Aptek Ramana

Aptek Ramana Ən UCUZ qiymətlərlə xidmətinizdəyik

20/10/2021

Ramana qəsəbəsi 204 N avtobusun sonuncu dayanacağında aptekə əczaçı xanım tələb olunur. İş vaxtı 8:00 -15:00
İş təcrübəsi mütləqdir

01/10/2013

Cambridge universitetinin psixologiya professoru öz tələbələrindən soruşmuşdur:

–İnsanlar nəyə görə mübahisə etdikləri zaman qışqırırlar?

Tələbələrdən biri cavab verir:

– Çünki hövsələdən çıxırlar.

–Əgər mübahisə etdiyin şəxs sənin yanındadırsa, onda qışqırmaq nəyə lazımdır? Onunla sakit danışmaq olmazmı?

Hirslisənsə qışqırmaq vacibdirmi? – deyə professor soruşdu.

Tələbələr müxtəlif cavablar səsləndirsələrdə, onların heç biri professorun ürəyincə deyildi. Nəhayət professor bunun nəyə görə baş verdiyini izah etdi:

- İnsanlar bir-biri ilə razı olmadıqda və mübahisə etdikdə onların ürəkləri bir-birindən uzaqlaşır. Bu məsafəni qət edib biri-birilərini eşitmək üçün onlar qışqırmalı olur. İnsan qarşı tərəfdən nə qədər güclü incisə, bir o qədər bərk qışqırır.

Bəs insanlar aşiq olduqda nə baş verir? Bu zaman onlar qışqırmırlar, əksinə sakit danışırlar. Çünki onların ürəyi bir-birinə çox yaxındır və onlar arasındakı məsafə də çox kiçikdir. “Bəs daha çox aşiq olduqda nə baş verir?” – deyə professor davam etdi. – Bu zaman artıq onlar pıçıltı ilə danışırlar. Sevginin həddi artdıqca artıq onlar arasında sözə də ehtiyac qalmır. Onlar bir-birilərinə baxırlar və sözsüz də başa düşürlər.

Beləliklə, mübahisə etdiyiniz zaman ürəklərinizin bir-birindən uzaqlaşmasına imkan verməyin və bu məsafələri daha da artıran sözləri dilinizə gətirməyin. Çünki aranızdakı məsafələrin həddindən artıq böyük olduğu bir gün gələ bilər və bu zaman artıq geriyə yol tapmayacaqsınız.

11/09/2013

Qaraciyər piylənməsinin bitkilərlə müalicəsi.

15-16 ədəd cəfərini (sapları ilə birlikdə) blenderlə qarışdırın və 2 yemək qaşığı təzə limon suyu əlavə edib 1-2 dəqiqə qarışdırın. Hər gün səhər yeməkdən 30 dəqiqэ əvvəl için, axşamları da yatmadan önce lavanta çayı için. 15 gün bu işleme davam edin ve bu uyğulamaya 5 günlük ara verin. 5 günlük aradan sonra yenə təkrarlayın (cəfəri,limon suyu və lavanta çayı) 15 gündən sonra müalicəni dayandırın.5-6aydan sonra bu müalicəni yenə təkrarlaya bilərsiniz.Əgər qaraciyərdə piylənmə çoxdusa ildə 2-3 dəfə bu müalicəni təkrarlayın.Bunu etməklə qaraciyər təmizlənir və yağlanmanın qarşısı alınır.
Cəfəri limon təzyiqi aşağı saldığı üçün, təzyiqi ashagi olan xəstələr bu müalicəni etdiyi zaman cəfəri ilə limonun üzərinə arada 1 çay qaşığı duz əlavə edə bilərlər.

11/09/2013

Bilirsinizmi eyni ayda dogulanlarin ortaq xususiyyetleri var
Ashagidaki melumata esasen hansi ayda anadan olmusunuzsa,ona uygun olaraq xasiyyetinizi oyrene bilersiniz...

Yanvar

Hirsli ve ciddi biridir
Oyrenmeyi ve ögrətməyi sevər
Ağıllı və planlı iş görürü
Duyarlı və dərin hissləri olan birirdr
Romantikdir
Uşaqları sevir
Tez qisqanandir.

