Azerbaijan Thalassaemia Federation

Call Directions Website

Azerbaijan Thalassaemia Federation It should be noted that no state of the world is able to solve thalassaemia problem on its own. We s Registration Number is 1117-Q59-3486

25/10/2026
SƏNİN QANIN — HƏYATA DAVAM!Əziz dostlar!Sizinlə növbəti könüllü qanvermə aksiyası haqqında məlumatı bölüşməkdən məmnunlu...
22/10/2026

SƏNİN QANIN — HƏYATA DAVAM!

Əziz dostlar!
Sizinlə növbəti könüllü qanvermə aksiyası haqqında məlumatı bölüşməkdən məmnunluq duyuruq!
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Respublika Qan Bankının dəstəyi ilə, Azərbaycan Talassemiya Federasiyası, Qan Donorları Assosiasiyası və PAŞA Malls-un birgə əməkdaşlığı çərçivəsində növbəti könüllü qanvermə aksiyası təşkil olunur.
Bu cür aksiyaların ictimai məkanlarda keçirilməsi hər birimizə sosial məsuliyyətimizi nümayiş etdirmək, xeyirxah bir işə qoşulmaq və kiminsə həyatına ümid olmaq imkanı yaradır.
Unutmayaq ki, aramızda elə insanlar var ki, onlar üçün donor qanı həyatın ayrılmaz hissəsidir. Onlar mütəmadi olaraq qan köçürülməsinə ehtiyac duyurlar və hər bir könüllü donorun göstərdiyi dəstək onlar üçün böyük əhəmiyyət daşıyır.
Bəzən yaxşılıq etmək üçün böyük imkanlara, maddi vəsaitə ehtiyac olmur. Sadəcə bir az vaxt ayırmaq, bir addım atmaq və başqasının həyatına biganə qalmamaq kifayətdir.
Sizin bağışladığınız qan kiminsə sabahına, bir ailənin sevincinə, bir insanın gələcəyə olan ümidinə çevrilə bilər.
Məkan: 28 Mall Ticarət Mərkəzi
Tarix: 23–25 oktyabr 2026-cı il
Saat: 14:00–21:00

Bu üç gün ərzində sizi könüllü qanvermə aksiyamıza qoşulmağa dəvət edirik!
Gəlin, birlikdə daha çox insana həyat ümidi bəxş edək. Çünki xeyirxahlıq paylaşdıqca çoxalır, donor qanı isə həyat xilas edir.
❤️ SƏNİN QANIN — HƏYATA DAVAM!

Əziz həkimlərimiz!Belə alındı ki, bu il oktyabrın ilk bazar ertəsi qeyd olunan Beynəlxalq Həkimlər Günü 5 oktyabra təsad...
05/10/2026

Əziz həkimlərimiz!
Belə alındı ki, bu il oktyabrın ilk bazar ertəsi qeyd olunan Beynəlxalq Həkimlər Günü 5 oktyabra təsadüf etdi, yəni Ümumdünya Müəllimlər Günü ilə eyni günə.
Və bəlkə də bunun özündə xüsusi bir məna var. Çünki həkimlərimiz çox vaxt pasiyentlər üçün həm də əsl müəllim olurlar. Onlar yalnız müalicə etmir, eyni zamanda daim izah edir, öyrədir, xəstəliyi, müalicəni, analizləri, mümkün riskləri və sağlamlığa düzgün qayğı göstərməyi daha yaxşı anlamağa kömək edirlər. Pasiyentlərlə birlikdə uzun bir yol keçir, özləri də daim yenilikləri öyrənir və biliklərini bizimlə bölüşürlər.
Talassemiyalı pasiyentlərin və onların ailələrinin həyatı hər zaman həkimlərlə sıx bağlıdır. Həkimlərimiz bizim üçün sadəcə mütəxəssis olmaqdan çox-çox artıq məna daşıyırlar. Onlar hər bir pasiyentin tarixçəsini, narahatlıqlarımızı, çətinliklərimizi, sevincimizi və qələbələrimizi bilirlər.
Nəsə baş verəndə, köməyə, məsləhətə və ya sadəcə dəstəyə ehtiyacımız olanda onlara səhər, gündüz, hətta gecə də zəng edə bilirik. Bəzən onlar bizim haqqımızda bir çox insandan daha çox şey bilirlər və zaman keçdikcə həqiqətən də böyük ailəmizin bir parçasına çevrilirlər.
Əziz həkimlərimiz, əməyinizə, biliyinizə, səbrinizə, qayğınıza, dəstəyinizə və hər gün pasiyentləriniz üçün etdiyiniz hər şeyə görə sizə ürəkdən təşəkkür edirik.
Sizə möhkəm can sağlığı, güc, firavanlıq, peşəkar uğurlar və nailiyyətləri, qələbələri ilə sizi hər gün sevindirən daha çox sağlam pasiyent arzulayırıq.
Sağlam və xoşbəxt olun!
Beynəlxalq Həkimlər Gününüz mübarək! ❤️🩺 AR Səhiyyə Nazirliyi Talassemiya Mərkəzi AR Səhiyyə Nazirliyi Respublika Qan Bankı Thalassaemia Intl Federation

