02/10/2026
Tibb işçisinin peşəkar davranış qaydaları mövzusunda təlim keçirilib.
Təlimdə təlimçi qismində Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov, baş tibb bacısı Zərif Teymurova, Pərvanə Paşayeva və Xanım Cababrova, iştirakçı qismində isə müxtəlif şöbə və bölmələrin əməkdaşları iştirak edib.
Təlim pasiyentlə ünsiyyətin əsas prinsipləri, tibb personalının etik davranış qaydaları, komanda işi, tibb işçisinin geyim qaydası, pasiyentlə ünsiyyətin əsas prinsipləri, pasiyentə necə müraciət etməli, pasiyentə qulluq alqoritmi, inyeksiyadan əvvəl pasiyentlə necə ünsiyyət qurmalı, fiziki məxfiliyin qorunması, tibbi etika və deontologiyanın əsas prinsipləri və s. mövzuları əhatə edib.
Təlimlər sual-cavab sessiyası ilə yekunlaşıb.