Göyçay Rayon Mərkəzi Xəstəxanası

Call Directions Contact the business

Göyçay Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir. https://its.gov.az/

30/10/2026

Mən həkim-pediatram. Balaca pasiyentlərimin sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkarlanması və düzgün müalicəsi üçün çalışıram. Hər bir uşağın sağlam böyüməsi mənim üçün ən böyük motivasiyadır.

💙 Həkim olmaq – biliklə şəfa vermək, qayğı ilə güvən yaratmaqdır.

Göyçay Rayon Mərkəzi Xəstəxanasında təlim keçirilibGöyçay Rayon Mərkəzi Xəstəxanasında tibb işçilərinin peşə bilik və ba...
29/10/2026

Göyçay Rayon Mərkəzi Xəstəxanasında təlim keçirilib

Göyçay Rayon Mərkəzi Xəstəxanasında tibb işçilərinin peşə bilik və bacarıqlarının artırılması məqsədilə “Süd vəzi xərçəngi ilə mübarizə ayı” mövzusunda təlim keçirilib.

Təlim xəstəxananın Doğum və Ginekologiya şöbəsinin müdiri Roza Şirinova, həkim-ginekoloqlar Aynur Maqsudova və Səbinə İbrahimova tərəfindən keçirilib.

Təlim zamanı süd vəzi xərçənginin erkən aşkarlanması və profilaktikası ilə bağlı məlumat verilib. Sonda mövzu ətrafında sual-cavab sessiyası təşkil olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Göyçayın Mırtı və İnçə kəndlərində tibbi müayinə aksiyası keçirilibGöyçay rayonunda əhalinin keyfiyyətli tibbi xidmətlər...
28/10/2026

Göyçayın Mırtı və İnçə kəndlərində tibbi müayinə aksiyası keçirilib

Göyçay rayonunda əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə tibbi müayinə aksiyaları davam etdirilir.

Bu çərçivədə Göyçay Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkimlərdən ibarət briqadası Mırtı və İnçə kənd tibb məntəqələrinə səfər edib.

Tibbi briqadanın tərkibinə nevropatoloq, pediatr, oftalmoloq, stomatoloq, laborant və qeydiyyatçı daxil olub. Aksiya zamanı kənd sakinləri müayinə edilib, onların sağlamlıq vəziyyəti qiymətləndirilib və müvafiq müalicə təyin olunub.

Əhalinin sağlamlığının qorunması, ilkin tibbi xidmətlərin əlçatanlığının artırılması və sakinlərin tibbi xidmətlərdən məmnunluğunun təmin edilməsi məqsədilə bu cür müayinə aksiyalarının mütəmadi olaraq rayonun digər kəndlərində də keçirilməsi nəzərdə tutulur.

27/10/2026
Göyçay Rayon Mərkəzi Xəstəxanasında qripə qarşı profilaktik tədbirlər davam etdirilirPayız-qış mövsümündə qrip və digər ...
26/10/2026

Göyçay Rayon Mərkəzi Xəstəxanasında qripə qarşı profilaktik tədbirlər davam etdirilir

Payız-qış mövsümündə qrip və digər respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə əhali arasında profilaktik tədbirlər həyata keçirilir.

Cari ildə ölkəmizdə Niderland istehsalı olan “Influvac Tetra” dördlü qrip vaksini istifadə olunur. Peyvənd qripə yoluxma və xəstəliyin ağır keçməsi riskini azaltmağa kömək edir.

Sağlamlığınızı qoruyun — qripə qarşı vaxtında tədbir görün!

Göyçay Rayon Mərkəzi Xəstəxanasında vərəmlə mübarizəyə dair təlim keçirilibGöyçay Rayon Mərkəzi Xəstəxanasında "Vərəmin ...
26/10/2026

Göyçay Rayon Mərkəzi Xəstəxanasında vərəmlə mübarizəyə dair təlim keçirilib

Göyçay Rayon Mərkəzi Xəstəxanasında "Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu" mövzusuna həsr olunmuş təlim keçirilib.

Təlim Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri, Milli Proqramın müalicə üzrə koordinatoru Mehriban Seyfəddinova və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-ftiziatrı, Milli Proqramın müalicə üzrə koordinatoru Aysel Aslanova tərəfindən keçirilib.

Təlimin əsas məqsədi tibb işçilərinin vərəmin erkən aşkarlanması, düzgün diaqnostikası və müalicəsi sahəsində bilik və bacarıqlarının artırılması, həmçinin xəstəliklə mübarizədə müasir yanaşmaların tətbiqinin təşviq edilməsi olub.

Təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, vərəmlə mübarizə, xəstəliyin erkən aşkarlanması, diaqnostikası və müalicəsi ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

22/10/2026
20/10/2026

20 Oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür!

Osteoporoz sümüklərin möhkəmliyini azaldan və sınıq riskini artıran xəstəlikdir. Xəstəlik əksər hallarda heç bir əlamət vermədən inkişaf edir və ilk dəfə sınıq baş verdikdə aşkarlanır.

Sümük sağlamlığınıza hər gün qayğı göstərin!

✅ Kalsium və D vitamini ilə zəngin qidalara üstünlük verin
✅ Fiziki cəhətdən aktiv olun
✅ Zərərli vərdişlərdən uzaq durun
✅ Risk qrupundasınızsa, həkimə müraciət edin və müayinəyə ehtiyacınızı dəqiqləşdirin

Address

Nizami Kuc. 183
Göyçay
2300

Telephone

+994202741840

Website

Alerts

Be the first to know and let us send you an email when Göyçay Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Göyçay Rayon Mərkəzi Xəstəxanası:

Shortcuts

Share

Nearby health & beauty businesses