Guiding Star

Guiding Star Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Guiding Star, Baku.

Добро пожаловать на страничку индивидуальных гороскопов. Ваш индивидуальный гороскоп это не просто ваша характеристика, но и руководство к действию. Гороскоп поможет вам понять себя, свои действия и поступки в определенных жизненных ситуациях, так же, гороскоп на близкого вам человека поможет понять, что движет его/ее решениями, вы поймете, как лучше себя вести основываясь на характеристику того,

кто вам дорог. Так же возможно составить гороскоп совместимости на супружеские пары. Вы можете, также, заказать подарочный гороскоп в виде брошюры. Стоимость индивидуального гороскопа -15 АЗН (в случае высылки на мейл) и 20 АЗН (в виде брошюры).

24/09/2025

Uran bürcünü dəyişib! Növbəti 8 il ərzində həyatınızın hansısa bir sahəsində qəfil dəyişikliklər baş verəcək. Hansı sahəsində? Onu videoda izləyin ✨

Horary nədir? İstənilən suala cavab. Yeganə seansdır ki, doğum tarixi və saatı tələb olunmur. Həmçinin, öncədən yazılıb,...
23/09/2025

Horary nədir?

İstənilən suala cavab.

Yeganə seansdır ki, doğum tarixi və saatı tələb olunmur.
Həmçinin, öncədən yazılıb, 1-2 ay gözləmək də lazım deyil.

Bu nə möcüzədir belə?
Sizin fikrinizdə sual yaranarkən, kainatda bu sualın cavabı artıq mövcuddur. Astroloqa sualınızı və sualın yaranma saatını deyərkən, o, həmin anın xəritəsində cavabı tapa bilir. Beləliklə, demək olar ki, horary- sualın doğum xəritəsidir.

Bu üsulla hə/yox cavabları almaq, və hətta itmiş əşyaları tapmaq mümkündür.

Bu seans sürətli və qısa olsa da, dərin biliklər və geniş təcrübə tələb edir -horary xəritəsinin incəlikləri çoxdur.

Təlimdə belə, bu sonuncu pillədir.
Sualınız var?
Cavabını astroloq bilir!

Niyə məhz mən sizin problemlərinizin həllində kömək edə bilərəm? Astrologiyada çox zəngin təcrübəm var - 30 ildən artıq....
16/09/2025

Niyə məhz mən sizin problemlərinizin həllində kömək edə bilərəm?

Astrologiyada çox zəngin təcrübəm var - 30 ildən artıq. Onlarla deyil, yüzlərlə deyil, minlərlə məmnun müştərilərim var.
Öz həyatımı astrologiyanın köməyi ilə istədiyim kimi qura bilmişəm - pul qazanıram, ev, maşın almışam, xoşbəxt ailə qurmuşam, missiyamı reallaşdırıram.
Astrologiyaya praktik yanaşıram. Təkcə doğum xəritəsini təhlil edib, insanın xasiyyətini təsvir etməklə, və ya bürclərə görə proqnoz verməklə qənaətlənmirəm. Astrologiyadan fayda götürmək üsullarını bilirəm və sizə də yol göstərirəm.
Astrologiyanı falçılıq dərəcəsinə endirmirəm. Bu elm fal deyil, tarot deyil, baxıcılıq deyil! Astrologiya - kralların və padşahların elitar idarəetmə yoludur. Mən öz peşəmə məhz belə yanaşıram.
Daima öz üzərimdə çalışıram. Belə zəngin təcrübəm olmasına və özüm artıq təlimlər müəllifi olduğuma baxmayaraq, hər zaman yeni təlimlər keçirəm, astrologiyaya yeni bucaqdan baxmağa çalışıram. Məsələn, tezliklə seanslarıma numeroloji təhlil də qatacağam.
Bəs mənə müraciət edib, fayda görməyə bilərsinizmi?
Bəli, lakin yalnız bir halda: seansda verilən tövsiyyələrə əməl etmədikdə.

