Reabilitoloq Elvin Masaj Terapevt

Reabilitoloq Elvin Masaj Terapevt Sümük, əzələ və sinir xəstəliklərinin ağrı və travmaların bərpa və müalicəsin edirik Reabilitoloq Elvin

12/04/2026

Bizimlə əlaqə: 055-635-35-20 . 🧘 🇦🇿 🌍

27/03/2026

Uşaqlarda Onurğa Deformasiyalarının Terapevtik Masajla Korreksiyası
​Onurğa sütununun patoloji əyrilikləri (skolioz, kifoz, lordoz) zamanı əzələ sistemi qeyri-bərabər gərginliyə məruz qalır. Bu vəziyyətdə tətbiq edilən terapevtik masaj, sadəcə relyaksasiya deyil, birbaşa müalicəvi müdaxilədir.
​Terapevtik masajın əsas funksiyaları:
✅ Əzələ balansının bərpası: Gərgin (hipertonus) əzələləri boşaldır, zəifləmiş əzələləri isə tonusa gətirərək onurğanı stabil saxlayır.
✅ Qan dövranının bərpası: Onurğa ətrafındakı toxumaların qidalanmasını yaxşılaşdıraraq deformasiyanın proqressivləşməsinin qarşısını alır.
✅ Peşəkar terapevtik yanaşma, uşağınızın gələcəkdə daxili orqan problemləri və xroniki ağrılar yaşamaması üçün ən effektiv müalicədir.
​📍 Klinik yanaşma və fərdi reabilitasiya planı üçün müraciət edə bilərsiniz.
​📩 Qeydiyyat və əlaqə: 055-635-35-20.

18/03/2026

Bizimlə əlaqə: 055-635-35-20 .
🧘

🇦🇿
🌍

16/03/2026
Bud-çanaq oynağının displaziyası –Bud-çanaq oynağı inkişafının pozulmasıdır. Bunun əsas səbəbi oynağın “bud” komponentin...
05/04/2025

Bud-çanaq oynağının displaziyası –
Bud-çanaq oynağı inkişafının pozulmasıdır. Bunun əsas səbəbi oynağın “bud” komponentinin “çanaq” komponentilə düzgün uzlaşmamasıdır ki, nəticədə ətrafların dayaq funksiyalarının pozulması yaranır. Displaziyanın yaranma səbəbləri - Dayaq-hərəkət sisteminin inkişaf etməsinə aşağıdakılar səbəb ola bilər: - ; dövründə qadında baş verən hormonal pozuntular; - Susuzluq, dölün iri olması. Bu zaman uşağın bud-çanaq oynaqlarının hərəkət həcmi azalır, isə normal inkişafa mane olur; - Ananın keçirdiyi xəstəliklər (uşaqlığın mioması, uşaqlıqda birləşmə prosesi və s.); - Bəzən çanaq çıxığına az çəkili də rast gəlinir. əlamətləri Çıxığın bəzi əlamətlərini körpənin anası aşağıdakı əlamətlərə görə müəyyənləşdirə bilər: - Uşağın bir ayağının digərindən qısa olması; - Budda əlavə qatın olması; - Yandakı qatlarda asimmetriya; - Ayaqları ayıran zaman ; Ayaqlar dizdən qatlanıqlı vəziyyətdə olduqda açılmır; Ayaqların yığılması zamanı diz və bud-çanaq nahiyəsində şıqqıltı yaranır. Müalicə və bərpa dövründə fred yastıqı,pediatr təyin etdiyi preparat və -3-4 ay sonra müalicəvi uşaq masajı tam göstərişdir

DUZLANMA ADIYLA BİLİNƏN DİZ OYNAĞININ ARTROZU, QONARTROZ NƏDİR?  El arasında bu xəstəlik diz oynağının duzlaşması kimi b...
05/03/2025