Fevral

Dəyişkəndir
Özünə güvəni yoxdur
Dözgündür
İnadkardir
Xəyallarının ardından geder
İnanclara inanir

Mart

Utanqacdir
Diqqət mərkəzində olmaqi sevir
Tez hislənən
Guvenilir
İntiqamçıdır
Çox dəyişkəndir

Aprel

Aktiv ve enerji doludur
Təsəlli verməyi sevir
Cəsurdur
Sevgisini tez etiraf edendir
Hafizəsi gucludur
Bas ağrilari tez tez olandir

MAY

Anlayişlidir
Edebiyyat ve senetlə maraqlanir
Evdə oturmağı sevmir
Uşaqlari sevmir
Xəyalperestdir
Tez sakitleşendir

İyun

Eyni anda bir neçə şey haqqinda düşünür
Şirindildir
Hessasdir
Şən insandir
Çox danişandir
Qərar verməyi bacarmir

İyul

Yaxşı sirdaşdir
Kin saxlamir
Yalnizliqi sevir
Tez öyrənəndir
Dost acısı çəkməyi bacarmaz
Çətinlikləri sevir

Avqust

Zarafatcildir
Qorxusuzdur
Liderlik etmek isteyir
Romantikdir
Yol göstərməyi sevir
Diqqətli və tədbirlidir

Sentyabr

Güvənilir biridir
Elmə önəm verən biridir
İdmani sevər
Hisslərini özündə saxlayir
İnsanlarin eyiblerini üzlərinə vurmaqi sevir
Ünsiyyətdə seçicidir

Oktyabr

Hamiyla söhbəti bacarir
Dostlarina çox önəm vereir
Tez küsüb tez barişir
Duygusaldir
Etrafinin tesiri altina düşəndir
Özünə güvəni yoxdur

Noyabr

Çalşqandir
Yaxşi başçi olur
İradesi güclüdür
Sürprizləri sever
Hamini olduqu kimi qəbul edir
Sirr saxlamaqi bilir

Dekabr

Səbirsiz
Dostlarina bağlı biri
Hirslənəndə çox uzun çəkmir
Zarafatcildir
Sevildiyini hiss etmək istyir
Birlikdə vaxt keçirməyi sevir

02/09/2013

Təmiz süd şəfa mənbəyidir.

Süd insanın 5 min ildir ki, istehlak etdiyi içki növü olsa da, heç də hər kəs tərəfindən sevilmir.Biz onun haqqında kifayət qədər məlumata sahib olduğumuzu düşünsək də, əksinə, bilmədiyimiz olduqca çox şey var. Südün insan orqanizminə olduqca böyük yararlarının olmasından isə əksəriyyətimiz xəbərsizik. Süd və onun tərkibi ilə bağlı aparılan çoxsaylı təhqiqatlar maraqlı faktlar ortaya çıxarıb. Maraqlıdır ki, yeni araşdırmalar, hər dəfə yeni kəşflərlə yekunlaşır.Təmiz, təzə südün insan orqanizminə faydalarının bir neçəsini sizinlə paylaşırıq. Süd sümük əriməsi və xroniki bronxit kimi ağır xəstəliklərin müalicəsində böyük rola malikdir. Bundan əlavə, bu içki növü artıq piylənmənin də qarşısını almağa kömək edir.
Bu səbəbdən diyeta saxlayanlar üçün süd və süd məmulatlarından istifadə edilir. Dünya alimlərinin əldə etdiyi nəticələrə görə, gün ərzində süd içən insanlar digərlərinə nisbətdə daha az yemək yeyirlər, səbəbi isə südün insanda toxluq yaratmasıdır.Südün faydaları bununla da yekunlaşmır. Belə ki, tərkibində şəkərin az olması da onun başqa bir üstünlüyü hesab oluna bilər.Sadalananlardan əlavə, bu bəyaz məhsul infeksiyalara da qarşı təsirlidir, həzm sistemini nizamlayır, mədə narahatlığını həll edir, beyini enerji ilə təmin edir, hüceyrələri bərpa edir və nəhayət, təzyiqi normallaşdırır.Həmçinin xərçəngin və diş çürüməsinin də qarşısını alır.Səhər yeməyində süddən istifadə edən şəxslərdə yüksək əhvali-ruhiyyə yaranır, enerjiləri bərpa olunur və düşünmə qabiliyyətləri inkişaf edir.