Bu şəkil 2021-ci ildə çəkilib. O gündən, ailəmdə gözəl qadınların (kişilərin də, amma bu gün qadınlarsan danışırıq) sayı...
08/03/2025

Bu şəkil 2021-ci ildə çəkilib. O gündən, ailəmdə gözəl qadınların (kişilərin də, amma bu gün qadınlarsan danışırıq) sayı artıb, və ümidvaram ki, daha da artacaq. 8 mart bayramı mənim üçün ilk növbədə doğmalarımla keçirmək istədiyim bir gündür. Əziz xanımlar, bu gün hər birinizə arzu edirəm ki, sevdiyiniz insanlar yanınlzda olsun. Bayramınız mübarək! #8марта💐

Dolça - gələcəkdən gələn qonaq. ♒️Ətrafınızda Dolçalar varsa, onları diqqətlə dinləyin - bəlkə də gələcək haqqında yeni ...
02/03/2023

Dolça - gələcəkdən gələn qonaq. ♒️

Ətrafınızda Dolçalar varsa, onları diqqətlə dinləyin - bəlkə də gələcək haqqında yeni məlumat öyrəndiniz. 💭

Dolçalar həqiqətən də elə bil gələcəkdən təşrif buyuran qonaqlarımızdır.🌠

Bürcün əsas xüsusiyyətləri:

• Müstəqillik tələbatı (onlara təzyiq göstərməyə heç çalışmayın);
• Yeni və naməlum hər şeyə böyük maraq;
• Eksentriklik və orijinallıq (onlar digər insanlardan seçilirlər);
• Gözlənilməz hərəkətlər (beş dəqiqə sonra onların nə edəcəkləri heç vaxt bilinmir);
• Dostluq onlar üçün ailə münasibətlərindən daha dəyərlidir.

Bu bürc dünyaya ən çox ixtiraçılar, yeni torpaqları kəşf edənlər və fantastika yazıçılarını bəxş edib.
Təkcə Galileo Galiley nəyə desəniz dəyər! 🤩

Bəlkə də bu ona görədir ki, Dolçalar bizim aramızda deyil, öz xüsusi dünyalarında yaşayırlar. 🌍

Onlar üçün dünya maraqlı, həyəcanverici sirlər toplusudur. 🪄
Buna görə də, gözləməyin ki, Dolçaya bütün dünyanı əvəz edə biləcəksiniz.☝🏻

Oğlaq - məqsədə doğru gedən yol.♑️Bu il Oğlaqlar barədə post yaman gecikdi, dəqiqlik sevən oğlaqlar görəsən bunu mənə ne...
22/02/2023

Oğlaq - məqsədə doğru gedən yol.♑️

Bu il Oğlaqlar barədə post yaman gecikdi, dəqiqlik sevən oğlaqlar görəsən bunu mənə necə bağışlayacaqlar?😇
Naminə 24/7 çalışdığınız məqsədiniz yoxdursa, heç Oğlaqların gözünə görünməyin. 🙅🏻‍♀️
Bekarçılığı qəti qəbul etmirlər. Hansısa bir işin mükəmməl yerinə yetirilməsini istəyirsinizsə, onu Oğlaq bürcünə həvalə edin. 😉

Lakin məlum olsa ki, tanıdığınız bütün Oğlaqlar sizdən daha yüksək vəzifə tuturlar və özləri tapşırıq verirlər, heç təəccüblənməyin.☝🏻

Bürcün əsas xüsusiyyətləri:

• Bu dünyaya çox ciddi baxış;
• Astagəllik (lakin aldanmayın - yavaş addımlarla Oğlaqlar məqsədə sizdən əvvəl çata bilərlər);
• Məsuliyyət (hətta deyə bilərik ki, bu, ən məsuliyyətli bürcdür);
• Bir qədər quru insan təəsüratı bağışlayırlar;
• Yüksək sosial statusa və maddi sərvətə hörmət;
• Tənhalıqdan qorxmamaq və özünə güvənmək;
• Nadir hallarda gülümsəmək (Saturn sanki bütün dünyanın fikrini onların çiyinlərinə yükləyib);
• Perfeksionistlik (beş ballıq sistem üzrə “on” qiyməti versəniz belə, onlar özləri ən yaxşı halda üç qiyməti verəcəklər);
• Bir sıra dəyərli və gözəl xüsusiyyətlərini zəiflədən onların bəzən cansıxıcı olmaqlarıdır.