DUZLANMA ADIYLA BİLİNƏN DİZ OYNAĞININ ARTROZU, QONARTROZ NƏDİR?
El arasında bu xəstəlik diz oynağının duzlaşması kimi başa düşülür, lakin burada hər hansısa duzun yığılması deyil, oynağı təşkil edən qığırdağın yeyilib öz quruluş və funksiyasının sıradan çıxmasıdır. Zamanla oynaq uclarının deformasiyası, hərəkətlərin ağrılı olması və məhdudlaşması əmələ gəlir. artrozun yaranma səbəbi məlum deyil. Lakin artıq bədən çəkisinin olması , həyat tərzi, genetik faktorlar, yaş səbəb kimi göstərilir. Yaşlı insanlarda daha çox müşahidə olunur. Həmçini artrozun səbəbi travma zamanı oynaqdan keçən sınıqlar, keçirilmiş infeksion xəstəliklər (diz oynağı vərəmi, irinli artriti), diz oynağının təşkil olunmasında iştirak edən menisklərdə və xaça bənzər bağlarda yaranan yırtıqlar , birləşdirici toxumanın sistem xəstəlikləri (revmatoid artit,podaqra və s.),anadan gəlmə inkişaf qüsurları göstərmək olar. Gənclərdən fərqli olaraq artroz yaşlılarda daha çox rast gəlinir. QONARTROZUN ƏLAMƏTLƏRİ:Qonartrozlu xəstələri əsas narahat edən əlamət ağrıdır. Bu ağrılar ilkin əlamətdir və hərəkət edən zaman artır, istirahət vaxtı isə azalır. Xəstə dizini büküb açarkən krepitasiya (“xırtıltı” səsi), şişkinlik müşahidə olunur. Xəstəlik inkişaf etdikcə artıq istirahət vaxtı da ağrılar kəskinləşir, oynaqda hərəkət məhdudluğu, ətraflarda əyrilik, əzələlərdə atrofiya (əzələ zəifliyi fonunda əzlələ kütləsinin azalması ) yaranır və xəstənin sərbəst hərəkət etməsi çətinləşir və xəstə köməkçi vasitələrdən (əl və qoltuq ağacı, walker) istifadə etmək məcburiyyətində qalır. Bu patalogiyanın müalicəsində Masaj xəstəliyin ağırlaşmasının qarşısını almaqla yanaşı oynaq kisəsinin sinoviyal maddəsinin ifraz edilməsini təmin edir,qığırdaqların yeyilməsini,diz oynağların sürtünməsinin qarşısını alır. Həmçini sıxılan sinir Masajın təsir qüvvəsi ilə azad edilməklə ağrı azalır. əzələrin atrofiya olmasını,(zəyifləməsi,kiçilməsin) qarşısını alır. Masaj patalogiyada vəziyyətin yüngül vəya orta,ağır formasından aslı olaraq müalicə kursu təyin edilir. Müalicə vaxtında aparılmazsa,cərrahi üsulla patalogiya müəyyən vaxta kimi aradan qaldırılır. Xəstəliyi vaxtında qiymətləndirmək,müaynə və müalicəsinə başlamaq çox vacibdir.

Artralgiya ( oynaq ağrıları)     istənilən   nəticəsində inkişaf edən   ağrılarıdır. Daha çox xəstəlik   -   ,   ,   və ...
29/01/2025

