22/01/2024
Salam dostlar.
Bu səhifəmi blok edib. Əsas isə bəzi qaydaları pozduğumu göstərir. Düşünürəm bəzi paylaşımlarda qaydaları pozmuşam.
Bu Facebook a başa sala bilərsiniz ki, bu paylaşımların məqsədi tibbi maarifləndirici xarakter daşıyır. Bunu necə edə bilərsiniz? Paylaşımın altında çoxlu rəy yazmaqla.
Yeri gəlmişkən bu videoda izlədiyiniz patalogiya, KT (kompyuter Tomoqrafiya) ilə qaraciyər exinakokkunun görüntüsüdür. Qaraciyərin sağ və sol paylarının sərhəddindən başlayıb sola uzanan böyük ölçülü kistik görüntünü izləyirsiniz.
parazitar xəstəlikdir. Əsas qurd , , çaqqal, tülkü və s. bağırsağında yaşayır. Həmin heyvanların pislikləri ilə çirklənmiş su, meyvə, tərəvəz insanlar üçün yoluxma mənbəyidir. Bu üzdən yaxşı yuyulmamış meyvə və tərəvəz, durğun su hövzələrindən su içmək təhlükəlidir. Hətta həmin heyvanları -pişik sığalladıqda tüklərinə yapışmış qurd yumurtaları insanları yoluxdura bilər.
Mövzu genişdir, çox yazsam oxumayacaqsınız. Maraqlı tərəflərini şərh bölməsində müzakirə edərik.