05/02/2025
SAÇ MEZOTERAPİYASI
Saç tökülmələri genetik olan və genetik olmayan saç tökülməsi şəklində ikiyə ayrılır. Genetik olmayan saç tökülmələrində, stress, bəzi xəstəliklər (anemiya, vitamin çatışmazlığı, tiroid hormon xəstəlikləri və s.), bəzi dərmanlar səbəblər arasında sayılır.
⚫Mezoterapiya bütün növ saç tökülmələrində əsas müalicə və ya bu müalicələrə əlavə müalicə kimi tətbiq oluna bilər.
Gözəl saçlara sahib olmaq üçün, hərşeydən öncə saç köklərinin sağlamlığına və baş dərisinə kifayət miqdarda qida maddələrinin getməsinə xüsusi diqqət yetirmək lazımdır. Belə hallarda mezoterapiya köməyimizə çatır. Mezoterapiyanın əsas məqsədi saç tökülməsinin dayandırılması və saçların daha yaxşı uzanmasıdır.
🔘Saç mezoterapiyası hansı hallarda tətbiq edilir?
Saç tökülməsi,seyrəkləşmə;
Saç uclarının qırılması;
Saçın həddindən artıq quru olması, saçqıran, kəpək;
Hamiləlikdən sonra saç strukturunun dəyişməsi;
Əməliyyat, dərman preparatlarının qəbulu, pəhriz və ya saç rənglənməsi nəticəsində saç uzanmasının yavaşlaması;
Vaxtından əvvəl saç ağarması.
🔳Saç mezoterapiyasının tətbiqi hansı hallarda münasib deyil?
Hamiləlik və laktasiya;
Onkoloji xəstəliklər;
Mezokokteyl preparatlarına qarşı allergiya;
Endokrin xəstəlikləri;
Zəif immunitet;
Qemofiliya;
Menstruasiya müddəti;
Antikoaqulyantların və dezaqreqantların qəbulu;
Epilepsiya və psixoloji xəstəliklər.
Tətbiq olunan kokteyllərin tərkibində faydalı və saç uzanması üçün lazımlı maddələr vardır: sink, selen, mis, maqniy, qlaurin turşusu (A,B,C,E və başqa qrup) vitaminləri, yağlı turşular, aminoturşular, fermentlər və s.