Əziz müəllimlər!Sizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirik!Sizin aranızda pasiyentlə...
05/10/2026

Əziz müəllimlər!
Sizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirik!
Sizin aranızda pasiyentlərimiz, pasiyentlərimizin valideynləri və ailə üzvləri, eləcə də daim yanımızda olan, həyat xilas edən çox dəyərli qan donorlarımız da var. Bu gün hər birinizi xüsusi sevgi və minnətdarlıqla təbrik edirik.
Müəllimlik son dərəcə məsuliyyətli və şərəfli peşədir. Bilik vermək, uşaqları öyrətmək, onların dünyagörüşünün formalaşmasına, bacarıq və istedadlarının inkişafına, gələcəkdə öz yollarını tapmalarına kömək etmək böyük zəhmət tələb edir. Çünki uşağın tərbiyəsində və şəxsiyyət kimi formalaşmasında ailə ilə yanaşı, məktəbin və müəllimin də əvəzsiz rolu var.
Bunun üçün isə böyük səbir, enerji, məsuliyyət və ən əsası, uşaqlara və öz peşəsinə sevgi lazımdır.
Sizə möhkəm sağlamlıq, tükənməz enerji, səbir, uğurlar və yetişdirdiyiniz şagirdlərin nailiyyətləri ilə daim qürur duymağı arzulayırıq.❤️🌹

Bayramınız mübarək, əziz müəllimlər! 🌹

Hidroksiurea (Hydroxyurea) — talassemiyada hemoglobinin yüksəlməsinə kömək edə bilərmi?Hidroksiurea uzun illərdir hemogl...
02/10/2026

Hidroksiurea (Hydroxyurea) — talassemiyada hemoglobinin yüksəlməsinə kömək edə bilərmi?
Hidroksiurea uzun illərdir hemoglobinopatiyaların müalicəsində istifadə olunan preparatlardan biridir. Talassemiya zamanı onun əsas təsirlərindən biri fetal hemoglobinin (HbF) yaranmasını artırmaqdır. HbF səviyyəsinin yüksəlməsi bəzi pasiyentlərdə ümumi hemoglobin səviyyəsinin artmasına və anemiyanın ağırlığının azalmasına kömək edə bilər.
Hidroksiurea daha çox transfuziyadan asılı olmayan β-talassemiya (NTDT), xüsusilə talassemiya intermedia olan pasiyentlərdə istifadə olunur. Bəzi pasiyentlərdə hemoglobin səviyyəsinin yüksəlməsinə və qan köçürülməsinə ehtiyacın azalmasına kömək edə bilər. Lakin preparata cavab hər pasiyentdə eyni olmur və nəticə fərdi ola bilər.
Hidroksiurea talassemiyanı sağaldan preparat deyil. Onun məqsədi uyğun pasiyentlərdə HbF və hemoglobin səviyyəsinin yüksəlməsinə kömək etmək, bəzi hallarda isə transfuziya ehtiyacını azaltmaqdır.
Preparat yalnız hematoloqun təyinatı və nəzarəti altında qəbul edilməlidir. Müalicə zamanı qan göstəricilərinə mütəmadi nəzarət vacibdir, çünki hidroksiurea bəzi qan hüceyrələrinin sayını azalda bilər. Qaraciyər və böyrək göstəricilərinin izlənməsi də vacibdir.
Azərbaycanda hidroksiurea mövcuddur və talassemiyalı pasiyentlər dövlət proqramı çərçivəsində bu preparatla təmin olunur.
Hidroksiureanın hər bir pasiyent üçün uyğun olub-olmaması, dozası və müalicənin davam etdirilməsi barədə qərar pasiyentin klinik vəziyyətinə və müalicəyə cavabına əsasən hematoloq tərəfindən verilməlidir.
Ətraflı məlumat və Thalassaemia International Federation (TIF) tövsiyələri ilə tanış olmaq üçün link bio-da yerləşdirilib.

