09/12/2025
RSNA — yəni Radiological Society of North America — hər il Çikaqoda təşkil olunan, dünyanın ən böyük və nüfuzlu radiologiya konqresidir. Bu tədbir qlobal səviyyədə yüzlərlə şirkət, minlərlə həkim və mütəxəssisi bir araya gətirir.
Bu ilki RSNA sərgisi tam mənada texnologiya, innovasiya və təcrübə paylaşımının zirvəsi idi. Yeni nəsil cihazlar, tibbi görüntüləmədə son yeniliklər, süni intellektin tətbiqləri və ən önəmlisi — gələcəyin tibbi baxış bucaqları bir arada təqdim olundu.
✅ Yeni texnologiyalarla tanış olduq
✅ Ən qabaqcıl cihazların təqdimatlarında iştirak etdik
✅ Qlobal mütəxəssislərlə faydalı networking qurduq
✅ İş həyatımız üçün ilhamverici ideyalarla geri döndük
İnanırıq ki, bu təcrübə həm öz peşəkar fəaliyyətimizdə, həm də pasiyentlərimizə göstərdiyimiz xidmət keyfiyyətində mühüm rol oynayacaq.
Çünki: inkişaf heç vaxt dayanmaz!