Yaşa görə südün təsirləri
Süd körpələr üçün ən ideal qida növüdür. Buna görədir ki, uşaqlar ana südüylə qidalanmadıqda bu onlarda kökəlmə, ürək, allergik, mədə kimi digər ciddi sağlamlıq problemlərinin yaranmasına səbəb olur. Yeniyetmələr üçün isə südün istifadəsi labüddür. Xüsusən, 12-15 yaşarası oğlanlarda. Bu yaşlarda onlarda fiziki cəhətdən dəyişmə gedir, yəni boy artımı baş verir. Bu zaman lazımi mineralların qəbul edilməməsi bu prosesin dayanması ilə nəticələnə bilər.Maraqlıdır ki, gənclər üçün dəyərli qida hesab edilən süd, yetkinlərin istifadəsi üçün məsləhət görülmür. Bu onların həzm sistemlərinin pozulmasına, xüsusən, qadınlarda sümük əriməsi və erkən yaşda qocalmalarına səbəb ola bilər.Yaşlı nəslin nümayəndələri isə bu məsələdə şanslıdırlar. Yəni süd onlar üçün müxtəlif qidaları əsas götürən balanslaşdırılmış pəhriz əhəmiyyəti daşıyır.Övladınız südü sevmirsə…Südün əhəmiyyətindən bəhs etdik, lakin bu məqamda qeyd etmək yerinə düşər ki, süddən hər kəsin xoşlandığını söyləyə bilmərik. Bu məsələdə, xüsusilə, uşaqları vurğulamaq yerinə düşərdi. Əksər analar uşaqlarının süd içməməsindən şikayət edirlər. Lakin bunu həll etməyin əyləncəli və asan üsulları vardır. Övladınıza südü sevdiyi formada: içərisinə şokolad və ya sevimli meyvəsini əlavə edin. Uşaqlar rəngli görüntülü içkilərdən xoşlandıqlarından rahatlıqla içəcəklər. Və ya südü, sadəcə, əlinə verin, başqa heç bir şey söyləməyin özü içəcəkdir.

Unutmayın ki, süd zəkanı inkişaf etdirir, çalışma əzminə təsir edir. Buna görə südü ona fərqli formada təqdim etməyə çalışın. Bu uşağınızın dərslərində də uğur qazanmasına köməklik edəcəkdir.

02/09/2013

Linza İstifadəsində bunlara diqqət edilməlidir.

Əgər gözününüz zəif görürsünüzsə və eynək taxmaqdan xoşlanmırsınızsa və göz rənginizin fərqli olmasını istəyirsinizsə kontakt linzalar köməyinizə çatacaq.Ancaq göz kimi həssas bir yerimizdə istifadə edilən linzaların də istifadəsi üçün mütəxəssislər xəbərdarlıq edirlər. Əvvəlcə linzalarimiza toxunmadan əvvəl əllərinizi yaxşıca yumanız lazım olduğunu ifadə edən mütəxəssislər,"Göz sağlamlığınızı mümkün olduğunca qorumaq üçün Linzalara toxunmadan əvvəl əllərinizin təmiz olduğundan əmin olmalısınız"deyə ifadə edir.

Kontakt linzaların gözə tam olaraq oturduğundan əmin olmaq üçün linzaların doğru bir halda yerləşdirməyin lazım olduğunu vurğulayan mütəxəssislər,linzaların bir neçə dəfə taxıb çıxarıldıqdan sonra artıq adət halını alacağını qeyd etdi.Linzaların təmizlənməsi və gigiyena qaydalarına tam ciddi nəzarət olunmalı olduğunu vurğulayan mütəxəssislər,"Linza qutusunun da linzalar qədər təmiz olması lazımdır,çünki linzalar saatlar boyunca bu qutuların içində qalır."

Sadə toxunmalarla linza qutularını təmiz saxlmaq mümkündür.Linzaları taxdıqdan sonra məhlul qutusunu təmizləyin.Linzalarınızın qutunsunu müntəzəm,hər gün yeni gigyenik məhlulu ilə yuyun və gündəlik olaraq quruması üçün qutunun ağzını açıq saxlayın.Linza qutularını tez-tez dəyişdirin.Ən ideal olanı aylıq olan linza qutularıdır.

30/08/2013

Dişlərinizi qorumağın 10 asan yolu.

