndirmə
• Rektal divarın 5 qatlı strukturu
• İnfiltrasiyanın dərinliyi (T-staj)
• Perirektal toxuma
• Sfinkterlərin simmetriyası
Klinik qərar
• Qatlar qorunur → iltihabi proses
• Muskulyar qat keçilib → T2–T3
• Perirektal yayılma → T3–T4
• Hipoxogen trakt → fistula
7. Endoskopiyaya yönləndirmə KRİTERİYALARI
Endoskopiya yalnız aşağıdakı hallarda tövsiyə edilir:
• USM-də asimmetrik infiltrasiya
• Laylılığın tam itməsi
• Proqressiv lümen daralması
• USM + klinika uyğunsuzluğu
8. Sənədləşmə
Hər müayinə üçün:
• USM protokolu (ölçülər, şəkillər)
• Klinik interpretasiya
• İlkin diaqnoz
• Tövsiyə (izləm / müalicə / əlavə müayinə)
9. Prinsipial mövqe (klinikanın fəlsəfəsi)
• USM müstəqil diaqnostik metod kimi qəbul edilir
• Endoskopiya və morfologiya kor-koranə qızıl standart deyil
• Klinik məntiq + dinamika əsas qərarverici faktordur
DOKTOR DAVUD TİBB MƏRKƏZİ

24/01/2026

Endoskopiya – KT – Morfologiya – USM: Müqayisəli Baxış

Bu xəstə ilə bağlı aparılan müayinələr göstərdi ki, eyni patoloji proses fərqli metodlarla fərqli cür şərh edilə bilər. Ona görə də diaqnoz tək bir müayinəyə deyil, kompleks qiymətləndirməyə əsaslanmalıdır.

✓ Endoskopiya

Endoskopiyada kardioezofageal nahiyədə:
• xora,
• nahamar kənarlar,
• infiltrativ və deformativ görüntü

təsvir edilmiş və bu mənzərəyə əsasən “karsinoma?” sualı qoyulmuşdur.
📌 Ancaq unutmayaq: endoskopiya görüntüdür, diaqnoz deyil.
Xroniki xora, ödem və spazm şiş təsiri yarada bilər.

KT

✓ KT-də:
• kardial hissədə 12 mm-ə çatan diffuz divar qalınlaşması,
• 10 mm-dən kiçik limfa düyünləri

qeyd olunmuşdur.
📌 Bunlar nə spesifik şiş kriteriyasıdır, nə də invaziyanı sübut edir.
KT özü də bildirir: “Endoskopiya ilə korelyasiya tövsiyə olunur.”
Yəni KT hökm vermir, sual verir.

✓ Morfologiya

Çoxsaylı biopsiyaların yekunu:
• xora,
• iltihabi, hiperplastik, regenerativ dəyişikliklər,
• intestinal metaplaziya – mənfi,
• invaziv malign hüceyrə aşkarlanmayıb.

📌 Morfologiya görüntünü yox, həqiqəti danışır. ( amma savadli olsun gərək)

✓ USM (Qastroskan)

Dinamik USM-də:
• divar qalınlığı 0.68–1,34sm,
• qatlı struktur qorunur,
• xora defekti vəətrafinda infilrtativ val
• peristaltika müalicədən sonra bərpa olunub.

📌 Şiş prosesində reversibil dinamika olmur. Burada isə geri dönən dəyişikliklər var.

Klinik dinamika – əsas sübut

Əgər bu proses malign olsaydı:
• qusma dayanmazdı,
• ağrılar artardı,
• çəki azalardı.

Reallıq isə:
• qusma yoxdur,
• ağrı yoxdur,
• 8 aydır dərman qəbul etmir,
• +12 kq çəki artımı var.

📌 Klinik gediş xərçəngi inkar edir, xoranı təsdiqləyir.



Yekun

Bu hal bir daha göstərir ki:
• təkcə endoskopiya ilə diaqnoz qoymaq olmaz,
• KT hökm deyil,
• morfologiya əsasdır,
• USM dinamikanı göstərir,
• klinika isə son sözü deyir.

Problem xəstədə yox idi —
problem yarımçıq yanaşmada idi.

Və bu məqamda Nizami Gəncəvi necə də dəqiq demişdir:

“Kamil bir palançı olasan gərək,
Yaxşıdır yarımçıq papaqçılıqdan.”

📌 Tibbdə də yarımçıq “papaqçılıq” —
bir müayinəyə baxıb hökm vermək —
xəstəni də, həkimi də yolda qoyur.

