Endokrin Merkez

Endokrin Merkez Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Endokrin Merkez, Medical Service, Narimanov ray, Baku.

«Endokrin Mərkəz» tibb mərkəzində Qalxanabənzər vəz, Ur (Zob), Düyünlü ur, Tireoidit, Şəkərli Diabet, hormonal pozğunluq nəticəsində yaranan xəstəliklərin müayinə və müalicəsi aparılır.

📢 VAKANSİYA ELANIEndokrin Mərkəzə xadimə tələb olunur.İşində məsuliyyətli, səliqəli və təmizliyə diqqətli xanımlar işə d...
22/05/2026

📢 VAKANSİYA ELANI

Endokrin Mərkəzə xadimə tələb olunur.
İşində məsuliyyətli, səliqəli və təmizliyə diqqətli xanımlar işə dəvət olunur. Təmizlik və ümumi nizam-intizamın qorunmasına nəzarət edəcək əməkdaş axtarılır.

📍 İş yeri: Endokrin Mərkəz
🕒 İş qrafiki: 09:00-17:00
💰 Əmək haqqı: Razılaşma yolu ilə

Namizədə tələblər:
✔️ Səliqəli və məsuliyyətli olmaq
✔️ Komandada işləmək bacarığı
✔️ Təmizlik işlərində təcrübə arzuolunandır
✔️ Verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək
Vəzifələr: 🔹 Otaqların və ümumi sahələrin təmiz saxlanılması
🔹 Gündəlik təmizlik işlərinin yerinə yetirilməsi
🔹 İş mühitində gigiyena qaydalarına əməl olunması

İş axtaran və uyğun namizədlər müraciət edə bilərlər. Ətraflı məlumat üçün əlaqə saxlayın.

Xolesterin analizi nədir və niyə vacibdir?Xolesterin – bədənimiz üçün zəruri olan, lakin normadan artıq olduqda ciddi ri...
27/04/2026

Xolesterin analizi nədir və niyə vacibdir?
Xolesterin – bədənimiz üçün zəruri olan, lakin normadan artıq olduqda ciddi risklər yaradan yağabənzər maddədir. Onun səviyyəsini yoxlamaq üçün edilən analiz isə sağlamlığınızı qorumağın ən sadə yollarından biridir.

📊 Xolesterin analizi nəyi göstərir?

Bu analiz qanda müxtəlif lipid göstəricilərini müəyyən edir:
• Ümumi xolesterin
• “Pis” xolesterin (LDL)
• “Yaxşı” xolesterin (HDL)
• Triqliseridlər

❤️ Niyə vacibdir?

Yüksək xolesterin səviyyəsi ürək-damar xəstəlikləri, infarkt və insult riskini artırır. Problem ondadır ki, çox vaxt heç bir əlamət vermir.

Biopsiya haqqında doğru bilinən yanlışlar ❗️🔸 “Biopsiya xərçəngi yayır” – YANLIŞBiopsiya təhlükəsiz prosedurdur və xərçə...
22/04/2026

Biopsiya haqqında doğru bilinən yanlışlar ❗️

🔸 “Biopsiya xərçəngi yayır” – YANLIŞ
Biopsiya təhlükəsiz prosedurdur və xərçəngin yayılmasına səbəb olmur.

🔸 “Hər düyünə biopsiya lazımdır” – YANLIŞ
Bütün düyünlər biopsiya tələb etmir. Qərar USM və risk göstəricilərinə görə verilir.

🔸 “Biopsiya çox ağrılıdır” – YANLIŞ
İncə iynə ilə aparılır, adətən minimal narahatlıq yaradır.

🔸 “Biopsiyadan sonra mütləq əməliyyat lazımdır” – YANLIŞ
Əksər hallarda nəticə xoşxassəli olur və sadəcə nəzarət kifayət edir.

📌 Unutmayın: Biopsiya şübhəli halları dəqiqləşdirmək üçün vacib və etibarlı müayinə üsuludu.