Yaxşı qulluq edilməyən dişlərdə qısa zamanda kariyes çürüklər əmələ gəlir ki, bu da sonra onları itirməyimizlə nəticələnir.Təbii qidaları yeməklə həm sağlam dişlərə,həm də gözəl təbəssümə malik olmaq olar.
1 Kərəviz
Kərəviz dişləri iki yolla qoruyur.Belə ki, bu çox çeynəməli tərəvəzdir. Çeynəmə nəticəsində tüpürcək artımı olur ki,bu da çürüklərə səbəb olan bakteriyaları ziyansız edir.Bundan əlavə kərəviz diş və diş ətlərinə masaj təsiri də göstərərək,diş aralarını təmizləyir.
2 Pendir
Pendir dişləri çürüməkdən qoruyur və yeni çürüklərin yaranmasının qarşısını alır. Xüsusilə şirin qidalardan sonra bir dilim pendir yemək məsləhətdir.
3 Yaşıl çay
Yaşıl çaydakı katesin maddəsi ağızdakı bakteriyaların yox olmasına kömək edir və eyni zamanda xərçəngə qarşı mübarizə vasitəsi rolunda çıxış edir. Dolayısı ilə bu çay ağız xərçəngindən qoruyur. Eyni zamanda ağızda p*s qoxuya səbəb olan bakteriyalıda məhv edir.
4 Kivi
C vitaminin əksikliyi dişləri həssaslaşdırı, onları bakteriyalara qarşı daha dözümsüz edir. Bu vəziyyətlə qarşılaşmamaq üçün kifayət qədər C vitamini qəbul edilməlidir. Bu vitaminin ən yaxşı mənbəyi isə kividir.
5 Qatıq
Kalsiumla bol olan qatığın dişlərə faydasını saymaqla bitirmək olmaz. Kalsium diş itkisinin qarşısını alan ən önəmli maddədir.
6 Cəfəri
Ağız qoxusuna yol aça biləcək qidalar yedikdən sonra cəfəri çeynəmək məsləhətdir. Bu sizin daha xoş bir qoxuya sahib olmağınıza kömək edəcək.
7 Çiyələk
Çiyələk dişlərə və dişətlərinə faydalıdır. Diş daşlarından qurtulmaq üçün təbii vasitədir. Tərkibindəki müxtəlif turşular diş daşlarını təbii yola əridir və onların yaranmasına mane olur.
8 Çərəz
Günəbaxan tumu və çərəzlər dişləri bakteriyalardan qoruyan xüsusi təbəqə yaradan yağlarla zəngindirlər. Bu yağlar diş minasını dahada möhkəmləndirir.
9 Alma
Almanı qabıqla yemək bir tərəfdən dişləri möhkəmləndirir, digər tərəfdən isə dişləri təmizləyir. Alma, yerkökü kimi meyvə-tərəvəzi dişləyərək yemək məsləhətdir.
10 Balıq
Balığın tərkibindəki fosfor sümük və dişin möhkəmliyi üçün vacibdir. Daha sağlam dişlər üçün həftədə bir dəfə balıq yeyilməlidir.

30/08/2013

Duzlu qidaların ziyanı.

Az insan tapılar ki,duzlu qidaları,cipsləri,şorabaları sevməsin.Gün ərzində qida rasionumuzda belə qidalara da önəmli yer ayırırıq.Qidaların bir çoxunun içində və duzun əsas tərkibi olan natrium bədəndə maye tarazlığının təmin edilməsi və qan təzyiqinin təşkilində rol oynayan əhəmiyyətli bir mineraldır. Ancaq çox duz istehlakı bəzi xəstəliklər üçün böyük risk faktoru meydana gətirir. Belə ki, çox duzlu qidalar qəbul etmək yüksək təzyiqə və buna bağlı olaraq ürək və damar xəstəliklərinə gətirib çıxarır.Yüksək təzyiqin meydana gəlməsində duzun çox böyük əhəmiyyəti var.
