22/07/2026
Hörmətli mətbuat işçiləri, əziz jurnalistlər!
Sizi, Azərbaycan Milli Mətbuatının yaranmasının 151-ci ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, məhsuldar və məsuliyyətli əməyinizdə böyük nailiyyətlər, işlərinizdə yeni ideyalar və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Mürəkkəb təkamül yolu keçmiş mətbuatımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində yeni inkişaf mərhələsinə çıxmış, azad sözün inkişaf etdirilməsinə xüsusi təkan vermişdir.
Sizə işlədiyiniz kollektivlərdə ahənglilik, müntəzəmlik, ruhlandırıcı əmək və dostluq arzulayıram. Sizə oxucu auditoriyasını respublikadan kənarda da genişləndirməyi, daha çox yeni oxucu, yeni yaradıcılıq bacarığı, işinizdə jurnalistikanın ən yaxşı standartlarından istifadə etmək qabiliyyəti, həmişə zamanla ayaqlaşmaq və fikir azadlığının həmişə qorunmasını saxlaya bilməyinizi, eyni obyektivlikdə və qərəzsiz qalmağınızı arzulayıram.
Mətbuat həyatın güzgüsü, insanların maarifləndirilməsində xüsusi rolu olan bir vasitədir. Sizin yüksək keyfiyyətlə nəşr olunmuş və zamanla ayaqlaşan məqalələriniz, ədəbi savadlılığınız, qəzetlərin gözəl və estetik səhifələri, ölcülüb-bicilmiş fikirlərinizin obyektivliyi həmişə oxuciların diqqət mərkəzindədir. Fürsətdən istifadə edib, eyni zamanda Milli Mətbuatımızın il dönümü münasibəti ilə oxucularınızı da təbrik edir, onlara praktiki əhəmiyyətli məqalələrinizdən, yazılarınızın orijinallığından daha cox zövq almağı və faydalanmağı arzulayıram.
Bayramınız mübarək!
Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının sədri,
tibb üzrə fəlsəfə doktoru, dosent İqbal Əmənullayev