Elektron Səhiyyə

Call Directions Website Contact the business

Elektron Səhiyyə http://e-sehiyye.gov.az
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Rəqəmsal Səhiyyə Mərkəzi

Dünya Səhiyyə Təşkilatı tərəfindən Elektron səhiyyəyə tibb müəssisələrində informasiya və telekommunikasiya texnologiyalarının istifadə edilməsi kimi geniş təyin verilmişdir. Tibbi-sanitar xidmətinin ən dinamik inkişaf edən istiqaməti olaraq, elektron səhiyyə ölkələrin səhiyyə sistemində olan bərabərsizliyi aradan götürən amillərdən biridir. Elektron səhiyyə tibbi-sanitar xidmətin istiqamətlərini əhatə edir:
insanların məlumatlarının saxlanılmasını, işlənilməsini və ötürülməsini;
müxtəlif kliniki, administrativ və maliyyə məlumatlarının idarə edilməsini;
Diaqnostika və müalicə mexanizmlərinin tibb mütəxəssislərinə çatdırılmasını;
Tibb işçiləri və tibb fakultələrinin tələbələri üçün fasiləsiz və interaktiv tibbi-sanitar kurslarınınin keçirilməsinin təmin edilməsini;
Çətin biotibbi muayinələrinin keçirilməsi

Sağlamlıq Portalı – sağlamlıq məlumatlarına vahid çıxış imkanıRəqəmsal xidmətlərin inkişafı çərçivəsində istifadəyə veri...
07/09/2026

Sağlamlıq Portalı – sağlamlıq məlumatlarına vahid çıxış imkanı

Rəqəmsal xidmətlərin inkişafı çərçivəsində istifadəyə verilən Sağlamlıq Portalı vətəndaşların tibbi xidmətlər və sağlamlıqla bağlı məlumatlara daha əlçatan şəkildə çıxışını təmin edir.

Portal vasitəsilə istifadəçilər:

🏥 Tibbi müəssisələr – tibb müəssisələri və onların xidmətləri haqqında məlumat əldə edə;
💊 Dərman vasitələri – dərmanlar barədə məlumatları nəzərdən keçirə;
💚 Apteklər – apteklər və onların yerləşmə ünvanları barədə məlumat əldə edə;
📚 Sağlamlıq məlumatları – tibbi və sağlam həyat tərzi ilə bağlı faydalı məqalələrlə tanış ola bilərlər.

Sağlamlıq Portalı – vətəndaşların sağlamlıq məlumatlarına əlçatanlığının və məlumatlılığının artırılmasına xidmət edən rəqəmsal platformadır.

🔗 sp.e-health.gov.az

Sağlamlığınız üçün lazım olan məlumat və rəqəmsal imkanlar bir platformada! 💙Sağlamlıq Portalı sağlamlığınızla bağlı məl...
07/08/2026

Sağlamlığınız üçün lazım olan məlumat və rəqəmsal imkanlar bir platformada! 💙

Sağlamlıq Portalı sağlamlığınızla bağlı məlumatlara, faydalı rəqəmsal alətlərə və səhiyyə xidmətlərinə rahat çıxış imkanı yaradır.

🔹 Yaxınlıqdakı tibb müəssisəsi və apteki xəritədə tapın
🔹 Dərman vasitələri haqqında məlumat əldə edin
🔹 Sağlamlıq göstəricilərinizi rəqəmsal alətlərlə qiymətləndirin
🔹 Simptomlarınızı ilkin olaraq yoxlayın
🔹 Sağlam həyat və xəstəliklərlə bağlı maarifləndirici məzmunları kəşf edin
🔹 Şəxsi Sağlamlıq Portalına təhlükəsiz şəkildə daxil olun

Sağlamlığınızla bağlı doğru məlumatı doğru ünvanda tapın.

🌐 Sağlamlıq Portalı:
https://sp.e-health.gov.az/

28 İyul- Ümumdünya Hepatit Günü.
28/07/2026

28 İyul- Ümumdünya Hepatit Günü.