Bəzi insanlarda böyrəyin duz (NaCl) atma tutumu məhdud ola bilər və lazim olduğundan çox duz alınması təzyiqin qalxmasına və müalicəsində müvəffəqiyyətsizliyə yol açar.Çoxlu duzlu qidalar qəbul etmək böyrəkləri sıradan çıxarmaqla yanaşı,çeşidli xəstəliklərin yaranmasına da səbəb ola bilər."Təzyiqin qalxması qan damarlarında təzyiqin artması vəziyyətidir. Bütün orqan və toxumalarda qan damarları olduğu üçün təzyiqin qalxması bütün bədənə təsir edir.Təzyiqin qalxması ürək, beyin, böyrəklər, böyük arteriyalar və gözlərə daha çox təsir edir. Təzyiqin yüksəkliyi bu orqanlarda qalıcı şikəstliyə də səbəb ola bilər".Uzunmüddətli duzlu qidaların qəbulu qan təzyiqinin yüksəlməsinə səbəb olduğu üçün ölüm halları da istisna deyil. Belə ki, təkcə İngiltərədə hər il 170 min adam təzyiqin yüksəlməsindən dünyasını dəyişir.Duzun sümüklərə də mənfi təsiri var. Həddən artıq duzlu qidaların qəbulu sidikdə kalsiumun atılmasını artırır. Kalsium itkisinin artımı isə sümük əriməsinə səbəb olmaqla yanaşı, sümüklərin qırılma riskini də artırır.Pəhriz saxlayan insanlar duz istehlakına diqqət yetirməlidirlər. Çünki çox duz, bədəndə su tutulmasına səbəb olur, bununla yanaşı, duz iştahaçıcı olduğu üçün pəhriz dövründə çox az istifadə edilməlidir.
"Mütəxəssislər duzun hamilələrə də zərərli olduğunu bildirirlər. Belə ki, hamiləlik dövründə duzlu qidaların qəbulu bədəndə su toplanmasına səbəb olur. Bu da qadınların bədəninin, ən çox da ayaqlarının şişməsi ilə nəticələnir.Hamiləlik dövründə duzlu qidaların qəbulu körpənin inkişafına da təsir edir".Həkimlərin böyük əksəriyyəti, yeməyin duzsuz bişirilib yeyərkən duz əlavə etmənin tərəfdarıdır. Çünki bu zaman daha az duz istifadə edilir. Xüsusilə də isti-plov,makaron kimi yeməklərdə duzun sonradan əlavə edilməsi məsləhət görülür.Duz alarkən tərkibində yod olan duzlara üstünlük vermək lazımdır.Çalışmaq lazımdır ki, natriumu azaldılmış duzlardan istifadə edilsin.yeməklərin ləzzətini artırmaq üçün duzun yerinə cəfəri, nanə, kəklikotu, şüyüd, reyhan, limon və sirkə istifadə etmək daha məqsəduyğundur."Duzlanaraq hazırlanan kolbasa, yarımfabrikat qidalar, konservlər, şorabalar, hazır qarışıqlar, hazır souslarda duz həddən artıq çox olur.Mümkün qədər bu qidalardan az istifadə etmək lazımdır."
Sağlamlığın qorunması və qan təzyiqinin normada saxlanılması üçün gün ərzində bol su içilməli, qazlı suların etiketinə diqqət yetirilməli, tərkibində natrium olan sulardan istifadə olunmalıdır. Onun sözlərinə görə, insanın gündəlik duz ehtiyacı 5 qramdır. Bundan artıq duzun qəbul edilməsi isə orqanizmə zərər vura bilər."Son zamanlar marketlərdə yodlu duzlar satılır.Bu orqanizm üçün xeyirlidir. Amma yodlu duz alarkən bağlı qablarda saxlamaq lazımdır. Çünki işığın təsirindən yod tez bir zamanda buxarlanır.Ümumiyyətlə, sağlam olmaq istəyirsinizsə,qida rasionuzda duzlu qidaları bacardıqca azaldın".
Qeyd edək ki,orqanizmdə yod çatışmazlığı insanların əqli inkişafına,iş qabiliyyətinin,immunitetin zəifliyinə,ölü körpələrin doğulmasına,ana ölümlərinə,gözlə görülən zob xəstəliyinə səbəb olur.

