17/09/2026
🩺 17 sentyabr — Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür.
Bu gün tibbi xidmət zamanı pasiyent təhlükəsizliyinin qorunması, qarşısı alına bilən risklərin azaldılması və düzgün məlumatlılığın vacibliyini xatırladır.
Pasiyent olaraq qəbul etdiyiniz dərmanlar, allergiyalarınız və əvvəlki reaksiyalarınız haqqında həkimi məlumatlandırmaq, müalicə ilə bağlı suallar vermək və dərmanları təyin olunan qaydada qəbul etmək təhlükəsiz müalicənin vacib hissəsidir.
Təhlükəsiz müalicə düzgün məlumat və məsuliyyətli yanaşmadan başlayır. 🤍
Mənbə: Ümumdünya Səhiyyə Təşkilatı / WHO — World Patient Safety Day