TIF mənbəyi:
Guidelines for the Management of Non-Transfusion-Dependent β-Thalassaemia, 3rd edition, 2023
TIF NTDT Guidelines 2023⁠

https://youtu.be/3L8RxRFHYqAAllah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. 🇦🇿
27/09/2026

https://youtu.be/3L8RxRFHYqA

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. 🇦🇿

Nyd de videoer og den musik, du holder af, upload originalt indhold, og del det hele med venner, familie og verden på YouTube.

22/09/2026

Sentyabr ayında Azərbaycan Talassemiya Federasiyasının və Qan Donorları Assosiasiyasının təşkilatçılığı ilə talassemiyalı pasiyentlərimizin donor qanına olan ehtiyacının qarşılanmasına və onların vaxtında müalicə almalarına dəstək məqsədilə növbəti üçgünlük qanvermə aksiyamızı 18, 19 və 20 sentyabr tarixlərində 28 Mall-da keçirdik.
Hər zaman olduğu kimi, Respublika Qan Bankının həkim və tibb heyəti bütün həftəsonu çalışaraq aksiyamıza dəstək oldular.
Qan donoru olmaq xüsusi bir hissdir. Bəlkə də qan verdiyiniz insanı heç vaxt tanımayacaqsınız, o da sizi tanımayacaq. Amma haradasa bir insanın sizin verdiyiniz qan sayəsində yaşadığını, müalicəsini davam etdirdiyini bilmək insana böyük mənəvi sevinc verir. ❤️
Ümid edirik ki, oktyabr ayında keçirəcəyimiz növbəti aksiyada donorlarımızın sayı daha da çox olacaq və daha çox insan bu xeyirxah təşəbbüsə qoşulacaq.
Talassemiyalı pasiyentlərimizin vaxtında donor qanı ilə təmin olunmasına, eləcə də Azərbaycanda qan donorluğunun inkişafına göstərdiyi dəstəyə və yaratdığı şəraitə görə PAŞA Malls-a və 28 Mall-a, Respublika Qan Bankının kollektivinə, həmçinin aksiyanın təşkilində və keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirik.

SƏNİN QANIN — HƏYATA DAVAM! AR Səhiyyə Nazirliyi Respublika Qan Bankı PASHA Malls 28 Mall Thalassaemia Intl Federation

TALASSEMİYANIN MÜALİCƏSİNDƏ YENİ İMKANLAR: MİTAPİVATTalassemiyanın müalicəsində qan köçürülməsinə ehtiyacı azaltmağa və ...
22/09/2026

TALASSEMİYANIN MÜALİCƏSİNDƏ YENİ İMKANLAR: MİTAPİVAT
Talassemiyanın müalicəsində qan köçürülməsinə ehtiyacı azaltmağa və anemiyanın idarə olunmasına kömək edə bilən müasir müalicə imkanları haqqında məlumat seriyamızı davam etdiririk.
Əvvəlki paylaşımımızda luspatercept (Reblozyl®) haqqında məlumat vermişdik. Bu dəfə isə tablet formasında qəbul edilən mitapivatdan danışacağıq.
Mitapivat nədir?
Mitapivat eritrositlərdə piruvat kinaza (PK) fermentini aktivləşdirən oral preparatdır. Klinik tədqiqatlar göstərib ki, mitapivat bəzi α- və β-talassemiyalı pasiyentlərdə hemoqlobin səviyyəsinin yüksəlməsinə və qan köçürülməsinə ehtiyacın azalmasına kömək edə bilər.
Hazırda mitapivat α- və β-talassemiya ilə əlaqəli anemiyanın müalicəsi üçün yetkin pasiyentlərdə təsdiqlənib. Uşaq və yeniyetmələr üçün hələ təsdiqlənməyib.
Preparat harada təsdiqlənib?
2025-ci ilin dekabrında ABŞ Qida və Dərman Administrasiyası (FDA) mitapivatı AQVESME™ adı altında α- və β-talassemiya ilə əlaqəli anemiyanın müalicəsi üçün təsdiqləyib.
2026-cı ilin mayında Avropa İttifaqında mitapivat PYRUKYND® adı altında α- və β-talassemiya ilə əlaqəli anemiyanın müalicəsi üçün təsdiqlənib. Preparat Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində də talassemiyanın müalicəsi üçün təsdiqlənib.
Azərbaycanda vəziyyət necədir?
Hazırda mitapivat Azərbaycanda dövlət proqramına daxil deyil və preparatın ölkədə dövlət qeydiyyatına alınması barədə açıq rəsmi məlumat mövcud deyil.
Vacibdir:
Mitapivat bütün pasiyentlər üçün qan köçürülməsini tamamilə əvəz edən preparat deyil. Müalicəyə cavab fərdi ola bilər. Preparat yalnız həkim nəzarəti altında istifadə olunmalı, müalicə zamanı, xüsusilə qaraciyər funksiyası daxil olmaqla, müvafiq laborator göstəricilər izlənilməlidir.
Növbəti paylaşımlarımızda talassemiyanın müalicəsində araşdırılan digər preparatlar, həmçinin gen terapiyası haqqında məlumat verəcəyik.
🔗 Ətraflı məlumat və mənbələr: FDA, European Medicines Agency (EMA), Thalassaemia International Federation (TIF) — keçidlər profilimizdə yerləşdirilib. AR Səhiyyə Nazirliyi Talassemiya Mərkəzi Thalassaemia Intl Federation Talasemi Federasyonu

