Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası

Call Directions Contact the business

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir
(1)

Kür çayının üzərində Su Elektrik Stansiyasının tikintisi ilə bağlı salınmış Mingəçevirə şəhər statusu 11 noyabr 1948-ci ildə verilmsinə baxmayaraq, burada qurulan səhiyyə sisteminin tarixi 1946-cı ildən başlayır.

👩‍⚕️🩺 Patronaj xidməti — sağlamlığın  evdən başlayan qayğısıdır.Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-pediatrı A...
07/10/2026

👩‍⚕️🩺 Patronaj xidməti — sağlamlığın evdən başlayan qayğısıdır.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-pediatrı Afaq Cəfərova və tibb bacısı patronaj xidməti çərçivəsində balaca pasiyenti evində müayinə edib, ümumi sağlamlıq vəziyyətini və inkişafını qiymətləndirib.

Valideynə uşağın sağlamlığının qorunması, düzgün qulluq və qidalanması ilə bağlı lazımi tövsiyələr verilib.

Qeyd edək ki,uşaqların sağlam böyüməsini təmin etmək üçün onların sağlamlıq vəziyyətini mütəmadi izləyib, vaxtında tibbi nəzarətdən keçirmək böyük əhəmiyyət daşıyır.

Hər bir uşağın sağlamlığı bizim üçün dəyərlidir!

06/10/2026

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında ağ kod simulyasiyası keçirilib.

Simulyasiyanın məqsədi aqressiv və təhlükəli vəziyyətlər zamanı tibb personalının operativ reaksiyasını, koordinasiyasını və komanda şəklində fəaliyyət bacarıqlarını yoxlamaq və təkmilləşdirmək olub.

05/10/2026

Sağlam gələcəyin təməli savadlı nəsillərdən başlayır. Bu gələcəyin yetişməsində əvəzsiz rol oynayan bütün müəllimləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, əməyiniz üçün təşəkkürümüzü bildiririk!

Peşə bayramınız mübarək! 📚🌟

Tibb kollecinin tələbələri üçün “Ailə təbabəti” mövzusunda təlim keçirilibMingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-...
05/10/2026

Tibb kollecinin tələbələri üçün “Ailə təbabəti” mövzusunda təlim keçirilib

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-kardioloqu Aidə Süleymanova tərəfindən tibb kollecinin tələbələri üçün “Ailə təbabəti” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlim zamanı ailə təbabətinin əsas prinsipləri, əhalinin ilkin tibbi xidmətlə təmin olunmasında ailə həkiminin rolu, xəstəliklərin erkən aşkarlanması və profilaktik tədbirlərin əhəmiyyəti barədə tələbələrə ətraflı məlumat verilib.

Həmçinin sağlam həyat tərzinin formalaşdırılması, xəstəliklərin risk faktorlarının müəyyənləşdirilməsi və pasiyentlərə düzgün tibbi yanaşmanın vacibliyi haqqında geniş fikir mübadiləsi aparılıb.

Təlim tələbələrin nəzəri biliklərinin artırılması və gələcək peşə fəaliyyətlərində praktik yanaşmalarının formalaşdırılması baxımından faydalı olub.

05/10/2026

İnsan həyatına toxunmaq, sağlamlığı qorumaq və ən çətin anlarda ümid olmaq böyük məsuliyyət və fədakarlıq tələb edir.

Həyatını bu peşəyə həsr edən, gecə-gündüz yorulmadan çalışan, hər qərarında insan həyatını və sağlamlığını öndə tutan bütün həkimləri Beynəlxalq Həkimlər Günü münasibətilə təbrik edirik.

Həkim olmaq yalnız müalicə etmək deyil, ümid vermək, həyata inam yaratmaqdır! 💙

04/10/2026

4 Oktyabr Cəbrayıl Şəhəri Günüdür! 🇦🇿

6 il əvvəl rəşadətli Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğaldan azad edib.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, hər il oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında kiçik tibb işçiləri üçün təlim keçirilibMingəçevir Şəhər Mərkəzi Xəstəxanasında ...
02/10/2026

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında kiçik tibb işçiləri üçün təlim keçirilib

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında kiçik tibb işçilərinin peşəkar fəaliyyətinin təkmilləşdirilməsi və iş prosesində davranış və ünsiyyət mədəniyyətinin formalaşdırılması məqsədilə “Tibb işçilərinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib.

