Ginekoloq Xayala Tahmazi

Ginekoloq Xayala Tahmazi SONSUZLUĞUN MÜALİCƏSİ, YÜKSƏK RİSKLİ HAMİLƏLİKLƏRİN TƏQİBİ, NORMAL DOĞUŞ, QEYSƏR

Bir ailənin sevincinə daha şərik olduq… 🤍Bu gün daha bir körpəni sağlam şəkildə dünyaya gətirib, onu yeni həyatına yola ...
28/04/2026

Bir ailənin sevincinə daha şərik olduq… 🤍
Bu gün daha bir körpəni sağlam şəkildə dünyaya gətirib, onu yeni həyatına yola saldıq.

Hər doğum mənim üçün sadəcə bir iş deyil – bu, böyük bir etibarın və məsuliyyətin nəticəsidir. Bu etimadı mənə göstərən hər bir ailəyə təşəkkür edirəm.

Balaca möcüzəmizə sağlam, xoşbəxt və işıqlı ömür arzulayıram. 👶✨
📲050 312 38 34 / 055 882 38 34

İlk doğuşdan sonra yaranan etibar mənim üçün ən böyük məsuliyyət idi… 🤍İndi isə eyni ailənin ikinci övladını da sağlam ş...
24/04/2026

İlk doğuşdan sonra yaranan etibar mənim üçün ən böyük məsuliyyət idi… 🤍

İndi isə eyni ailənin ikinci övladını da sağlam şəkildə qarşıladıq 👶✨

Xəyalə Təhməzi olaraq deyə bilərəm ki, güvənin təkrar seçilməsi hər bir həkim üçün ən dəyərli hissdir.

Sağlam ana, sağlam körpə — ən gözəl nəticə 💫🏡

İlk hamiləliyini mənə etibar edən pasiyentim artıq sağlam körpəsi ilə birlikdə evinə qovuşdu Bu xüsusi və məsuliyyətli y...
22/04/2026

İlk hamiləliyini mənə etibar edən pasiyentim artıq sağlam körpəsi ilə birlikdə evinə qovuşdu Bu xüsusi və məsuliyyətli yolun hər mərhələsində onun yanında olmaq mənim üçün çox önəmli idi. Doğuşdan cəmi 3 gün sonra ana və körpənin ümumi vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxıldılar 🏡
Hər bir sağlam doğuş – düzgün izlənilən hamiləliyin və vaxtında göstərilən tibbi dəstəyin nəticəsidir. 🤍

📲050 312 38 34 / 055 882 38 34

🤍 Qürurverici an…Vətən müharibəsi iştirakçısının övladı sağlam şəkildə dünyaya gəldi və sevinc içində evə buraxıldı.Vətə...
03/03/2026

🤍 Qürurverici an…
Vətən müharibəsi iştirakçısının övladı sağlam şəkildə dünyaya gəldi və sevinc içində evə buraxıldı.
Vətən müharibəsi iştirakçılarına hər zaman xüsusi diqqət və həssas yanaşma göstərmək mənim üçün yalnız peşə borcu deyil, həm də mənəvi məsuliyyətdir. Bu ailənin sevincini bölüşmək böyük şərəfdir.
Hər sağlam körpə – bir ailənin yeni ümididir. ✨

Bilik və təcrübə paylaşdıqca çoxalır! ✨Lənkəran şəhərində keçirilən regional elmi-praktik seminarda "Sonsuzluğun müasir ...
02/03/2026

Bilik və təcrübə paylaşdıqca çoxalır! ✨
Lənkəran şəhərində keçirilən regional elmi-praktik seminarda "Sonsuzluğun müasir müalicə metodları: fərdiləşdirilmiş yanaşma” və "Uşaqlııq qanaxmalarının müasir menecmenti" mövzuları ilə məruzəçi qismində iştirak etdim. 👩‍⚕️🩺
Çıxışımda reproduktiv problemlərin həllində hər bir pasiyentə fərdi yanaşmanın və müasir klinik qərarların uğurlu nəticə üçün əhəmiyyətini vurğuladım. Ölkəmizin müxtəlif bölgələrindən olan həmkarlarımızla qadın sağlığının aktual məsələlərini müzakirə etdik.
​Məqsədimiz isə birdir: Hər bir qadının sağlamlığı və hər bir ailənin övlad sevinci

11 il boyunca həsrətlə gözlədiyi bu gözəl bala indi qucağındadır 💖 Bu gün balaca əlləri ilə bizə sarılan, bir vaxtlar is...
04/02/2025

11 il boyunca həsrətlə gözlədiyi bu gözəl bala indi qucağındadır 💖 Bu gün balaca əlləri ilə bizə sarılan, bir vaxtlar isə anasının dualarında olan bu gözəl uşaq həkimini ziyarətə gəlib.
Həyatın ən böyük sevinci – bir ailənin xoşbəxtliyinə şahid olmaqdır. 🥰👶💫

Bugün dünyaya gələn əkiz balalarımız 💚😇
03/02/2025

Bugün dünyaya gələn əkiz balalarımız 💚😇

Daha bir ailənin sevincinə şahid olduq! 👶💖 Həyatın ən gözəl anlarından biri - bir ailənin xoşbəxtliyinə bir damla da biz...
10/01/2025

Daha bir ailənin sevincinə şahid olduq! 👶💖 Həyatın ən gözəl anlarından biri - bir ailənin xoşbəxtliyinə bir damla da biz qatdıq. 🌟 Körpənizlə birlikdə sevgi dolu, sağlam və xoşbəxt bir ömür arzu edirəm! 😇✨ "

31/12/2024

🎄✨ Əziz həmvətənlərim və dəyərli izləyicilərim! ✨🎄

2024-cü ilin son günlərini yaşayırıq. Yeni il hər zaman yeniliklər, ümidlər və arzularla dolu bir başlanğıcdır. 2025-ci ilin hər biriniz üçün sağlamlıq, xoşbəxtlik və uğurlarla dolu bir il olmasını diləyirəm. Ailənizlə birgə hər günün sevincini doyunca yaşayın!

