Proqressiv Psixologiya Mərkəzi

Directions

Proqressiv Psixologiya Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Proqressiv Psixologiya Mərkəzi, Medical and health, Baku.

Sevgi hər zaman rahatlıq demək deyil.Bəzən qarşımızdakı insanın “yox” deməsini, bizimlə razılaşmamasını və ya sərhəd qoy...
21/08/2026

Sevgi hər zaman rahatlıq demək deyil.

Bəzən qarşımızdakı insanın “yox” deməsini, bizimlə razılaşmamasını və ya sərhəd qoymasını sevgisizlik kimi qəbul edə bilərik.

Halbuki sağlam münasibətdə iki fərqli insanın hər mövzuda eyni düşünməsi gözlənilmir. Əsas olan fikir ayrılığının necə ifadə edilməsi və həmin münasibətdə özünüzü təhlükəsiz, dəyərli və hörmət görən biri kimi hiss edib-etməməyinizdir.

Bəs sizi narahat edən bir davranışın sağlam sərhəd, yoxsa münasibətdəki problem olduğunu necə ayırd edirsiniz? 💙

İnsanın yaxşı görünməsi, özünü yaxşı hiss etdiyi demək deyil.Bəzən gülümsəmək, gündəlik işlərə davam etmək, heç nədən şi...
18/08/2026

İnsanın yaxşı görünməsi, özünü yaxşı hiss etdiyi demək deyil.

Bəzən gülümsəmək, gündəlik işlərə davam etmək, heç nədən şikayət etməmək içəridə baş verənləri gizlədə bilir.

Ona görə də yaxınlarımızın yalnız necə göründüyünə yox, necə hiss etdiyinə də diqqət etmək vacibdir.

Bəzən sadə bir “Necə hiss edirsən?” sualı danışmağa ehtiyacı olan biri üçün ilk addım ola bilər. 💙

Bəs siz son günlər həqiqətən necə hiss edirsiniz?

Uşaqlarla danışarkən seçdiyimiz sözlər düşündüyümüzdən daha çox təsir göstərə bilər.Bizim üçün adi görünən bir cümlə uşa...
10/08/2026

Uşaqlarla danışarkən seçdiyimiz sözlər düşündüyümüzdən daha çox təsir göstərə bilər.

Bizim üçün adi görünən bir cümlə uşaqda “bacarmıram”, “yetərli deyiləm” və ya “səhv etmək olmaz” düşüncəsini formalaşdıra bilər.

Məqsəd uşağı heç vaxt tənqid etməmək deyil. Davranışı düzəldərkən onun özünə olan inamını da qorumaqdır. 💙

Sizcə valideynlər ən çox hansı cümləni fərqinə varmadan işlədir?

Fikirli olanda əliniz qeyri-ixtiyari nələr çəkir? ✍️Bəzən fərqinə varmadan etdiyimiz qaralamalar diqqətimizi, əhvalımızı...
08/08/2026

Fikirli olanda əliniz qeyri-ixtiyari nələr çəkir? ✍️

Bəzən fərqinə varmadan etdiyimiz qaralamalar diqqətimizi, əhvalımızı və həmin andakı düşüncə axınımızı əks etdirə bilər.

Şəkilə baxın və ən çox hansını çəkdiyinizi seçin. 💙

Şəkilə diqqətlə baxın və çox düşünmədən cavab verin. 👀İlk olaraq nə gördünüz?🌳 Ağac👧 Qız
06/08/2026

Şəkilə diqqətlə baxın və çox düşünmədən cavab verin. 👀

İlk olaraq nə gördünüz?

🌳 Ağac
👧 Qız

Şəkilə diqqətlə baxın. 👀Optik illüziyalar beynimizin gördüyü məlumatı necə emal etdiyini göstərən maraqlı nümunələrdəndi...
04/08/2026

Şəkilə diqqətlə baxın. 👀

Optik illüziyalar beynimizin gördüyü məlumatı necə emal etdiyini göstərən maraqlı nümunələrdəndir. Gözlərimiz eyni görüntünü görsə də, beynimiz onu fərqli şəkildə şərh edə bilər.

Siz necə gördünüz , şəkil hərəkət edir, yoxsa tamamilə sabitdir? 💙

Telefon həyatımızın bir hissəsidir. Amma bəzən fərqinə varmadan diqqətimizi, vaxtımızı və zehni enerjimizi idarə etməyə ...
01/08/2026

Telefon həyatımızın bir hissəsidir. Amma bəzən fərqinə varmadan diqqətimizi, vaxtımızı və zehni enerjimizi idarə etməyə başlayır.

Kiçik dəyişikliklər bu vərdişi daha sağlam şəkildə idarə etməyə kömək edə bilər. Unutmayın, məqsəd telefondan tam uzaqlaşmaq deyil, onun həyatınıza nəzarət etməsinə imkan verməməkdir.

Siz gün ərzində telefonunuzdan uzaq qalmaqda ən çox nə ilə çətinlik çəkirsiniz? 📱💙

İtirmək qorxusu çox vaxt yalnız münasibətlə bağlı olmur.Bəzən bu hiss uşaqlıq təcrübələrindən, bağlanma tərzindən və ya ...
30/07/2026

İtirmək qorxusu çox vaxt yalnız münasibətlə bağlı olmur.

Bəzən bu hiss uşaqlıq təcrübələrindən, bağlanma tərzindən və ya zamanla formalaşmış düşüncə qəliblərindən qaynaqlanır. Nəticədə insan münasibəti sevgi ilə deyil, itirmək narahatlığı ilə yaşamağa başlayır.

Qorxunun haradan gəldiyini anlamaq isə onu idarə etməyin ilk addımıdır.

Sizcə itirmək qorxusu daha çox keçmiş təcrübələrdən yaranır, yoxsa yaşanılan münasibətlərdən? 💙

Bəzən beynimiz eyni şəkilə fərqli mənalar yükləyir.İlk diqqətimizi çəkən detal düşüncə tərzimiz və qavrayışımız haqqında...
21/07/2026

Bəzən beynimiz eyni şəkilə fərqli mənalar yükləyir.

İlk diqqətimizi çəkən detal düşüncə tərzimiz və qavrayışımız haqqında maraqlı ipucları verə bilər. Bu bir diaqnoz və ya elmi test deyil, sadəcə beynimizin məlumatı necə emal etdiyini göstərən əyləncəli bir vizual təcrübədir.

Şəkilə diqqətlə baxın və çox düşünmədən cavab verin:

🅰️ Kəllə
🅱️ İki qadın

Cavabınızı şərhlərdə yazın. 💙

Bəzən bizi cəlb edən seçimlər daxili ehtiyaclarımız və münasibətlərdən gözləntilərimiz haqqında kiçik ipucları verə bilə...
18/07/2026

Bəzən bizi cəlb edən seçimlər daxili ehtiyaclarımız və münasibətlərdən gözləntilərimiz haqqında kiçik ipucları verə bilər.

Şəkilə diqqətlə baxın və çox düşünmədən sizə ən xoş gələn heyvanı seçin. 🐾

Siz hansı heyvanı seçdiniz? Şərhlərdə yazın. 💙

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Proqressiv Psixologiya Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share