21/11/2023
KERATİN NANO PREMİUM
*Həmin gün yuyulur.
*8 aya kimi qalıcılıq.
*Bütün tipli saçlar üçün.
*Braziliya istehsalı.
*100% original.
SAÇ DÜZLƏŞDİRİLMƏ PROSEDURUN İSTİFADƏ QAYDASI:
1. Saçları 3 dəfə Dərin Təmizləyici Şampunla yuyun. 3-cü dəfə 5 dəqiqə saçda saxlayın və sonra yaxşı-yaxşı yaxalayın.
2. Sonra fen havası ilə saçı 100%-ə kimi qurudun.
3. Saçları dörd hissəyə bölün. Bir boya fırçası ilə baş dərisindən 2 sm. uzaqlaşaraq Keratini saçlara tətbiq edin. Keratini boya fırçası ilə bir istigamətdə (yuxaridan-aşağıya) saçlara çəkin. Keratinin saçlarda qalan hissəsini narın daraqla çıxarın və yenidən qalan digər saçlara çəkin.
4. Keratini 30 dəqiqəyə kimi saçda saxlayın.
5. Sonra fen havası ilə saçları tam qurudun.
6. Professional ütüdən istifadə etmək məsləhətdir. Saçların strukturundan aslı olaraq (tam quruyanadək) saçları ütü ilə qurudun. 210°C - 230°C dərəcəyə kimi. 410°F - 446°F
7. Saçların soyumasına vaxt verin (30 dəqiqə).
8. Sonra saçları sulfatsız şampunla bir dəfə yuyun.
9. Saçları dəsmalla qurulayıb, baş dərisindən uzaqlaşaraq BTX Maskasını cəkin. Saçları daraqla darıyaraq. Maska 15-20 dəqiqə saçda qalandan sonra, su ilə saçları yaxalayın. (şampun olmadan)
10. Saçları hava feni ilə 100%-ə kimi qurudub, istənilən formanı verin.
11. Saçlara qulluq zamanı sulfatsız şampun və maskadan itifadə etmək məsləhətdir.
Prosedur təcrübəsi olan saç ustası tərəfindən edilməlidir. Məhsullar peşəkardır və salonlar üçün nəzərdə tutulub. Hamilə və əmizdirən qadınlara, allergiyası olan insanlara prosedur tövsiyə edilmir.