Təlim Poliklinika şöbəsinin təsərrüfat bacısı Həcər Həsənova tərəfindən aparılıb. Təlim çərçivəsində tibb işçilərinin pasiyentlərlə münasibətlərində etik və peşəkar davranış prinsipləri, ünsiyyət zamanı diqqət edilməli məqamlar, qarşılıqlı hörmət və işgüzar münasibətlərin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Təlim zamanı iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, gündəlik fəaliyyət zamanı qarşılaşa biləcək situasiyalar ətrafında müzakirələr aparılıb və fikir mübadiləsi keçirilib.

Bu istiqamətdə keçirilən maarifləndirici təlimlər tibb işçilərinin peşəkar davranış və kommunikasiya bacarıqlarının davamlı şəkildə inkişaf etdirilməsinə xidmət edir.

01/10/2026

🎗️ Oktyabr "Süd vəzi xərçənginə qarşı mübarizə ayı"dır.

Süd vəzi xərçəngi erkən mərhələdə aşkarlandıqda müalicə imkanları əhəmiyyətli dərəcədə artır. Ən vacib addım vaxtında müayinədən keçməkdir.

✅ Ayda bir dəfə süd vəzilərinizi özünüz yoxlayın;
✅ Süd vəzilərində şiş, ölçü və ya formasında dəyişiklik, döş ucundan ifrazat və ya dəridə dəyişiklik, çökükləşmə, qalınlaşma və ya "portağal qabığı" görüntüsü kimi əlamətlərə diqqət yetirin;
✅ Belə əlamətləri görsəniz, gecikmədən həkimə müraciət edin;
✅ 40 yaşdan sonra müntəzəm olaraq mammoloq müayinəsindən keçin.

Özünüzün və yaxınlarınızın sağlamlığına biganə qalmayın! Erkən aşkarlanma və zamanında müdaxilə həyat xilas edir💗

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Ailə Sağlamlığı Mərkəzinin ailə həkimləri və sahə tibb bacıları tərəfindən hamil...
01/10/2026

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Ailə Sağlamlığı Mərkəzinin ailə həkimləri və sahə tibb bacıları tərəfindən hamilə və zahı qadınlara patronaj ziyarətləri həyata keçirilib.

Ziyarətlər zamanı qadınların ümumi sağlamlıq vəziyyəti, şikayətləri və əsas sağlamlıq göstəriciləri qiymətləndirilib, müvafiq tövsiyələr verilib.

Hamilə qadınlara düzgün qidalanma, şəxsi gigiyena, sağlam həyat tərzi və həkim müayinələrinin vaxtında aparılmasının əhəmiyyəti barədə məlumat verilib.

Zahı qadınlara isə doğuşdan sonrakı dövrdə öz sağlamlıqlarına diqqət yetirmələri, körpənin düzgün qidalanması və qulluğu ilə bağlı tövsiyələr çatdırılıb.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tibb bacıları üçün təlim keçirilibMingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tibb b...
30/09/2026

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tibb bacıları üçün təlim keçirilib

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tibb bacılarının peşəkar davranış və kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Tibb işçilərinin peşəkar davranış qaydaları” mövzusunda növbəti təlim keçirilib.

Təlim poliklinika şöbəsinin böyük tibb bacısı Esmira Əhmədova tərəfindən keçirilib. Təlim zamanı pasiyentlərlə düzgün və etik ünsiyyət, peşəkar davranış qaydaları, qarşılıqlı hörmət və pasiyent məmnuniyyətinin artırılması ilə bağlı əsas məqamlar diqqətə çatdırılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Address

Mingəçevir şəhəri, 20 Yanvar Küç. 12
Mingechaurges
AZ4500

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 16:00

Telephone

+994242748017

Website

Alerts

Be the first to know and let us send you an email when Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası:

Shortcuts

Share