Oğlaq sabitlik tərəfdarı olsa belə, dayanmadan irəliyə addımlamaq və yüksəlmək onların varlığının əsas hissəsidir. 🙌🏻

Oğlaqların yolunda durmağa heç çalışmayın.😉

Astrologiyanın mənə faydası nə olub?🌌Bu sualı mənə bir neçə gün oncə izləyicim verdi, və məncə, cavabını sizinlə bölüşmə...
22/11/2022

Astrologiyanın mənə faydası nə olub?🌌

Bu sualı mənə bir neçə gün oncə izləyicim verdi, və məncə, cavabını sizinlə bölüşməyə dəyər. 💭

Bildiyiniz kimi, mən 11 yaşından astrologiya ilə məşğulam – gələn il təcrübəmin 35 illik yubileyini qeyd edəcəm.🥰

Bəs bu 35 ildə astrologiya köməyi ilə qazandığım nə olub?

1. İnsanları daha yaxşı tanımaq. Hər yeni tanışdan onun ad gününü öyrənib, doğum xəritəsinə və ya kosmoqramına baxırdım. Ətrafdakılar ah çəkib, üzlərini çevirirdilər. Mən isə hər yeni tanışdan nəyi gözləyə biləcəyimi anlayırdım. 😉

2. Həyat periodlarımı nəzərə alaraq, planları düzgün qurmaq.✍🏻 Konsultasiyalarda tez-tez rast gəldiyim, insanların həyatlarına daxil olan enerjiləri nəzərə almadan hərəkət edib, problem qazanmaqlarıdır.⚡️

3. Mənə uyğun peşə və hobbi seçdim. Və bu seçimimdə çox xoşbəxtəm. 🥰

4. Maddi gəlirim gün gündən artır. 💸

5. Səyahətlərimi düzgün planlaşdırıram. 📝
Həyatımda bir dəfə neqativ enerji istiqamətində məndən asılı olmayan səbəblərdən səyahət etmişəm, heç kimə arzu etmərəm)

6. Evladlarımı düzgün istiqamətləndirmişəm. 👩‍👧‍👧

7. “Xruşovka” mənzili 4 otaqlı yeni tikiliyə dəyişdim.🏡

8. Və daha nələr, nələr ))

Əlbəttə, astrologiya tam problemsiz həyat zəmanəti deyil, bu bir həyat sığortasıdır.

Astrologiya ilə siz yıxıla bilərsiz, lakin əzilməyəcəksiniz!🙌🏻
Və ən əsası, unutmayın ki, konsultasiyanın faydası astoloqun tövsiyyələrini yerinə yetirməyinizə bağlıdır!☝🏻

Əqrəb – özünü sancan iynə. 🦂Nəhayət ki, əqrəblər barədə post gəldi!👏🏻Ən mistik bürc olan əqrəb, həm də ən çox mübahisəyə...
13/11/2022

Əqrəb – özünü sancan iynə. 🦂

Nəhayət ki, əqrəblər barədə post gəldi!👏🏻

Ən mistik bürc olan əqrəb, həm də ən çox mübahisəyə və dedi-qoduya səbəbdir. 💭

Bürcünün təsviri ilə ən çox döymə vurduran hansı bürcdür, bilirsiniz❓Bu, özünə vurğun Şirlər deyil, məhz Əqrəblərdir.⚠️♏️

Onlar bütün addımlarının izahını bürclərinin Əqrəb olması ilə izah edirlər. Biz onları dəlicəsinə sevirik və eləcə də onlara nifrət edirik. ❤️💔

Və bu, Əqrəblərin hər saat, hər dəqiqə yaşadıqları hissləri əks etdirir.

‼️Bürcün əsas xüsusiyyətləri:

• Niyyətlərini gizli saxlamaq;
• İntuisiya (onlardan heç nə gizlədə bilməyəcəksiniz);
• İradə (nəyin bahasına olursa-olsun, istədiklərinə nail olacaqlar);
• Sahib olduqlarını heç vaxt əldən verməzlər;
• Emosionallıq (onların yaşadıqları bütün hisslər ikiyə vurulmuşdur);
• Başqalarını sancmağa çalışaraq, adətən özlərini sancırlar (ümumiyyətlə, özünü qınamağı Əqrəblər icad edib);
• Kin saxlamaq (onlar onilliklər boyu qəlblərində kin daşıya bilərlər);
• Özlərinə dəyər vermək (axı, ağıl və emosiyalar onlarda gözəl tarazlaşdırılıb);
• Sadiq dostdurlar, lakin, vay o gündən ki, düşməninizə çevrilsinlər.