29/08/2013

Məlumatlar Irving Wallace, David Wallechinsky və Amy Wallace tərəfindən qələmə alınan almanaxdandır.
İnsan hüceyrələri
Bir insandakı ümumi hüceyrə sayısı 100 trilyondur.
Bir insandakı fərqli hüceyrə növləri 210-a yaxındır.
Hər saniyə ölən hüceyrə sayısı təxminən 50 milyondur.

Hər saniyə yaradılan yeni hüceyrə sayısı da təxminən 50 milyondur.
Ümumi eritrosit sayısı 25 trilyondur.
Ümumi leykosit sayısı 25-100 milyard arasındadır .
Ümumi sinir hüceyrəsinin sayısı 30 milyarddır. (bir milçəkdə 100 min, siçan beynində isə 10 milyon sinir hüceyrəsi mövcuddur).
Beyin qabığındakı (korteks) sinir hüceyrəsi sayısı 10 milyarddır.

Beyincik korteksindəki hüceyrələrin sayısı 10 milyarddır.
Bütün sinir hüceyrələrinin ümumi sinaps cəmi 100 trilyondur.
Normal şəraitdə gündəlik ölən sinir hüceyrələrinin sayısı 50000-100000-dir.

Bir xatırlama prosesində fəal olan beyin hüceyrəsinin sayı 10 milyon - 100 milyondur.
Mədə turşusu istehsal edən hüceyrə sayı (kişidə) təqribən 1 milyard, (qadında) təqribən 820 milyondur.
Ən kiçik hüceyrə olan spermaların boyu - 3-5 µm-dir.

Beyindəki qlia hüceyrələrinin boyu isə 5 µm-dir.
Ən böyük hüceyrə olan yumurta hüceyrəsinin diametri 100-120 µm-dir.
Bir qaraciyər hüceyrəsinin ortalama böyüklüyü 30-50 µm-dir.

Bir eritrositin diametri 7 µm-dir.
Bir böyrək hüceyrəsinin nüvəsinin diametri 6.2 µm-dir.

Metafazda düzülmüş xromosomların ümumi sahəsi 4.5 µm-dir.
Bir mitoxondrinin diametri 0.5-1.2 µm-dir.
Bir ribosomun diametri 12-20 nm-dir.

Hüceyrə zərinin ümumi qalınlığı 8.0 nm-dir.
Bir amin turşusu molekulunun boyu 0.8-1.1 nm-dir.
Bir atomun diametri 0.1-0.5 nm-dir.

Üst dəri Epidermis hüceyrəsinin ömrü 4.3 gündür.
Ayaq dabanı epidermus hüceyrəsinin ömrü 19.1 gündür.
Nəfəs borusunu döşəyən epitel hüceyrəsinin ömrü 47.6 gündür.
Ağciyər alveol hüceyrəsinin ömrü 8.1 gündür.

