Oriqami QHT bildirir ki , Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Ağentliyinin 2024-ci il kiçik qrant müsabiqəsi çərçivəsində "Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar" layihəsini 01.08-31.10.2024-cü il tarixində icra etmişdir Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inşa olunmuş Oriqami Reabilitasiya Mərkəzində uşaqlara bu xidmətlər göstərilir : müalicəvi idman, psixoloq, er
qoterapiya, balneoterapiya ( müalicəvi bədən tərbiyəsi tətbiq olunmaqla hovuz kompleksi, müalicəvi vannalar), parafin aplikasiyası, masaj, psixoloji sərbəstlik - Sensor kabinet, əmək terapiyası, Art.Terapiya,loqoped xidməti, uyğunlaşma tədrisi, "Adeli" müalicəvi metodu, "Korvit" pəncə-dayaq yükü imitatoru, hissetmə-duyma qabiliyətinin inkişafı üçün taktil panno, müstəqil həyat vərdişləri və bacarıqların inkişafı üçün "Sosial Yarmarka" kompleksi, psixo-terapevtik oyun "Sand-play", anti-qravitasiya metodunun tətbiqi "Qross" trenajoru, hərəkətin terapiyası - ayaqlar və qollar "MotoMed" trenajoru.