Əqrəblər həyatda bütün qərarları özləri verir. ☝🏻Başqa insanların təsiri altına digər bürclərdən daha az düşürlər. 🙌🏻Bunu hətta onları digər insanlardan fərqləndirən, dərin, mistik baxışlarından belə anlamaq olar.

Ad gününüz mübarək, Əqrəblər!🎉🎂🥳

Ну что, готовы к осеннему ретриту? 🍂Мы приготовили для вас программу, от которой нельзя отказаться!💯💣Сейчас самое время,...
25/09/2022

Ну что, готовы к осеннему ретриту? 🍂

Мы приготовили для вас программу, от которой нельзя отказаться!💯💣

Сейчас самое время, чтобы повысить энергию, подготовиться к зиме и освободиться от стресса! ‼️

И.. пора подумать о любви! ❤️

1-2 октября, вместе с командой мы будем прокачивать именно эту тему!

▫️Разберем тему энергий с психологом,
▫️Узнаем, где искать любовь по натальной карте рождения (лично просчитаю каждой участнице),
▫️Рассчитаем свою матрицу на поиск партнера,
▫️Проведем аромадиагностику с помощью эфирных масел,
▫️Рассчитаем свою идеальную массу тела с нутрициологом,
▫️Раскроем женскую энергию в танце с энергокоучем,
🔺А в виде роскошного бонуса посетим хамам с использованием органической косметики .😍

Все это пройдет в замечательном отеле Lenkoran.📍

Чтобы записаться и занять место на ретрите, пишите мне в дайрект!💌
Буду рада видеть каждую из вас!🥰

Tərəzi – dəqiq ölçü♎️Həqiqətən, bu bürc haqqında deyilə biləcək əsas şey onun adında gizlənib. Tərəzi! Heç bir bürc onun...
23/09/2022

Tərəzi – dəqiq ölçü♎️

Həqiqətən, bu bürc haqqında deyilə biləcək əsas şey onun adında gizlənib. Tərəzi!

Heç bir bürc onun adını bu qədər mükəmməl əks etdirmir!⚖️

Onlar sözlərini, hərəkətlərini ölçüb-biçirlər və adətən qərar verməkdən öncə, bir neçə addım irəli düşünürlər. 💭

Bu, onların daxili tərəzilərinin tarazlıqda olması üçün vacibdir - natarazlıq onları çox narahat edir.😵‍💫

Bürcün əsas xüsusiyyətləri:

• Bir o qədər də emosional insan deyillər. Unutmayın ki, yeganə cansız bürc – məhz tərəzidir;
• Gözəlliyə ən yüksək dəyər verirlər;
• Tərəddüd etməyə meyllidirlər. Lakin, qarşılarına məqsəd qoyaraq, ona doğru dəqiq hesablanmış addımlarla gedirlər;
• Dəyişkən ola bilərlər;
• Adətən, zövqlü insan olurlar - Tərəzi bürcü altında bir çox dizayner və memar doğulub, lakin, təəssüf ki, bu zövq onlara həyatda düzgün insanları seçməkdə kömək olmur;
• Həyatlarında harmoniya böyük əhəmiyyət kəsb edir. Bu, həm qonaq otağında olan divan ilə divar kağızının uyğunlaşmasına, həm də şəxsi münasibətlərə aiddir.
Axı onların daxili tarazlığa ehtiyacları var!

Və ən əsası: onları seçim qarşısında qoymayın. Bu onlara qarşı edə biləcəyiniz ən qəddar hərəkətdir.🙄

Tərəzilər, ad gününüz mübarək!🎉🎂🥳

Address

Baku
AZ1025

Website

Alerts

Be the first to know and let us send you an email when Guiding Star posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Guiding Star:

Share