Eritrositlərin ömrü 120 gündür.
Böyrək epiteli hüceyrəsinin ömrü 286 gündür.
Sümük hüceyrəsinin ömrü 25-30 ildir.
Sinir hüceyrələri isə ömür boyu çalışırlar.

Qeyd:
1µm (mikrometr)= 1/1.000 (10-3)mm
1 nm (nanometr) = 1/1000µm= 1/1.000.000 (10-6) mm

29/08/2013

Maraqlı tibb statistika
- Hər bir insan yaşadığı müddət ərzində 22 kiloqram dəri itirir.
- Hər min uşaqdan biri tək dişlə doğulur.
- İnsanın xromosomlarının sayı 46, şirin su yosunununku isə 200
- İnsan bədənindəki damarların uzunluğu təxminən 96 min kilometrdir
- İnsan aclıqdan əvvəl yuxusuzluqdan ölür.
- Hər 20 nəfərdən birinin, xüsusilə də kişilərin qabırğasının sayı 1 ədəd artıqdır.
- İnsanın saç telinin sayı təxminən 100 mindir.
- Ürək gündə orta hesabla 100 min dəfə döyünür.
- İnsan DNT-i ilə şempazelərinki arasında oxşarlıq yüzdə 98, 4-dür.
- 300 sümüklə doğulan insan oğlu yetkinləşdikdən sonra bu say 206-ya düşür.
- Sağlam bir insanın dırnağının tam şəkildə inkişafı 4-6 ay çəkir.
- Diş minası insan vücudundakı ən sərt maddədir.
- Böyrəklər qanı gündə 300 dəfəyə qədər filtirləyir.
- Barmaqlar orta hesabla bir həyat boyunca təxminən 25 milyon dəfə açılıb yumulur.

28/08/2013

Nevrozlar – sinir sisteminin geri dönən funksional pozğunluğu olub, sinir sisteminə uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində baş verir.
Sadə dildə desək, nevroz uzun müddət ərzində davam edən xroniki streslərin nəticəsində inkişaf edir və bu zaman müxtəlif səbəblər üzündən insan uzun müddət onun üçün mürəkkəb hesab edilən bu vəziyyətdən çıxış yolunu heç cür tapa bilmir. Belə vəziyyətlərə bir neçə misal da çəkmək olar. Məsələn: insana onun hazırkı işi xoş gəlmir, ancaq o, başqa iş tapa bilmədiyi üçün bu işlə məşğul olmağa məcburdur; ailə cütlüyü arasında uzun müddət ümumi qarşılıqlı anlaşma olmasa da, onlar uşaqlarına görə nigahlarını poza bilmirlər və s.
Qadınlar nevrozlara daha çox meylli olurlar ki, bu da onların kişilərə nisbətən daha emosional, həssas olmalarından irəli gəlir.
Nevrozun əsas əlamətləri aşağıdakılardır:
- Həyəcan, narahatlıq, qorxu, məyusluq, ümüdsizliyə qapanmaq; tez bir zamanda, hətta kiçik həcmli işin icarə edilməsi zamanı baş verən yorğunluq, həyat aktivliyinin zəifləməsi, yuxusuzluq, çətinliklə yuxuya getmək və ya yatıb-durduqdan sonra həqiqətən istirahət edə bilməsi hissiyyatının olmaması, güclü işıqlanma və yüksək səsə ağrılı reaksiya verilməsi. Müxtəlif fobiyaların yaranması (məsələn, insan birdən-birə liftə, metroya və s. nəqliyyat vasitələrinə minməkdən qorxur), beyindən çıxmayan fikirlərin və hərəkətlərin olması (məsələn, evdən çıxdıqdan sonra qaz, işıq, ütünün yanıq şəkildə qalmasından qorxaraq bir neçə dəfə geri qayıtmaq) da mümkündür.
- Orqanizmin digər orqan və sistemlərində baş verən pozğunluqlar: iştahanın p*s və əksinə, həddindən artıq güclü olması, ürəkbulanma, qəbizlik, ishal, qarında ağrı, baş gicəllənməsi, arterial təzyiqin enib-qalxması, ürək döyüntülərinin tezləşməsi, ürək nahiyəsində olan narahatlıq hissiyyatı, cinsi pozğunluqlar və s.
- Boyun nahiyəsində, çiyinlərdə, beldə ağrılar, əllərdə titrəmə, tez-tez baş verən küt və ya pulsasiya şəkilli baş ağrıları.
Nevroz – ciddi xəstəlik olub, mütləq müalicə tələb edir və bu müalicə nə qədər tez başlanarsa, o qədər də xeyirli olur. Bir çox hallarda nevrozdan əziyyət çəkənlər bu və ya digər orqanlarının fəaliyyətində pozğunluq aşkar etdikdə, səhvən terapevtə, kardioloqa, qastroenteroloqa müraciət edirlər. Bu zaman aparılan müayinələr nəticəsində onlarda, adətən, heç bir ciddi xəstəlik aşkar olunmur. Yalnız bundan sonra bu həkimlər xəstələri nevropatoloqa, psixoloqa, psixiatra, psixoterapevtə göndərirlər.
Adətən, nevroz xəstəliyini müalicə edəndən sonra digər orqanlar tərəfindən olan pozğunluqlar da yox olur. Ancaq insan uzun müddət ərzində nevroz vəziyyətində qalarsa və tibbi yardım üçün müvafiq mütəxəssisə müraciət etməzsə, bəzi hallarda nevroz fonunda onlarda mədənin xora xəstəliyi, bronxial astma, hipertoniya xəstəliyi, neyrodermit (dəri xəstəliyi) və digər xəstəliklər inkişaf edə bilər. Bundan başqa, bəzi hallarda şəxsiyyətin patoloji pozğunluqları kimi, daha ağır xəstəliklər bas verə bilər ki, onların da müalicəsi nevrozun müalicəsindən qat-qat çətin olur.
Nevrozun profilaktikasını hələ uşaq doğulmamışdan qabaq başlamaq lazımdır. Belə ki, qadın hamilə olarkən düzgün qidalanmalı və daim komfortlu emosional şəraitdə olmalıdır. Növbəti mərhələ uşağın düzgün tərbiyə edilməsi və ailədə sakit və mehriban şəraitin yaradılmasıdır. Böyük yaşlarda isə nevrozun profilaktikası üçün aşağıdakılara əməl etmək tövsiyə olunur:
- Düzgün istirahət rejiminin və gündəlik yuxunun kifayət qədər olmasının təmin edilməsi. Tez-tez doyunca yatmamaq halları və xroniki yorğunluq nevrozun yaranmasına “kömək” edir.
- Müntəzəm olaraq bədən tərbiyəsi ilə məşğul olmaq (təmiz havası olan yerdə, xüsusən də meşəli yerdə qaçışla məşğul olmaq, üzgüçülük). İdmanla məşğul olmaq əzələ tonusunun artmasına səbəb olur. Əzələ tonusunun artması da öz növbəsində beyin hüceyrələrinin tonusunun artmasına səbəb olur. Və nəhayət, beyin hüceyrələrinin tonusunun artması isə, istənilən nevrotik simptomların tezliklə sönməsi ilə nəticələnir.
- Stres vəziyyətlərindən çıxmaq qaydalarını yaxşı bilmək.