Hörmətli pasiyentlərimiz və dəyərli həmvətənlərimiz! 🎉✨Sizi qarşıdan gələn Yeni il 🎄 və 31 Dekabr – Dünya Azərbaycanlıla...
31/12/2025

Hörmətli pasiyentlərimiz və dəyərli həmvətənlərimiz! 🎉✨
Sizi qarşıdan gələn Yeni il 🎄 və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 🇦🇿 münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Yeni ilin hər birinizə möhkəm can sağlığı 💪, ailə səadəti 🤍, uğur 🌟 və rifah 🕊️ gətirməsini arzulayırıq. Qoy 2026-cı il həyatınıza ümid, sevinc və müsbət dəyişikliklər bəxş etsin! ✨
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü isə milli birliyimizin, həmrəyliyimizin və gücümüzün rəmzidir 🇦🇿🤝. Harada yaşamağımızdan asılı olmayaraq, bizi birləşdirən dəyərlər daim qəlbimizdə yaşasın 🤍.
Endokrin Mərkəz Klinikası olaraq yeni ildə də sağlamlığınızın keşiyində dayanmaqdan qürur duyuruq 🩺🤍.
Bayramınız mübarək olsun! 🎊🎁
Hörmətlə,
Endokrin Mərkəz Klinikası

29/12/2025
🩸 Diabet nədir?Diabet – qanda şəkərin normaldan yüksək olması ilə gedən xroniki bir maddələr mübadiləsi xəstəliyidir. Sə...
09/12/2025

🩸 Diabet nədir?

Diabet – qanda şəkərin normaldan yüksək olması ilə gedən xroniki bir maddələr mübadiləsi xəstəliyidir. Səbəb bədənin insulin hormonu ilə bağlı problem yaşamasıdır:

🔹 Ya insulin az ifraz olunur (1-ci tip)
🔹 Ya da bədən insulinə düzgün cavab vermir (2-ci tip – insulin müqaviməti)

Əsas əlamətlər

• Tez-tez susamaq
• Tez-tez sidiyə getmək
• Yorğunluq
• İştah artsa da arıqlamaq
• Ayaq və əllərdə uyuşma

Niyə vacibdir?

Nəzarətsiz diabet ürək, böyrək, göz və sinir sisteminə zərər verə bilər.
Vaxtında aşkarlanması və düzgün qidalanma ilə nəzarətdə saxlamaq mümkündür.

Unutma: Kiçik dəyişikliklər belə böyük nəticələr verir. 🩺🌿

⭕️TSH Hormonu Nədir?TSH (Tiroid Stimullaşdırıcı Hormon) – hipofiz vəzindən ifraz olunan və qalxanvari vəziyə “işləmək əm...
02/12/2025

⭕️TSH Hormonu Nədir?

TSH (Tiroid Stimullaşdırıcı Hormon) – hipofiz vəzindən ifraz olunan və qalxanvari vəziyə “işləmək əmri” verən əsas hormondur. TSH səviyyəsi tiroidin nə qədər hormon istehsal etdiyini tənzimləyir.

⭕️TSH Niyə Vacibdir?

TSH analizinin nəticəsi tiroid vəzinin fəaliyyətini qiymətləndirməyin ən həssas üsullarından biridir.
TSH yüksəkdirsə – tiroid az işləyir (hipotiroidizm).
TSH aşağıdırsa – tiroid həddindən çox işləyir (hipertiroidizm).

⭕️Simptomlar Nə Ola bilər?

Yorğunluq
Soyuğa dözümsüzlük
Çəki artımı
Saç tökülməsi
Depressiya
Ürək döyüntüləri
Narahatlıq
Arıqlama
Əllərdə titrəmə

⚠️İsti basmasıTSH hormonunun balansı orqanizmin enerji səviyyəsi, maddələr mübadiləsi və ümumi hormon sistemi üçün çox vacibdir. Vaxtında analiz və düzgün müalicə tiroidlə bağlı bir çox problemi erkən aşkar etməyə kömək edir.
Tövsiyə edir ki, ildə ən azı 2 dəfə TSH analizi vermək sağlamlığınız üçün faydalıdır.