📰 22 İyul – Milli Mətbuat GünüDəqiq, etibarlı və operativ informasiyanın cəmiyyətə çatdırılmasında mühüm rol oynayan büt...
22/07/2026

📰 22 İyul – Milli Mətbuat Günü

Dəqiq, etibarlı və operativ informasiyanın cəmiyyətə çatdırılmasında mühüm rol oynayan bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edirik.

Rəqəmsal dövrdə doğru məlumatın dəyərini birlikdə artıran hər kəsə təşəkkür edir, peşə fəaliyyətinizdə uğurlar arzulayırıq.

22 İyul – Milli Mətbuat Günü mübarək!

Sağlamlıq Portalı vətəndaşların səhiyyə sahəsində etibarlı və aktual məlumatlara vahid platforma üzərindən rahat çıxışın...
21/07/2026

Sağlamlıq Portalı vətəndaşların səhiyyə sahəsində etibarlı və aktual məlumatlara vahid platforma üzərindən rahat çıxışını təmin edir.

Portal vasitəsilə tibb müəssisələri, apteklər və dərman vasitələri haqqında məlumat əldə edə, sağlam həyat tərzinin təşviqinə xidmət edən maarifləndirici materiallarla tanış ola, xəstəliklər, insan orqanizmi və səhiyyə xidmətlərindən istifadə qaydalarına dair faydalı məlumatlardan yararlana bilərsiniz.

Sağlamlığınızla bağlı etibarlı məlumatları kəşf etmək üçün Sağlamlıq Portalına daxil olun.

🌐 sp.e-health.gov.az

Tibbi Rəqəmsal Əkiz Sistemi pasiyentin sağlamlıq məlumatlarının rəqəmsal mühitdə modelləşdirilməsini təmin edərək diaqno...
01/07/2026

Tibbi Rəqəmsal Əkiz Sistemi pasiyentin sağlamlıq məlumatlarının rəqəmsal mühitdə modelləşdirilməsini təmin edərək diaqnostika və müalicə proseslərinin daha dəqiq, operativ və fərdiləşdirilmiş şəkildə həyata keçirilməsinə imkan yaradır.
Bu innovativ yanaşma səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, risklərin erkən müəyyənləşdirilməsinə və tibbi qərarların effektivliyinin artırılmasına xidmət edir.

26 İyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür.
25/06/2026

26 İyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür.

17 İyun- Tibb İşçilərinin Peşə Bayramı Günüdür.  ̇yuntibbi̇şçilərininpeşəbayramıgünü
17/06/2026

17 İyun- Tibb İşçilərinin Peşə Bayramı Günüdür.

̇yuntibbi̇şçilərininpeşəbayramıgünü

15 İyun - Milli Qurtuluş Günü.    ̇yun
14/06/2026

15 İyun - Milli Qurtuluş Günü. ̇yun

Tibbi Rəqəmsal Əkiz Sistemi artıq istifadədədir!Sağlamlıq məlumatlarınızın vahid rəqəmsal mühitdə toplanması, idarə olun...
11/06/2026

Tibbi Rəqəmsal Əkiz Sistemi artıq istifadədədir!

Sağlamlıq məlumatlarınızın vahid rəqəmsal mühitdə toplanması, idarə olunması və təhlükəsiz şəkildə əlçatan olması üçün yaradılan Tibbi Rəqəmsal Əkiz Sistemi vətəndaşlara səhiyyə xidmətlərindən daha rahat və səmərəli istifadə imkanı yaradır.

Sistem vasitəsilə tibbi məlumatlarınızı izləyə, sağlamlıq tarixçənizə çıxış əldə edə və müxtəlif elektron səhiyyə xidmətlərindən faydalana bilərsiniz.

📱 Mobil tətbiqi yükləyin və sağlamlığınızı rəqəmsal şəkildə idarə edin.

Tibbi Rəqəmsal Əkiz Sistemi – fərdi sağlamlıq məlumatları vahid məkanda.

Address

Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124313828

Alerts

Be the first to know and let us send you an email when Elektron Səhiyyə posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Elektron Səhiyyə:

Shortcuts

Share