30/05/2017
Xroniki Öskürək
Uşaqlarda xronik öskürək sıx qarşılanan bir problem olub, ən cox həkimə müraciət və dərman qəbulu səbəblərindən biridir. Öskürək normal tənəffüs fiziologiyasının bir hissəsi olub , tənəffüs yollarını epitel artıqlarından , yad cisimlərdən qoruyan önəmli bir qorunma mexanizmidir.
Uşaqlarda öskürək davam etmə müddəti ,yaranma səbəbi , xarakterinə görə sinifləndirilməlidir.ACCP (Amerika College of Chest physicians) tərəfindən 4 həftədən uzun sürən öskürək xronik öskürək , BTS (British Thoracic Societes )tərəfindən isə 8 həftədən uzun sürən öskürək xronik öskürək olaraq tanınır.
Xronik öskürəkdə sorulması vacib olan nöqtələr aşagıdakılardır:
Öskürəyin başlanğıc yaşı :Yaş nə qədər kiçikdirsə anadangəlmə tənəffüs yollarının tam formalaşmaması ethimalı ,aspirasiona (tənəffüs yollarının tıxanıqlığı ) meyillilik yaradan faktorlar araşdırılmalıdır.
Öskürəyin xarakteri: Böyüklərdən fərqli olaraq uşaqlarda bəzi xarakterik öskürəklər həkimlərə diaqnoz qoymağa kömək edir.Öskürəyin gecə və ya gündüz olması, yuxu və ya yeməklə əlaqədar olması , qıcıqlandırıcıların məlum olması diaqnoz qoymaqda yardımcıdır.
Məs: bronxial astma üçün tipik olan öskürəklərdə allergenlər ,siqaret tüstüsü , virus infeksiyaları kimi faktorlar əsas rol oynayır.
Yeməkdən sonra ilk saatlarda başlayan və yatarkən artan öskürək qastroezofageal ( mədə qida borusu ) reflüksüna bağlı ola bilər.
Bu və ya digər səbəbli xronik öskürəkdən əziyyət çəkən uşaqların ixtisaslaşmış doktorlar tərəfindən düzgün dəyərləndirilməsi vacib şərtdir.