Artralgiya ( oynaq ağrıları) istənilən nəticəsində inkişaf edən ağrılarıdır. Daha çox xəstəlik - , , və dirsək oynaqlarında rast gəlinir. Baldırla pəncəni birləşdirən, falanqalar arası oynaqlarda daha nadir hallarda rast gəlinir. Artralgiya sindromu ayrı xəstəlik deyil, amma dayaq-hərəkət aparatın və ya daxili patologiyalarının üzə çıxmasında iştirak edir . Artralgiyanın inkişafının əsas səbəbləri – oynaqların iltihabi prosesləri, toksinlər, infeksiyalar, osteofitlər və oynaq xəstəliklərini təhrik edən başqa məhsullardır. Artralgiyalar daha çox bu xəstəliklər vaxtı müşahidə olunur: dayaq-hərəkət aparatı, endokrin, yolxucu, nevropatiyalar , travmaları, artıq çəki, həddən artıq fiziki yükləmələr. Bundan başqa 50% hadisədə xəstəliyin səbəbi oynaq iltihabi proseslərlə əlaqədardır. Zədələnmiş oynaqların sayından asılı olaraq artralgiya 3 formada olur: Yüngül forma artralgiya – yalnız bir oynaq zədələnir. Daha çox iltihabi proses diz oynağında olur. Orta forma artralgiya – zədələnmə 2-dən 4-də qədər oynaqlarda qeyd edilir. Ağır forma artralgiya – 5-dən çox oynaqda müşaidə olunur. Artralgiyanın yaranma səbəbləri: İnfeksion xəstəliklər , Oynaq xəstəliklərinin–fonunda ortaya çıxanlar,nevralgiya, artroz v s olur. Həmçini artralgiya – oynaqlarda ağrı bağlar, əzələlər, onurğa sütunu sümüklərin zədələnməsi nəticəsində meydana çıxır. Müalicəsində müalicəvi masaj tibb sferasında geniş istifadə edilir.

Daban mahmızı. Daban şporuDaban mahmızı- çox geniş yayılmış, topuqda güclü ağrılarla müşahidə edilən xəstəlikdir. Bu day...
30/12/2024

Daban mahmızı.
Daban şporu
Daban mahmızı- çox geniş yayılmış, topuqda güclü ağrılarla müşahidə edilən xəstəlikdir. Bu dayaq-hərəkət aparatının pozğunluğu olub, tibbdə plantar fassit də adlanır. Fassit zamanı daban nahiyəsində yerləşən bağlar iltihablaşır. İltihab artdıqca daban sümüyünün üzərində çıxıntılar (osteofitlər) əmələ gəlir. Məhz bu çıxıntılara “şpor”lar deyilir. Əgər müalicəyə vaxtında başlanmazsa dabanda dözülməz ağrılar, yeriyərkən axsamaq kimi fəsadlarla xəstələri narahat etməyə başlayacaqdır. Ağrılar xüsusilə uzun müddət ərzində oturduqdan və ya uzandıqdan sonra güclü olur, bir qədər gəzdikdən sonra ağrılar azalır.
Simptomlar:Daban mahmızının əsas əlaməti ağrı sindromudur. Ağrı dabanda yaranmış şporun yumşaq toxumaları zədələməsi nəticəsində yaranır. Nəticədə dabanda iltihabi proses meydana çıxır, ayağın pəncəsinə kimi yayılır. Ağrı fiziki yüklənmə, uzun müddət bərk səthdə ayaq üstə dayanarkən,gəzmə və tullanma hərəkətləri edərkən, narahat və dar ayaqqabı geyinərkən artır. Ağrılar çox kəskin olur və əsasən günün birinci yarısında daha çox hiss olunur.Ağrılar həmçinin insan uzun müddət ərzində uzandıqdan və ya oturduqdan sonra yeriməyə başladıqda əmələ gəlir (bunlara “start ağrılar” deyilir). Yaranma Səbəbləri:Plantar fassiya gündəlik summar yüklənməyə məruz qalır. Daimi gərginlik pəncədə mikrotravmaların əmələ gəlməsinə yol açır ki, bu da mahmızın yaranmasına təkan verir. Xəstəlik ən çox bütün günü ayaqüstə çalışan şəxslərdə rast gəlinir. Şporanın yaranmasına təkan verən səbəblər:-yastıayaqlılıq,– artıq çəki – podaqra– virus infeksiyası . Xəstəlik ən çox yastıayaqlılıq və artıq çəkidən əziyyət çəkən şəxslərdə rast gəlinir. Bunun səbəbi pəncəyə və dabana düşən artıq yüklə əlaqədardır ki, bu da əlavə sümük çıxıntılarının əmələ gətirir.Plantar fassit dioqnozu əsasən yaşlı şəxslərdə təsadüf edilir, adətən 40 yaşından sonra əmələ gəlməyə başlayır. Qadınlarda bu pozulmaya kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir. Sümük toxumasının zədələnməsi, aşağı ətraflarda qan dövranı pozğunluğu və toxumalarda regenerasiya prosesinin zəifliyi yaşlı şəxslərdə daha çox müşahidə edilir. Bu da xəstəliyin inkişafına start verən mexanizmdir. Müalicəyə masajla ol

