Gəncə Şəhər Birləşmiş Xəstəxanası

Directions Contact the business

Gəncə Şəhər Birləşmiş Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

10/10/2026

🧠 Psixi sağlamlıq və fiziki sağlamlıq bir-birindən ayrılmazdır.

Gündəlik həyatımızda yaşadığımız stres, emosional gərginlik, habelə daxili rahatlıq yalnız əhvalımıza deyil, bədənimizin fəaliyyətinə də təsir göstərə bilər.

🎙️ Podkastımızda klinik psixoloq Afaq Məmmədova və həkim-nevroloq Səbinə Tağıyeva ilə psixoloji vəziyyətimizin fiziki sağlamlığımıza təsirini, bədənimizin verdiyi siqnalları və bu əlaqəni anlamağın əhəmiyyətini müzakirə edirik.

👉🏻 Podkastın tam versiyasını linkə keçid edərək izləyə bilərsiniz: https://youtu.be/1vWp_0KUQac?si=zepk3rZPkJyFas89

09/10/2026
Gəncədə “Köməkçi Məhsullar üzrə Təlim” proqramı çərçivəsində təlim keçirilibTƏBİB, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ...
07/10/2026

Gəncədə “Köməkçi Məhsullar üzrə Təlim” proqramı çərçivəsində təlim keçirilib

TƏBİB, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasında (ŞBX) “Köməkçi Məhsullar üzrə Təlim” (TAP) proqramı çərçivəsində təlim təşkil olunub. ÜST-nin rəqəmsal TAP platforması vasitəsilə baş tutan bu layihə ilkin səhiyyə səviyyəsində köməkçi texnologiyalar üzrə peşəkar biliklərin artırılmasına yönəlib.

Açılış mərasimində çıxış edən Gəncə ŞBX-nin direktor vəzifəsini icra edən Səbuhi Həsənov təlimin əhəmiyyətindən danışıb. Səhiyyə Nazirliyinin şöbə müdiri Ramik Quliyev köməkçi məhsulların sosial inklüzivliyin təmin edilməsi və əhalinin həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər barədə məlumatları diqqətə çatdırıb. ÜST-nin nümayəndəsi Turanə Əliyeva isə bu cür proqramların səhiyyə işçilərinin peşəkar inkişafında və əhalinin keyfiyyətli tibbi xidmətə əlçatanlığının təmin olunmasında önəmli rol oynadığını vurğulayıb.

Təlimin əsas məqsədi həkim və tibb bacılarının funksional məhdudiyyətləri vaxtında müəyyən etmək, köməkçi məhsullara (gözlük, eşitmə aparatı, hərəkət vasitələri və s.) olan ehtiyacları qiymətləndirmək və pasiyentləri düzgün xidmət sahələrinə yönləndirmək bacarıqlarını inkişaf etdirməkdir. Proqram çərçivəsində iştirakçılar köməkçi texnologiyalara tələbatın müəyyənləşdirilməsi, ilkin dəstəyin göstərilməsi və uyğun istiqamətlərə yönləndirmə sahəsində öz hazırlıqlarını daha da gücləndiriblər.

06/10/2026
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xətəxananın Poliklinika şöbəsinin həkim-endokrinol...
06/10/2026

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xətəxananın Poliklinika şöbəsinin həkim-endokrinoloqu Tərlan Əmirova 28 sentyabr – 2 oktyabr tarixlərində İtaliyanın Milan şəhərində keçirilən Avropa Diabet Araşdırmaları Assosiasiyasının (EASD 2026) 62-ci İllik Toplantısında iştirak edib.

Dünyanın müxtəlif ölkələrindən minlərlə aparıcı mütəxəssisin toplaşdığı bu nüfuzlu konqresdə diabet, piylənmə və metabolik xəstəliklərin müalicəsindəki ən son elmi yeniliklər, müasir texnologiyalar və qlobal müalicə protokolları müzakirə olunub.

06/10/2026

TƏBİB-in İcraçı direktoru Anar Bayramov vətəndaş qəbulu qrafikinə uyğun olaraq 16 oktyabr 2026-cı il tarixində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayon sakinlərini qəbul edəcək.

📍 Qəbul Quba Rayon Mərkəzi Xəstəxanasında keçiriləcək.