TALASSEMİYANIN MÜALİCƏSİNDƏ QAN KÖÇÜRÜLMƏSİNƏ EHTİYACI AZALTMAQ MÜMKÜNDÜRMÜ?Son zamanlar Azərbaycan Talassemiya Federasi...
20/09/2026

TALASSEMİYANIN MÜALİCƏSİNDƏ QAN KÖÇÜRÜLMƏSİNƏ EHTİYACI AZALTMAQ MÜMKÜNDÜRMÜ?
Son zamanlar Azərbaycan Talassemiya Federasiyasına talassemiyanın müasir müalicə imkanları, xüsusilə qan köçürülməsinə ehtiyacı azaltmağa kömək edə bilən yeni dərmanlar haqqında çoxsaylı suallar daxil olur. Buna görə də bu mövzuda pasiyentlərimiz üçün məlumat paylaşmağa başlayırıq.
İlk olaraq Reblozyl (luspatercept) preparatı haqqında məlumat vermək istəyirik. Bu preparat talassemiyanı tam müalicə etmir və donor qanını əvəz etmir, lakin preparata cavab verən pasiyentlərdə hemoqlobin səviyyəsinin yüksəlməsinə və qan köçürülməsinə ehtiyacın azalmasına kömək edə bilər.
Reblozyl dərialtı inyeksiya şəklində hər 3 həftədən bir tətbiq olunur.
ABŞ-da preparat 2019-cu ildə müntəzəm qan köçürülməsinə ehtiyacı olan β-talassemiyalı yetkin pasiyentlər üçün FDA tərəfindən təsdiqlənib.
Avropa İttifaqında Reblozyl 2020-ci ildə transfuziyadan asılı β-talassemiyalı yetkin pasiyentlər üçün təsdiqlənib. 2023-cü ildə isə göstəriş genişləndirilərək müntəzəm qan köçürülməsinə ehtiyacı olmayan β-talassemiyalı (əsasən β-talassemiya intermedia) yetkin pasiyentləri də əhatə edib.
Reblozyl ilə müalicənin hematoloqun nəzarəti altında aparılması və mütəmadi laborator müayinələrin keçirilməsi vacibdir.
Reblozyl artıq bir sıra ölkələrdə β-talassemiyalı pasiyentlərin müalicəsində istifadə olunur. Azərbaycanda isə bu yüksək qiymətli preparat hazırda talassemiyalı pasiyentlərin dövlət təminatı proqramına daxil deyil.
Talassemiyanın müalicəsində yeni imkanlar yaranır və elmi araşdırmalar davam edir. Növbəti paylaşımlarımızda digər müasir müalicə imkanları haqqında da məlumat verəcəyik.
🔗 Ətraflı məlumat: Thalassaemia International Federation (TIF) — keçid profilimizdə yerləşdirilib.

Address

Lermontov Str. 121 Apt 4
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994506078866

Alerts

Be the first to know and let us send you an email when Azerbaijan Thalassaemia Federation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share