Skolyozda Müalicəvi Masaj. Frontal sahədə onurğanın sağa, yaxut da sola əyilməsi skolyoz adlanır. Skolyoz C vari, sadə o...
26/10/2024

Skolyozda Müalicəvi Masaj.
Frontal sahədə onurğanın sağa, yaxut da sola əyilməsi skolyoz adlanır. Skolyoz C vari, sadə onurğada bir əyrilik və S vari mürəkkəb, onurğada müxtəlif tərəflərə 2-3 əyrilik olur. Səbəb: fiziki yüklənmə, düzgün olmayan qamət nəticəsində yaranır. Həmçini raxit, radikulit və iflicdə səbəb ola bilər. Skolyozun ağırlıq dərəcələrinin əlamətləri. Birinci dərəcə: 1, başın aşağı sallanmış vəziyyəti. 2, çiyinlərin içəri çəkilməsi. 3, belin bükülməsi. 4, əyilmə olan tərəfdə çiynin daha hündürdə olması. 5, belin asimetriyası. 6, şaquli xət ətrafında fəqərələrin dönmə ehtimal olduğu görünür. İkinci dərəcə: 1, boyun və belin asimetriyası. 2, əyilmə tərəfdə çanaq aşağı əyilmiş olur. 3, əyilmə tərəfinin bel nahiyyəsində mütəkkəb əzələ, döş nahiyyəsində isə qabarma müşahidə olunur. 4, bədənin hər hansı bir vəziyyətində skolyoz müşahidə edilir. Üçüncü dərəcə: 1 , ikinci dərəcə skolyozda müşahidə edilən bütün əlamətlər. 2, nəzərə çarpacaq dərəcədə qabırğa donqarı. 3, qabırğanın içəriyə çökməsi. 4, əzələ konturakturaları. 5, qarın əzələrin zəyifliyi. 6, ön qavırğa qöfüslərin qabarması. 7, əzələrin çökməsi və çökmə tərəfində qalça sümüyünə yaxınlaşması müşahidə olunur. Dördüncü dərəcə. 1, onurğanın kəskin deformasiyası baş verir, yuxarda qeyd etdiyimiz mütün əlamətlər daha ağır vəziyyətdə müşahidə edilir. 2, əyilmə nahiyyəsində əzələlər gərilmiş olur. 3, döş skolyozunda çökmə tərəfdə qabırğanın çökməsi və qabırğa donqarı qeyd edilir. 3. Bütün hallarda skolyozda müalicəvi masaj tövsüyyə edilir. Müalicəvi masajın bərpa effektliyi skolyozun ağırlıq dərəcəsindən aslıdı. 1-ci dərəcə 10 D. 2-ci dərəcə 10-20 D. 3-cü dərecə 30-40 D . 4-cü dərəcə də 40 D yuxarı qeyd edilir. Müalicəvi masajın müalicə məqsədi əzələ, sümük maddələr mübadilə pozulmasını korreksiya etmək, əzələrin trofiyasın, qan dövranın yaxşılaşdırır, çökmüş, zəifləmiş əzələnin tonusunu bərpa etmək, gərgin əzələnin gərginliyin aradan qaldırır, limfanın fəaliyyətin gücləndirir, tənəffüs sistəminə müsbət təsir edir. bir hal da qeyd edim ki, əgər zamanında müraciət etmiş olsanız, mürəkkəb yol,cərrahi yola ehtiyac qalmadan problemi Müalicəvi Masajla, həmçini paralel olaraq MBT yaxud üzgüçülüklə birlikdə

