Academy of Nutrition, Dietetics and Obesity Prevention

Directions Website Contact the business

Academy of Nutrition, Dietetics and Obesity Prevention ANDOP dietologoya və nutrisiologiya üzrə beynəlxalq səviyyəli heyəti ilə, qida obyektlərinin auditi və qida təhlükəsizlik xidmətini təklif edən ilk qurumdur.

Oktyabr ayında ANDOP təlimləri və seminarları 🙂
30/09/2026

Oktyabr ayında ANDOP təlimləri və seminarları 🙂

Qidalanma Qıcıqlanmış bağırsaq sindroma(QBS) simptomlarına necə təsir edir? Low-FODMAP pəhrizi nədir? Dr. Züleyxa Nadir ...
27/09/2026

Qidalanma Qıcıqlanmış bağırsaq sindroma(QBS) simptomlarına necə təsir edir? Low-FODMAP pəhrizi nədir?

Dr. Züleyxa Nadir – həkim-nutrisioloq, ANDOP-un ictimai səhiyyə üzrə həkim-eksperti bu barədə fikirlərini bölüşür

📖 Oxumaq üçün www.andop.az

Azərbaycanda piylənmənin idarə olunması üzrə vahid klinik protokol təsdiqlənib. Protokol böyüklərdə piylənmənin diaqnost...
14/09/2026

Azərbaycanda piylənmənin idarə olunması üzrə vahid klinik protokol təsdiqlənib. Protokol böyüklərdə piylənmənin diaqnostikası, müalicəsi və profilaktikasını əhatə edir.

Sənəd müasir yanaşmaları birləşdirərək, erkən aşkarlama və risklərin qiymətləndirilməsindən fərdi müalicə seçiminə və uzunmüddətli müşahidəyə qədər kompleks yanaşma təqdim edir.

Klinik protokol AR Səhiyyə Nazirliyinin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi və ANDOP tərəfindən hazırlanıb.

📌 Klinik protokol ilə andop.az saytında tanış ola bilərsiniz.

Sentyabr ayında ANDOP-da qaçırmamalı olduğunuz təlimlər və seminarlar!
02/09/2026

Sentyabr ayında ANDOP-da qaçırmamalı olduğunuz təlimlər və seminarlar!

31/08/2026

Növbəti “Tibbi Detox” təliminə start verilir. Bu kurs — detoks metodlarını elmi əsaslarla tətbiq etmək istəyən üçün dərindən hazırlanmış təlimdir. Riskləri minimuma endirməyi və müştərilərə fərdi detoks proqramları qurmağı öyrənəcəksiniz.

👉 Kursa yazılmaq və ya ətraflı məlumat almaq üçün direct-ə müraciət edin.

12/08/2026

Bağırsaq sağlamlığı ilə bağlı problemlər praktikada ən çox rast gəlinən, eyni zamanda ən kompleks yanaşma tələb edən mövzulardandır.

Şişkinlik, həzm pozğunluğu, qida dözümsüzlüyü və digər şikayətlərin arxasında mikrobiota dəyişiklikləri, SIBO, histamin intoleranslığı, qlüten həssaslığı və digər mexanizmlər dayana bilər.

**Qastrointestinal Nutrisiologiya təlimi** artıq dietologiya və nutrisiologiya üzrə baza biliklərinə sahib olan mütəxəssislər üçün bu mövzuları daha dərindən öyrənmək və klinik praktikada elmi əsaslı yanaşmaları tətbiq etmək imkanı yaradır.

📚 Praktik yanaşma
🔬 Elmi əsaslı biliklər
📄 Təlimin sonunda sertifikat

**Qeydiyyat açıqdır.**
Ətraflı məlumat və qeydiyyat üçün bizə müraciət edə bilərsiniz.

08/08/2026

Dəyərli dostlar!

Sizi zəngin rəng çalarları və dəyərli məlumatlarla dolu bir tədbirə dəvət edirik. Bu görüşdə maarifləndirici nitqlər, canlı müzakirələr və ənənəvi səhər süfrəsi gözlənilir. Hər bir qonaq üçün xoş sürpriz — xüsusi hədiyyə də nəzərdə tutulub.

