Lerik Rayon Mərkəzi Xəstəxanası

Lerik Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir. Bizə etibar edə bilərsiniz.

13/05/2026
13/05/2026

“e-Tabib” mobil tətbiqi “mygov”a tam inteqrasiya olunaraq fəaliyyətini dayandırır

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində TƏBİB tərəfindən məqsədyönlü işlər aparılır.

Rəqəmsal dövlət xidmətlərinin “bir pəncərə” prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində “e-Tabib” mobil tətbiqi üzərindən göstərilən rəqəmsal xidmətlərin “mygov” platformasına inteqrasiya prosesi artıq bitib.

Bu gündən etibarən “e-Tabib” tətbiqi fəaliyyətini tam olaraq dayandırır və xidmətlər artıq “mygov” platformasından təqdim olunur. Qərar xidmətlərin təkrarlanmasının qarşısının alınması və vətəndaşlara daha çevik xidmət göstərilməsi məqsədilə qəbul olunub. Bununla da “e-Tabib” “mygov” platformasına inteqrasiya edilən növbəti dövlət tətbiqidir.

“mygov” mobil tətbiqini aşağıdakı keçid vasitəsilə yükləyə bilərsiniz:
https://onelink.to/rryy4q

Tətbiqin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyin:
🔹 LinkedIn: https://www.linkedin.com/company/mygovaz/about/
🔹 Facebook: https://www.facebook.com/mygovaz
🔹 Instagram: https://www.instagram.com/mygov.azerbaijan/

12/05/2026

12 May — Beynəlxalq Tibb Bacısı Günüdür

Bu gün münasibətilə bütün tibb bacılarını təbrik edir, onlara çətin və şərəfli işlərində uğur arzulayırıq!

11/05/2026
10/05/2026

Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü tamam olur.

Ulu Öndərin əziz xatirəsini dərin sevgi və ehtiramla yad edirik.

10/05/2026

Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir.

08/05/2026

🩸 8 May – Beynəlxalq Talassemiya Günüdür

Talassemiya valideynlərdən uşaqlara irsi yolla keçən ağır qan xəstəliyidir. Bu zaman orqanizmdə hemoqlobinin normal sintezi pozulur və xroniki qanazlığı yaranır. Xəstəlik erkən yaşlarda özünü göstərdikdə uşaqlarda fiziki və zehni inkişafın ləngiməsi, üz skeletində dəyişikliklər, tez-tez infeksiyalara yoluxma və yüngül sarılıq müşahidə oluna bilər.

Sağlam gələcəyin başlanğıcı məlumatlı seçimdən keçir. Talassemiyanın qarşısını almağın ən təsirli yolu nikahdan öncə və hamiləlikdən əvvəl genetik müayinədən keçməkdir.

Sağlam nəsil üçün bu gündən addım ataq, gələcəyimizi birlikdə qoruyaq!

07/05/2026

💉Hamiləlik dövründə peyvəndlər

Hamiləlik dövründə bəzi peyvəndlər ana və dölün sağlamlığını qorumaq məqsədilə tövsiyə olunur.

Bu peyvəndlər ananın immunitetini gücləndirir, eyni zamanda həm ananın, həm də doğulacaq körpənin infeksiyalardan qorunmasına kömək edir.

Xüsusilə qrip və digər xəstəliklərə qarşı peyvəndlər hamiləlikdə xəstəliyin daha yüngül keçməsi üçün önəmlidir.

Hamiləlik dövründə istifadə edilən peyvəndlər və dərman vasitələri mütləq şəkildə həkim-ginekoloqun təyinatı əsasında istifadə edilməlidir.

06/05/2026

Autizm spektr pozuntusu…

Bu xəstəlik daha çox hansı formalarda özünü büruzə verir?

Autizm spektr pozuntusunun simptomları həyatın ilk 3 ilində başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Xəstəliyin adı rəsmi “Autizm spektr pozuntusu” qəbul edilib.

Autizm spektr pozuntusunu yalnız ixtisaslı tibb mütəxəssisi təyin edə bilər. Autizm diaqnozunu təsdiq etmək üçün uşağın yaş dövrünü izləmək, xüsusi dəyərləndirmə şkalaları ilə qiymətləndirmək, ailənin müşahidəsi, terapiyalardan sonra əldə olunan nəticələrin tibbi tarixçə və anketlərdə təqibi vacibdir.
Autizm spektr pozuntusunun əsas əlamətləri:

• Sosial ünsiyyət problemi;
• Göz təmasını qura bilməməsi;
• Diqqət dağınıqlığı;
• Empati hissinin zəif olması;
• Xəyali, yaradıcı oyunlarda iştirak etməməsi;
• Üz ifadələrinin olmaması;
• Nitq inkişafında gecikmə;
• Məhdud, təkrarlanan davranış, maraq və ya fəaliyyətlər;
• Başqalarını təqlid etməkdə çətinliklər;
• Təkrarlanan səslər, hərəkətlər və s.

Valideynlər evdə uşaqlarının ilkin reaksiyalarına mütləq fikir verməlidir. 6 aydan yuxarı körpələr valideyni ilə göz təması qurmursa, 1 yaşdan yuxarı uşaqlarda isə nitqin gecikməsi, təkrarlanan səslər və ya hərəkətlər, cisimlərin parçalarına davamlı maraq, bəzi uşaqlarda isə aqressivlik, davranış pozuntusu kimi hallar müşahidə edilərsə, mütləq həkim-pediatra və digər mütəxəssis həkimlərə müraciət edilməlidir.

Autizm spektr pozuntusu olan uşaqlarda müalicənin necə aparılmasına gəldikdə isə, həkim qeyd edir ki, autizm spektrinin radikal müalicəsi yoxdur. Lakin erkən müdaxilə bir çox müsbət nəticələr əldə etməyə imkan verir.

Address

Lerik Şəhəri H. Əliyev Meydanı 2
Lerik
AZ4300

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+994252746045

Alerts

Be the first to know and let us send you an email when Lerik Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lerik Rayon Mərkəzi Xəstəxanası:

Share