📞 Vətəndaşlar [email protected] elektron ünvanına müraciət edə və ya "815" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilər.

06/10/2026

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib

Səhiyyə sahəsində 30 ildən artıq təcrübəyə malik Oqtay İsmət oğlu Gözəlov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru təyin edilib.

O.Gözəlov peşəkar fəaliyyətinə həkim-psixiatr kimi başlayıb, daha sonra hərbi həkim kimi xidmət edib. Beynəlxalq Qızıl Xaç Komitəsi, “Sərhədsiz Həkimlər” və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində, həmçinin KfW İnkişaf Bankının maliyyələşdirdiyi layihələrdə ekspert və rəhbər vəzifələrdə çalışıb.

2008-ci ildən Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) müxtəlif rəhbər və ekspert vəzifələrində fəaliyyət göstərib. ÜST-nin İsveçrənin Cenevrə şəhərindəki Baş Qərargahında, Avropa, Yaxın Şərq və Qərbi Sakit Okean regionlarında, o cümlədən Danimarka və Özbəkistanda çalışıb. Son illərdə ÜST-nin Ukrayna Ölkə Ofisində komanda rəhbəri vəzifəsində fəaliyyət göstərib.

Oqtay Gözəlov səhiyyə sistemlərinin idarə olunması və gücləndirilməsi, tibbi xidmətlərin təşkili, ictimai səhiyyə proqramlarının idarə olunması, strateji planlaşdırma, fövqəladə vəziyyətlərdə səhiyyənin təşkili və beynəlxalq əməkdaşlıq sahələrində təcrübəyə malikdir.

05/10/2026

İnsan həyatına toxunmaq, sağlamlığı qorumaq və ən çətin anlarda ümid olmaq böyük məsuliyyət və fədakarlıq tələb edir.

Həyatını bu peşəyə həsr edən, gecə-gündüz yorulmadan çalışan, hər qərarında insan həyatını və sağlamlığını öndə tutan bütün həkimləri Beynəlxalq Həkimlər Günü münasibətilə təbrik edirik.

Həkim olmaq yalnız müalicə etmək deyil, ümid vermək, həyata inam yaratmaqdır! 💙

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin orta və kiçik tibb heyəti üçün ...
05/10/2026

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin orta və kiçik tibb heyəti üçün peşəkar bilik və bacarıqlarının, etik davranış və xidmət mədəniyyətinin daha da inkişaf etdirilməsi məqsədilə “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda maarifləndirici təlimlər davam etdirilir.

Gəncə ŞBX-nin Tibb bacıları şöbəsinin müdiri Güney Əzizova və Keyfiyyətə nəzarət üzrə məsul şəxs, təlim koordinatoru Ənvər Abbasov tərəfindən təşkil edilən təlim bu dəfə Perinatal Mərkəzin tibb işçiləri üçün keçirilib və tibb işçilərinin peşə fəaliyyətində qarşılaşdıqları əsas davranış və etik məsələləri əhatə edib.

Təlimin əsas məqsədi əməkdaşların peşəkar davranış və etik qaydaları, pasiyentlərlə düzgün ünsiyyət, xidmət mədəniyyəti, tibb müəssisələrində sanitar-gigiyena tələbləri və bu istiqamətdə nəzarətin təşkili barədə məlumatlılığı artırmaq olub.

Təlim zamanı tibb işçisinin peşəkar görünüşünün mühüm tərkib hissəsi olan geyim qaydalarına xüsusi diqqət yetirilib. Tibbi geyimin səliqəli, təmiz və müəyyən edilmiş tələblərə uyğun olmasının həm işçinin peşəkar imicinin, həm də pasiyentlərdə tibb müəssisəsinə olan etimadın formalaşmasında əhəmiyyətli olduğu qeyd olunub.

Eyni zamanda, orta və kiçik tibb heyətinin peşə fəaliyyətində rəhbər tutmalı olduğu əsas davranış və etik prinsiplər diqqətə çatdırılıb.

Təlimin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, əməkdaşları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Address

Nizami Pr 412
Ganja
AZ2000-AZ2024

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Gəncə Şəhər Birləşmiş Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gəncə Şəhər Birləşmiş Xəstəxanası:

Shortcuts

Share