🔥 Mövzu: Qadın kodu: xarizma, sağlamlıq və gözəllik
💃 Dress code: Sarınım və zeytunun bütün çalarları. Sarı və zeytun rəngində geyim və ya hər hansı aksesuar arzuolunandır

🎤 Spikerlər:

• Sevda Qafarova – Həkim - Nutrisioloq
👉 « Enerjili Qadının Qidalanma Sirri»

• Günay Fərəcova – MD PHD, Dermatoveneroloq
👉 «Gözəllikdə Tarazlıq. Müasir qadın üçün doğru estetik seçim»

• Şərəfət Şirinli, Klinik Psixoloq, Rebrain Academy təsisçisi
👉 «Qadının ən güclü silahı. Özünə inamın və daxili gücün formalaşması»

• Elmir Təhməzov, Uzman Psixiatr
👉 «Qadının Cazibəsi: Kişilər Əslində Nəyə Diqqət edir?»

🗓 23.08.2026
🕙 10:00–13:00
📍 Vətən Restaurant (Sea Breeze Resort)

👉 Qeydiyyat: https://wa.me/994502073677

Avqust ayında ANDOP-da qaçırmamalı olduğunuz təlimlər ve seminarlar!
02/08/2026

Avqust ayında ANDOP-da qaçırmamalı olduğunuz təlimlər ve seminarlar!

31/07/2026

Bu gün ANDOP-da xüsusi bir gün idi. Burada sadəcə tələbələr yox, gələcəyin sağlam qidalanma üzrə mütəxəssisləri toplaşmışdı.

Hər bir məzunun öz hekayəsi var. Kimsə peşəkar inkişaf yolunu seçdi, kimisi sağlamlıq problemləri ilə üzləşib, kimisi isə yaxınlarına kömək etmək üçün bu yolu seçdi. Onları “Nutrisiologiya və Diyetologiya”, “Uşaq Nutrisiologiyası”, “Hormonlar və funksional yanaşma”, “Praktiki Dərslər” kurslarına gətirən səbəblər çox fərqli idi, amma məqsəd eyni idi – insanlara faydalı olmaq.

Ən təntənəli an – diplom və sertifikatların təqdimatı idi. Bu sənədlər təhsil almağın və imtahanlardan keçməyin nəticəsidir. Və təbii ki, ANDOP İctimai Birliyinə üzvlüyün üstünlüklərindən danışdıq.

Bu, sadəcə məzuniyyət günü deyildi. Bu, yeni bilikli cəmiyyətin formalaşmasına atılan addım idi. ANDOP ailəsi böyüyür və bu, bizim üçün ən böyük qürur mənbəyidir.

Xarizma nədir? Xarizma təkcə gözəl görünmək deyil. Bu, özünəinam, qadın enerjisi, davranış, ünsiyyət və insanların yadda...
30/07/2026

Xarizma nədir?

Xarizma təkcə gözəl görünmək deyil. Bu, özünəinam, qadın enerjisi, davranış, ünsiyyət və insanların yaddaşında buraxdığın təəssüratdır.

Bəs müasir qadının xarizmasını formalaşdıran nədir? Kişilər qadınlarda həqiqətən nəyə diqqət edir? Estetik müdaxilələrin sərhədi haradadır? Daxili güc və sağlam həyat tərzi bu prosesdə hansı rolu oynayır?

Sizi incə rənglər və çox faydalı məlumatlarla dolu bir görüşə dəvət edirik. Maarifləndirici çıxışlar, maraqlı söhbətlər və ənənəvi səhər yeməyi ilə dolu bu görüşdə hər bir iştirakçı üçün xoş hədiyyə də nəzərdə tutulub.

🔥 Mövzu: Qadın kodu: xarizma, sağlamlıq və gözəllik
💃 Dress code: Sarınım və zeytunun bütün çalarları. Sarı və zeytun rəngində geyim və ya hər hansı aksesuar arzuolunandır

🎤 Spikerlər:

• Sevda Qafarova – Həkim - Nutrisioloq
👉 « Enerjili Qadının Qidalanma Sirri»

• Günay Fərəcova – MD PHD, Dermatoveneroloq
👉 «Gözəllikdə Tarazlıq. Müasir qadın üçün doğru estetik seçim»

• Şərəfət Şirinli, Klinik Psixoloq, Rebrain Academy təsisçisi
👉 «Qadının ən güclü silahı. Özünə inamın və daxili gücün formalaşması»

• Elmir Təhməzov, Uzman Psixiatr
👉 «Qadının Cazibəsi: Kişilər Əslində Nəyə Diqqət edir?»

🗓 23.08.2026
🕙 10:00–13:00
📍 Vətən Restaurant (Sea Breeze Resort)

Bəlkə də bu seminar həyatınıza başqa baxış gətirəcək.

👉 Qeydiyyat: DM və ya +994 50 207 36 77

Address

Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Academy of Nutrition, Dietetics and Obesity Prevention posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Academy of Nutrition, Dietetics and Obesity Prevention:

Shortcuts

Share