16/12/2025

ZONDSİZ MÜAYİNƏ ( HİDROSONOQRAFİYA) VƏ QASTROSKOPİYA müqayisəli təhlil
Mədə və 12-barmaq bağırsağın müayinəsində ən çox istifadə olunan iki əsas üsul hidrosonoqrafiya və qastroskopiyadır. Bu metodlar bir-birinə alternativ deyil, lakin yanaşma, imkanlar və pasiyent üçün yaratdığı yük baxımından ciddi şəkildə fərqlənir.
✓ HİDROSONOQRAFİYA qeyri-invaziv müayinə üsuludur. Pasiyent sadəcə su qəbul edir və mədə-bağırsaq sistemi ultrasəs vasitəsilə qiymətləndirilir. Bu üsul ağrısızdır, sedasiya tələb etmir və pasiyent üçün psixoloji gərginlik yaratmır. Xüsusilə mədə divarının qalınlığı, qatların vəziyyəti, infiltrasiya dərəcəsi, endofit proseslər, pilorik nahiyənin keçiriciliyi və peristaltika real vaxt rejimində dəqiq qiymətləndirilir. Hidrosonoqrafiya funksional və morfoloji dəyişiklikləri birlikdə göstərdiyi üçün müalicə dinamikasının izlənməsində çox üstünlük təşkil edir və istənilən qədər təhlükəsiz şəkildə təkrarlana bilir.
✓ QASTROSKOPİYA isə invaziv üsuldur. Endoskop vasitəsilə mədənin və onikibarmaq bağırsağın selikli qişası birbaşa gözlə görülür. Bu metodun əsas üstünlüyü biopsiya götürmək və eyni anda terapevtik müdaxilə aparmaq imkanıdır. Biopsiyasiz qastroskopiyanin klinik əhəmiyyəti çox aşagadir. Lakin qastroskopiya əsasən selikli qişanın səthi patologiyalarını göstərir, divarın dərin qatları, infiltrasiya dərəcəsi və prosesin xaricə yayılması barədə məhdud məlumat verir. Bundan əlavə, prosedur çox zaman sedasiya tələb edir və bir çox pasiyent üçün narahat və stresslidir.
Praktik klinik baxımdan yanaşsaq, hidrosonoqrafiya mədə divarının “daxili anatomiyasını və funksiyasını” göstərir, qastroskopiya isə selikli qişanın “səthini və histologiyasını” ortaya qoyur. Məhz buna görə pilorik xora, stenoz, submukozal infiltrasiya, endofit törəmələr və funksional pozğunluqlarda hidrosonoqrafiya daha informativ olur. Selikli qişa atrofiyası, metaplaziya, displaziya və malignlik şübhəsi olduqda isə qastroskopiya əvəzolunmazdır.
Ən doğru yanaşma bu metodları qarşı-qarşıya qoymaq deyil, düzgün mərhələləndirməkdir. İlkin diaqnostika və dinamik müşahidədə hidrosonoqrafiya pasiyent üçün daha təhlükəsiz və komfortludur. Histoloji təsdiq və müdaxilə tələb olunduqda isə qastroskopiya tətbiq edilir.
Nəticə olaraq, hidrosonoqrafiya pasiyent yönümlü, funksional və dərin morfoloji məlumat verən müasir üsuldur. Qastroskopiya isə biopsiya və müalicə mərhələsində qızıl standart olaraq qalır. Bu iki metod birlikdə tətbiq edildikdə diaqnostik dəqiqlik maksimum səviyyəyə çatır.
Məhz buna görə DOKTOR DAVUD Klinikasında yanaşma belədir: əvvəlcə hidrosonoqrafiya ilə funksional və morfoloji dərinlik, zərurət olduqda qastroskopiya ilə histoloji təsdiq.

15/12/2025

PİLORİK XORA VƏ PİLORİK XƏRÇƏNG
Diferensial diaqnostika – klinik, instrumental və dinamik yanaşma
👉 Əsas prinsip:
Xora – funksional + iltihabi blok, xərçəng – struktur və destruktiv blokdur.

2. Klinik differensiasiya (ən etibarlı mərhələ)
🔹 Pilorik xora üçün xarakterik
• Kəskin başlanğıc
• Qusmaların çoxluğu (gündə 10–15 dəfə)
• Qəbizlik, bağırsaq parezi
• Ağrının intensiv, lakin dalğavari olması
• Müalicəyə 3–5 günə klinik cavab
🔹 Pilorik xərçəng üçün xarakterik
• Tədrici, sürünən başlanğıc
• Proqressiv iştahasızlıq
• Davamlı çəki itkisi
• Anemiya, astenik sindrom
• Müalicəyə reaksiya yoxdur
👉 Bizim xəstədə:
• 5-ci gün tam klinik remissiya
• 2 ayda +8 kq çəki
➡️ Malign proseslə uzlaşmır

3. Endoskopiya: harada səhv edilir?
Pilorik xora zamanı
• Submukozal yerləşə bilər
• Krater görünməyə bilər
• Mukozada yalnız hiperemiya/ödem olur
• Pilor spazmı “keçir” kimi görünə bilər
Pilorik xərçəng zamanı
• Düzensiz infiltrasiya
• Rigidlik
• Asimmetrik daralma
• Asan qanayan səth
⚠️ Vacib klinik tezis
“Normal görünən pilor – xoranı istisna etmir.”
Bu xəstədə EGD-nin “sakit” olması bizim diaqnozu zəiflətmir, əksinə, iltihabi infiltrativ fazanı düşündürür.

4. KT və USM: morfologiya və dinamika
KT-də hər ikisi oxşar görünə bilər:
• Divar qalınlaşması
• Segmentar stenoz
• Çirkulyar infiltrasiya
📌 Fərqi yaradan dinamika olur
👉 Bizim müşahidədə:
• USM normallaşıb
• Klinik tam bərpa
➡️ İltihabi prosesin sübutu
5. klinik yanaşmanızın elmi üstünlüyü
bizim strategiyamiz:
1. Tələskən cərrahiyyədən yayınma
2. Əvvəl bağırsaq funksiyasının bərpası
3. Klinik cavabı əsas meyar kimi götürmək
4. Dinamik USM və müşahidə
➡️ Bu, klassik klinik məktəbin (Harrison, Bockus, Şalimov məktəbi) yanaşmasıdır.

6. Yekun klinik nəticə
Bu hadisə göstərir ki:
• Pilorik xora xərçəngi təqlid edə bilər
• Amma xərçəng xoranın sürətli sağalmasını təqlid edə bilməz
• Klinik düşüncə texniki görüntüdən üstündür
Bu xəstə cərrahiyyədən deyil, düzgün həkim təfəkküründən xilas oldu!!

Address

Abbas Mirze
Baku
37100

Website

Alerts

Be the first to know and let us send you an email when Doktor Davud Klinika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share