🔷 Ağır İş və Stress Hormon Sistemini Necə Pozur?Uzun iş saatları, məsuliyyət yükü və davamlı gərginlik bədəni xroniki st...
26/11/2025

🔷 Ağır İş və Stress Hormon Sistemini Necə Pozur?

Uzun iş saatları, məsuliyyət yükü və davamlı gərginlik bədəni xroniki stress vəziyyətində saxlayır. Bu hal yalnız psixoloji deyil, hormon sisteminə birbaşa təsir göstərir və zamanla müxtəlif sağlamlıq problemləri yaradır.

🔶 1. Kortizolun yüksəlməsi

Stress zamanı kortizol davamlı yüksək qalır. Bu isə:

qarın bölgəsində yağlanma,

yuxu pozuntusu,

şəkər istəyinin artması
kimi problemlərə səbəb olur.

🔶 2. Tiroid fəaliyyətinin zəifləməsi

Xroniki stress T4-dən T3-ə keçidi azaldır və maddələr mübadiləsini ləngidir. Nəticədə:

kilo alma,

yorğunluq,

soyuğa dözümsüzlük
kimi əlamətlər yaranır.

🔶 3. İnsulin və enerji mübadiləsinin pozulması

Stress qanda şəkəri yüksəldir, buna cavab olaraq insulin artır və zamanla insulin dirənci inkişaf edə bilər. Bu da çəki idarəsini çətinləşdirir.

🔶 4. Cinsi hormonlara təsir

Uzunmüddətli stress qadınlarda menstrual pozuntulara, prolaktin artımına; kişilərdə testosteron azalmasına gətirib çıxarır.

🔶 5. Yuxu–hormon dövrünün pozulması

Melatonin azalır, leptin-ghrelin balansı dəyişir və axşam aclıq hissi artır.

🌿 Qalxanvari vəzin USM müayinəsi – sağlamlığınız üçün vacib addım! 🌿Qalxanabənzər vəz bədəninizin hormonal tarazlığını, ...
12/11/2025

🌿 Qalxanvari vəzin USM müayinəsi – sağlamlığınız üçün vacib addım! 🌿

Qalxanabənzər vəz bədəninizin hormonal tarazlığını, maddələr mübadiləsini və enerji səviyyəsini idarə edir. Onun fəaliyyətindəki hər bir dəyişiklik sağlamlığınıza birbaşa təsir göstərir.

🔍 USM müayinəsi bu vəzin vəziyyətini qiymətləndirməyin ən sadə, təhlükəsiz və ağrısız üsuludur.

✨ USM müayinəsi ilə müəyyən olunur:
✅ Qalxanvari vəzin ölçüsü və quruluşu
✅ Düyün və kistaların olub-olmaması
✅ İltihabi və ya şiş proseslərinin aşkarlanması
✅ Müalicə nəticələrinin izlənməsi

🩺 Niyə vacibdir?
Çünki xəstəlikləri erkən mərhələdə aşkarlamaq, daha effektiv müalicə aparmağa imkan verir.
Profilaktik məqsədlə ildə bir dəfə USM müayinəsindən keçmək tövsiyə olunur.

📍 Endokrin Mərkəzi
📌 Ünvan: Nərimanov rayonu, Həsənoğlu küçəsi 4A
📞 Əlaqə nömrələri: 050 210 23 44 | 070 210 23 44

Sağlamlığınız bizim üçün önəmlidir!

8 Noyabr – Azərbaycanın müasir tarixində ən şanlı səhifələrdən biridir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşad...
08/11/2025

8 Noyabr – Azərbaycanın müasir tarixində ən şanlı səhifələrdən biridir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz düşmən üzərində parlaq qələbə qazandı, ərazi bütövlüyümüz bərpa olundu. Bu zəfər xalqımızın birliyinin, ordumuzun qüdrətinin, dövlətimizin gücünün göstəricisidir. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə minnətdarlığımızı bildiririk.Qoy üçrəngli bayrağımız hər zaman Qarabağ səmasında dalğalansın! 🇦🇿🕊️

Address

Narimanov Ray
Baku
22241

Alerts

Be the first to know and let us send you an email when Endokrin Merkez posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Endokrin Merkez:

Share