Endokrinoloq Gülay Həsənqızı

Endokrinoloq Gülay Həsənqızı Endokrinoloji xəstəliklərin müayinə və müalicəsi

Təhsili
2003-2009 cu illər Azərbaycan Tibb Fakültəsi II Müalicə Profilaktika Fakültəsi
2009-2011 ci illər Sankt-Peterburq şəhərində Meçnikov adına Tibb Akademiyasında Endokrin ve Metobalizma xəstəlikləri kafedrasında kliniki ordinatura
2010-cu il Sankt-Peterburq şəhəri Pediatrik Tibb Akademiyadasında "Uşaq ve yeniyetmə endokrinologiyası" elmi və praktik təcrübə
2012-2013 cü illər Türkiyə Cumhuriyyəti İstanbul Universiteti Çapa Tıp Fakültesinin Endokrin ve Metabolizma xəstəlikləri bölümündə praktik və kliniki təcrübə
2014-cü il Turkiyə Cumhuriyyəti,İstanbul şəhəri, Özel Diyabet Hastanesi, "Diabetik ayaq" bölümündə praktik və kliniki təcrübə
2014-cü ildən Modern Hospitalda fəaliyyət göstərən "Ayaq Mərkəzinin" rəhbəri və həkim-endokrinoloqudur. Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Dərnəğinin həkim-endokrinoloqudur.
İştirak etdiyi konfrans və kurslar:
• Tireodologiya üzrə praktiki seminar, 2010, Rusiya, Sankt-Peterburq
• "Diabet və Postmenopauzal Osteoporoz" adlı konfrans, 2011, Rusiya, Sankt-Peterburq
• "50. Ulusal Diabet" Konfransı, 2014, Türkiyə, Antalya
• İnsulin Pompa Kursu, 2014, Türkiyə, Antalya
• 50th Annual Meeting European Association for the Study of Diabetes, 2014, Austria, Vienna
• "1st İnternational World Diabetes" konfransı, 2014, Türkiyə, İstanbul
• "6. Ulusal Obezite Konfransı", 2014, Türkiyə, İstanbul
• European Congress of Endocrinology, 2015, İrlandiya, Dublin
• 8th World Congress on Diabetes and Obesity, 2015, Latviya, Riqa
• 51th Annual Meeting European Association for the Study of Diabetes, 2015, İsveç, Stokholm
• "EndoBridge" adlı elmi proqram, 2015, Türkiyə, Antalya
• Hipofiz simpoziumu,2016, Türkiyə, ankara
• TEMH konfransı, 2017, Türkiyə, Antalya

Avropa Diabet Assosiasiyasının və Türkiye Endokrin və Metabolizma dərnəyinin üzvüdür.

   ̈nbatımı
13/08/2026

̈nbatımı

24/07/2026

Trabzonda keçirilən Obezite Sempoziumunda panelist olaraq iştirak etməkdən böyük məmnunluq duydum. Dəvət və qonaqpərvərl...
21/06/2026

Trabzonda keçirilən Obezite Sempoziumunda panelist olaraq iştirak etməkdən böyük məmnunluq duydum. Dəvət və qonaqpərvərliyi üçün Alper və Fahri Hocalarım olmaqla əməyi keçən hərkəsə təşəkkür edirəm.

Həyatımın 40-cı yaşını Trabzonda qarşıladım.Deyirlər ki, insan 40 yaşından sonra özünü fərqli hiss etməyə başlayır. Bəlk...
20/06/2026

Həyatımın 40-cı yaşını Trabzonda qarşıladım.
Deyirlər ki, insan 40 yaşından sonra özünü fərqli hiss etməyə başlayır. Bəlkə də səbəbi odur ki, artıq həyatın nə qədər qısa, zamanın nə qədər dəyərli olduğunu daha yaxşı anlayır.

Dində isə 40 yaş kamillik yaşı hesab olunur. İnsan bu yaşlarda nəyin arxasınca getməyə dəyər, nəyin isə sadəcə vaxt itkisi olduğunu daha aydın görür.

Məncə, 40 yaş gəncliyin bitməsi deyil. Əksinə, insanın özünü tanımağa, öz dəyərini bilməyə, ürəyini yoran şeylərdən uzaqlaşmağa başladığı bir dövrdür.

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru əzizim Leyla Cəlalovanın müəllifi olduğu ki...
14/06/2026

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru əzizim Leyla Cəlalovanın müəllifi olduğu kitabın təqdimatından bir xatirə fotosu.
Şəkildə bizi qucaqlayan Ənvər əmi atamın uşaqlıq dostudur. Uzun illər polis-polkovniki kimi xidmət edib. Dürüstlüyü, vicdanı və ehtiyacı olan insanlara əl tutması ilə tanınan, ailəmizə çox yaxın və mənim üçün çox dəyərli insanlardan biridir.

Yan-yana dayanarkən düşündüm ki, bizi birləşdirən təkcə tanışlıq deyil. Hamımızın kökləri Qərbi Azərbaycana bağlıdır.

Mən uşaq vaxtı o torpaqlarda olmuşam, amma xatırlamıram. Buna baxmayaraq, Dərələyəz mənə heç vaxt yad gəlməyib. Nənəm Yasəmən hər zaman Dərələyəzin gözəlliyindən danışardı. Dağlarından, bulaqlarından, təbiətindən, insanlarından, bir də məşhur armudundan… Elə danışardı ki, uşaqlıqdan həmin yerlər gözümün önündə canlanardı. Bəzən düşünürəm ki, mən Dərələyəzi öz gözlərimlə deyil, nənəmin gözləri ilə görmüşəm.

Son illər bir hissi daha çox yaşayıram. Sanki yaşım artdıqca insan keçmişinə, köklərinə, ailə tarixçəsinə daha çox qayıtmaq istəyir. Gənclikdə çox da əhəmiyyət vermədiyimiz söhbətlər, xatirələr, ailə hekayələri zaman keçdikcə tamam başqa məna qazanır. İnsan haradan gəldiyini, kimlərin davamı olduğunu daha çox anlamağa çalışır.

Can dostum, ömrün boyu bu günkü kimi parlayan gözlərin olsun. Sevdiyin insan sənə həmişə güvən, hüzur, mərhəmət və dostl...
28/05/2026

Can dostum, ömrün boyu bu günkü kimi parlayan gözlərin olsun. Sevdiyin insan sənə həmişə güvən, hüzur, mərhəmət və dostluq hiss etdirsin.
Səni çox sevirəm .sabina_nuraliyeva
Allah yolunuzu həmişə açıq, qəlbinizi isə bir-birinizə qarşı yumşaq etsin.

27/05/2026

Qurban bayramınız mübarək! 🌙✨

25/05/2026

GLP-1 RA preparatları, yəni xalq arasında “arıqlama iynələri” kimi tanınan vasitələrin mümkün
əlavə təsirləri ilə bağlı ən çox maraq edilən sualları cavablandırmışam

18/05/2026

17/05/2026

Antalyada keçirilən 62. Ulusal Diyabet Kongresində təşkil olunan “Diyabette Sık Görülen Komplikasyonlara Yakından Bakış” panelində Azərbaycan Endokrinoloqlar Cəmiyyəti olaraq ölkəmizi təmsil etməkdən qürur duyduq.

Address

Atatürk Prospekti 3078, Ayna Sultanova Heykelinin Arxası
Baku

Telephone

+994515444727

Website

Alerts

Be the first to know and let us send you an email when Endokrinoloq Gülay Həsənqızı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Endokrinoloq Gülay Həsənqızı:

Shortcuts

Share