28/08/2013

Əgər uşağınızın immunitetinin zəif olması əlamətlərini görmüş olsanız həkim-immunoloq məsləhətindən istifadə edin. Həkim zəif immunitetin səbəblərini müəyyən edərək lazım gələrsə müvafiq müalicə kursu təyin edə bilər.
Bir çox hallarda xüsusi müalicənin təyin edilməsinə heç bir ehtiyac olmur, sadəcə olaraq, uşağa savadlı qulluq etmək lazım gəlir. Belə qulluqlarla sizi aşağıdakı bölmədə tanış etməyə calışacağıq.
Düzgün qidalanma
Bu haqda danışarkən ən sadə məsləhətlərdən başlayaq. Uşağın immun sisteminin normal şəkildə olması üçün tam və keyfiyyətli qidalanmanın əhəmiyyəti böyükdür. Düzgün olmayan, natamam dəyərli və qeyrirasional qidalanma uşagın immun sisteminə xeyli dərəcədə zərər verir.
İmmun sisteminin normal şəkildə fəaliyyət göstərməsi üçün daha vacib hesab edilən vitaminlər A, C, E, B və D qrupu vitaminləridir.
A vitamini orqanizm tərəfindən E və S vitaminləri ilə birlikdə daha yaxşı mənimsənilir. Buna görə də mütəmadi olaraq uşaqlar üçün bitki yağı (vitamin E) əlavə edilmiş və üzərinə bir qədər limon şirəsi (vitamin S) sıxılmış kök, kələm, kahı yarpağı salatları hazırlamaq məsləhət görülür.
Vitamin S – soyuqdəymə ilə əlaqədar olan xəstəliklərə qarşı mübarizədə orqanizmə kömək edir; məsələn, KRVX-nin ilkin dövrlərində C vitamininin qəbul edilməsi orqanizmin sağalmasına, daha ağır formalara keçməməsinə kömək edir. C vitamininin əsas mənbələri kimi, sitrus meyvələri, itburnu, kələm, pomidor, qara qarağat, qırmızı istiot və s. qeyd etmək olar.
Vitamin E - orqanizmə mikroblardan, viruslardan, hətta xərçəng xəstəliyindən qorunmaqda kömək edir. E vitamini xeyli miqdarda qaraciyər, yumurta sarısı, kahı yarpaqlarında, günəbaxan, zeytun, qarğıdalı yağlarında, təzə cücərdilmş buğdada, qarabaşaq (“qreçka”), düyü və digər yarmalarda var.
Vitamin B1. Orqanizmində bu vitamin çatışmazlığı olan uşaqlar ağlağan, hirsli, dəcəl olur, tez-tez baş ağrılarından, ümumi zəiflikdən şikayət edirlər. Sinir sistemi zəif olan uşaqların immun sistemi də zəif olur. Buna görə də uşaqların qida rasionunda B1 vitamini ilə zəngin olan qida məhsullarının (“qerkules”, lobya, paxlalı bitkilər, qoz, fındıq, araxis, kartof, qaraciyər, böyrək) olmasına fikir vermək lazımdır.
Vitamin B2. Bu vitamin çatışmazlığında da immunitet zəifləyir, müxtəlif mədə və bağırsaq xəstəlikləri baş verir. Tərkibində vitamin B2–nin olduğu əsas qida məhsulları: kələm, təzə lobya, alma, qaraciyər, yaşıl noxud, pomidor, cücərdilmiş buğda, yumurta, süd və süd məhsulları, mal əti. Yadda saxlamaq lazımdır ki, vitamin B2 işıqdan “qorxur” – süd və süd məhsulları 2 saat ərzində günəş şüaları altında saxlanılarsa, qıcqıraraq tərkibində olan B2 vitaminini də itirir.
Vitamin B6 da immun sisteminin normal fəaliyyəti üçün vacibdir. Bu vitaminə qara çörək, ət, balıq, yumurta sarısı, süd, qaraciyər, yarmaların tərkibində də rast gəlinir.
Vitamin B9 (fol turşusu) və B12 – qan hüceyrələrinin əmələ gəlməsi üçün (həmçinin eritrositlərin və immun sistemi hüceyrələrindən olan limfositlərin) vacibdirlər. Uşaqda qanazlığı, tez-tez baş verən soyuqlamalar varsa, ona süd, yumurta, soya, inəyin qaraciyəri və böyrəkləri, ağ və qırmızı turp, şomu, kahı vermək məsləhətdir.
Vitamin D - qanın normal laxtalanması, ürək fəaliyyəti, sinir və immun sistemi üçün vacib hesab olunur. Onun çatışmazlığı zamanı əsasən 1 yaşına qədər uşaqlarda təsadüf edilən raxit xəstəliyi inkişaf edir. D vitamini çatışmazlığı daha iri yaşlı uşaqlarda baş vermiş olarsa, onların boy atması ləngiyir, sümükləri isə daha kövrək olur. D vitamininə yumurta, süd, kərə yağı, qaraciyər, balıq (xüsusən balıqların qaraciyərində) məhsullarının tərkibində rast gəlinir. Bundan savayı, bu vitamin günəş şüasının təsiri altında insanın dərisində də əmələ gəlir. Məhz buna görə uşaqlara günəş vannalarının qəbul edilməsi xeyirli hesab edilir. Ancaq onu da yadda saxlayın ki, günəş şüaları altında olmaq nəticəsində dəridə qızartı əmələ gələndən sonra orada D vitamini istehsalı dayanmış olur.
Yuxu, istirahət, fiziki hərəkətlər
Yuxu (xüsusən axşam vaxtı) uşaq üçün çox vacib hesab olunur. Məhz gecə saatlarında uşağın immun sisteminin mükəmməlləşməsi baş verir. Axşam saatlarında narahat yatan və ağlayan uşaqların immun sistemi rahat yatan uşaqlara nisbətən daha ləng şəkildə formalaşır. Məhz buna görə ana, uşağın axşam saatlarında normal vaxt ərzində rahat yatmasını təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə etməlidir.
Günəş vannaları uşaqların dərisində vitamin D və melaninin əmələ gəlməsinə səbəb olur ki, onlar da uşağın immun sisteminin yuksəlməsinə köməklik edirlər. Günün 9-11 saatları uşaqların günəş altında olmaları üçün daha məsləhətli vaxtlar hesab olunur. Günəş altında olan gəzintilər ilk olaraq bir neçə dəqiqədən başlayaraq sonrakı günlərdə tədricən artırılmalıdır.
Əziz valideynlər, əgər siz uşağınızın sağlam böyüməsini istəyirsinizsə, onun immun sisteminin yüksək səviyyədə saxlanmasına xüsusi diqqət yetirin!

Address

Baku
AZE1040

Telephone

+994124512927

Website

Alerts

Be the first to know and let us send you an email when Aptek Ramana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aptek Ramana:

Share