İşias nədir? Oturaq sinir orqanizmin ən böyük siniridir. Oturaq sinir ayaqların əzələlərinə və dərisinə impulslar ötürür...
19/04/2024

İşias nədir?
Oturaq sinir orqanizmin ən böyük siniridir. Oturaq sinir ayaqların əzələlərinə və dərisinə impulslar ötürür. Bu sinirin iltihabı - işias - çox yayılmış nevroloji xəstəlikdir. İşias zamanı xəstə belin aşağı hissəsində başlayan və daha sonra sağrıya və ayağın arxa tərəfi boyu topuğa kimi yayılan ağrılar hiss edir. Adətən ağrı bir ayaqda hiss olunur. İkitərəfli işias zamanı ağrı iki ayaqda olur. İkitərəfli işias nadir hallarda inkişaf edir. İşias zamanı ağrılar xroniki tutmaşəkilli xarakter daşıyır - bəzən ağrılar kəskinləşir, bəzən isə azalır və ya tam yox olur. İşias zamanı olan ağrılar müxtəlif ola bilər - sızıldayan və ya yandırıcı, çox kəskin, dözülməz və ya əksinə dözülə bilən. Ağrıdan əlavə xəstə ayaqda həssaslığın və hərəkətliliyinin azalmasını hiss edir, dəridə "qarışqaların yeriməsi" hissi yaranır.Xəstəliyin səbəbi oturaq sinirinin sıxılması və iltihabıdır. Məhz bu sıxılma və iltihab ağrılara, həssaslığın və hərəkətliliyinin azalmasına səbəb olur. Xəstəlik inkişaf etdikcə ağrılar çoxalır, xəstə ayağını diz və baldır-pəncə oynağında bükə bilmir. Zədələnmiş ayaqda əzələlər zəifləyir, hətta qismən fəaliyyətdən qalır və nəticədə kiçilir (buna "atrofiya" deyilir). Ağır vəziyyətlərdə xəstədə sidiyin və (və ya) nəcisin saxlaya bilməməsi kimi patoloji hal inkişaf edir. Bu səbəbdən xəstəliyin müalicəsinə işiasın ilk mərhələlərində başlamaq lazımdır. İşias bir çox hallarda osteoxondrozun fonunda inkişaf edir. Osteoxondroz zamanı onurğa sütunu fəqərələr arası məsafələr kiçilir ki, bu da oturaq sinirin sıxılmasına və iltihaba səbəb olur. Digər səbəblər arasında:travmalar, soyuqlamalar, infeksiyalar (qripp, vərəm, sifilis və s.) və s. Bəzən işias hamiləlik zamanı inkişaf edir. Hamiləlik zamanı qadının onurğa sütunu ciddi yükləmələrə məruz qalır. Bəzi hallarda onurğa sütunu bu yükləmələrə tab gətirmir və nəticədə qadında müxtəlif pozulmalar (o cümlədən, işias) inkişaf edir. İşias zamanı Müalicəvi Masajın təsir qüvvəsi yuxarda qeyd olunan səbəblərlə sıxılan otraq sinirin bərpasına yönəlir. Bel-oma,sağrı və aşağı ətraflara Müalicəvi İsveç Masajı tətbiq edilir. İlk olaraq ağrı simptomu aradan qalxır,sıxılan sinir və parez olan sfera müalicəylə bərpa edilir

Address

Baku

Telephone

+994556353520

Website

Alerts

Be the first to know and let us send you an email when Reabilitoloq Elvin Masaj Terapevt posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share