Bugün həm də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edirik. Bu gün hər birimiz üçün birlik, dostluq və həmrəylik simvoludur. Harada yaşamağınızdan asılı olmayaraq, Azərbaycan sevgisi ürəklərdə bizi birləşdirən qüvvədir. Bu birliyi qorumaq və gələcək nəsillərə ötürmək bizim ən böyük məqsədimizdir. 💚

Ginekoloq olaraq, sağlamlığınızı qorumaq və pasiyentlərə qayğı göstərmək mənim həyat məqsədimdir. Yeni ildə də sizin sağlamlığınız üçün hər zaman yanınızda olacam. Qadınlarımızın sağlam, güclü və xoşbəxt olması cəmiyyətimizin ən dəyərli sərvətidir.

2025-ci ilin sevgi, sağlamlıq və uğur dolu bir il olmasını diləyirəm.

🎉 Yeni iliniz mübarək! 🎉
🌟 Həmrəylik Günümüz qutlu olsun! 🌟

Tibb Universitetinin tələbələrinin praktikasından: Praktika, nəzəri biliklərin real həyat situasiyalarında tətbiqini təm...
28/12/2024

Tibb Universitetinin tələbələrinin praktikasından:
Praktika, nəzəri biliklərin real həyat situasiyalarında tətbiqini təmin edən ən vacib tədris mərhələlərindən biridir. Bu proses tələbələrə həkimlik peşəsinə hazırlaşmaq üçün unikal bir fürsət təqdim edir. Praktikanın əhəmiyyəti bir neçə mühüm aspektdə özünü göstərir:

Nəzəri biliklərin tətbiqi
Praktika, tələbələrə dərslərdə öyrəndikləri nəzəri bilikləri real tibbi hallarda tətbiq etmək imkanı yaradır. Bu, onların əldə etdikləri bilikləri daha dərindən başa düşmələrinə və yadda saxlamalarına kömək edir.

Praktiki bacarıqların inkişafı
Tibb təhsili yalnız nəzəri biliklərdən ibarət deyil; həkim olmaq üçün müxtəlif praktik bacarıqların mənimsənilməsi vacibdir. Praktika zamanı tələbələr xəstələrə müayinə, diaqnoz qoyma, müalicə planı hazırlama kimi bacarıqları inkişaf etdirir və real tibbi prosedurların təcrübəsini qazanırlar.

Real tibbi mühitlə tanışlıq
Xəstəxana və klinikalarda keçilən praktika tələbələrə tibbi mühitin dinamikasını başa düşmək və müxtəlif ixtisaslar üzrə həkimlərin iş prosesini yaxından izləmək imkanı yaradır. Bu təcrübə onların gələcək ixtisas seçimində də önəmli rol oynayır.

Xəstə ilə ünsiyyət bacarıqlarının formalaşdırılması
Tibb peşəsində xəstələrlə düzgün ünsiyyət qurmaq xüsusi önəm daşıyır. Praktika tələbələrə xəstələrin problemlərini dinləməyi, empatiya qurmağı və etibarlı münasibət yaratmağı öyrədir.

Məsuliyyət hissinin gücləndirilməsi
Tələbələr praktika zamanı yalnız öz biliklərini deyil, həm də məsuliyyət hissini inkişaf etdirirlər. Onlar tibbi qərarların xəstə həyatında nə qədər vacib olduğunu anlayaraq, peşəkar yanaşmanı mənimsəyirlər.

Komanda işi bacarıqlarının artırılması
Tibbi mühitdə çalışmaq çox vaxt bir neçə mütəxəssisin əməkdaşlığını tələb edir. Praktika tələbələrə həkimlər, tibb bacıları və digər tibbi personal ilə əməkdaşlıq etməyi öyrədir.

Tibb tələbələri üçün praktika, gələcəkdə peşəkar həkim kimi fəaliyyət göstərə bilmək üçün mütləq mənimsənilməli olan bilik və bacarıqların qazanılmasını təmin edən ən önəmli mərhələdir. Bu, yalnız tələbələrin peşəkar inkişafına deyil, həm də onların gələcəkdə insan sağlamlığının qorunmasında daha effektiv olmasına töhfə verir.

İki uşaqlığı olan pasiyent. Buna baxmayaraq keysəriyyə yolu ilə sağlam bir övlad dünyaya gəldi. Hər uşaqlığa bitişik bir...
15/11/2024

İki uşaqlığı olan pasiyent. Buna baxmayaraq keysəriyyə yolu ilə sağlam bir övlad dünyaya gəldi. Hər uşaqlığa bitişik bir yumurtalıq və bir boru var idi. Hamiləlik normal vaxtında tamamlandı. Bu ağır patalogiyadır. Bu cür hallarda çox vaxt hamiləliyi sona kimi çatdırmaq mümkün olmur. Bəzən şanslı qadınlarda özlərinin belə xəbəri olmadan bu cür patalogiyalarla hamiləliyini başa çatdıra bilirlər 🍀📌

📲050 312 38 34 / 055 882 38 34 ⠀

Address

Elmi Tədqiqat Mamalıq Və Ginekologiya Institutu
Baku

Alerts

Be the first to know and let us send you an email when Ginekoloq Xayala Tahmazi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ginekoloq Xayala Tahmazi:

Share

Category