Naftalan Şəhər Mərkəzi Xəstəxanası

Call Directions Website Contact the business

Naftalan Şəhər Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

02/10/2026
💉Peyvənd – sağlam gələcəyə atılan addımdır.Peyvəndlər uşaqları və böyükləri bir sıra yoluxucu xəstəliklərdən qorumağın ə...
02/10/2026

💉Peyvənd – sağlam gələcəyə atılan addımdır.

Peyvəndlər uşaqları və böyükləri bir sıra yoluxucu xəstəliklərdən qorumağın ən effektiv üsullarından biridir. Peyvənd vasitəsilə immun sistemi xəstəlik törədicisini tanımağa öyrənir və gələcəkdə həmin infeksiya ilə qarşılaşdıqda daha sürətli müdafiə yarada bilir.

- Uşaqların vaxtında peyvənd olunması onların sağlamlığının qorunmasında mühüm rol oynayır.

- Peyvənd yalnız fərdi deyil, cəmiyyətin ümumi sağlamlığının qorunmasına da kömək edir.

- Peyvəndlərin yaşa uyğun olaraq vaxtında aparılması və peyvənd təqviminə əməl edilməsi vacibdir.

Sağlam gələcək bu gündən başlayır. Peyvənd olun, özünüzü və yaxınlarınızı qoruyun!

01/10/2026

1 Oktyabr Beynəlxalq Ahıllar Günüdür.

Ahıl insanların sağlamlığının qorunması, onların tibbi və sosial ehtiyaclarına diqqət göstərilməsi cəmiyyətin hər bir üzvünün məsuliyyətidir.

01/10/2026

🎗️ Oktyabr "Süd vəzi xərçənginə qarşı mübarizə ayı"dır.

Süd vəzi xərçəngi erkən mərhələdə aşkarlandıqda müalicə imkanları əhəmiyyətli dərəcədə artır. Ən vacib addım vaxtında müayinədən keçməkdir.

✅ Ayda bir dəfə süd vəzilərinizi özünüz yoxlayın;
✅ Süd vəzilərində şiş, ölçü və ya formasında dəyişiklik, döş ucundan ifrazat və ya dəridə dəyişiklik, çökükləşmə, qalınlaşma və ya "portağal qabığı" görüntüsü kimi əlamətlərə diqqət yetirin;
✅ Belə əlamətləri görsəniz, gecikmədən həkimə müraciət edin;
✅ 40 yaşdan sonra müntəzəm olaraq mammoloq müayinəsindən keçin.

Özünüzün və yaxınlarınızın sağlamlığına biganə qalmayın! Erkən aşkarlanma və zamanında müdaxilə həyat xilas edir💗

Oktyabr – Süd Vəzi Xərçəngi ilə Mübarizə AyıdırSüd vəzi xərçəngi qadınlar arasında ən çox rast gəlinən onkoloji xəstəlik...
01/10/2026

Oktyabr – Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayıdır

Süd vəzi xərçəngi qadınlar arasında ən çox rast gəlinən onkoloji xəstəliklərdən biridir. Lakin xəstəliyin erkən mərhələdə aşkarlanması müalicənin nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Öz sağlamlığınıza laqeyd yanaşmayın. Süd vəzisində yeni yaranan kütlə, forma və ölçü dəyişikliyi, dəridə dəyişiklik, məmə başında fərqli görünüş və ya ifrazat kimi əlamətlər müşahidə etdikdə həkimə müraciət edin.

Müntəzəm müayinələr və vaxtında həkimə müraciət – sağlam gələcəyə atılan mühüm addımdır.

01/10/2026

Respublika Klinik Xəstəxanasında 91 yaşlı qadın uğurla əməliyyat olunub

TƏBİB-in tabeliyindəki Respublika Klinik Xəstəxanasında 1935-ci il təvəllüdlü qadın pasiyent üzərində sol bud sümüyünün sınığının cərrahi yolla bərkidilməsi və sabitlənməsini nəzərdə tutan osteosintez əməliyyatı uğurla icra olunub.

Tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsi davam etdirilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

30/09/2026



1950-ci il təvəllüdlü Şəfiqə Məmmədova baş ağrısı, gicəllənmə, təngnəfəslik, arterial təzyiqin yüksəlməsi, bədəndə səpkilərin yaranması, köp, qaşınma, ağızda quruluq və acılıq, mədə-bağırsaq pozğunluğu, aqressivlik, əsəbilik, ümumi zəiflik, halsızlıq və dispeptik şikayətlərlə Naftalan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Pasiyentə zəruri tibbi xidmətlər göstərilib və arterial hipertenziyanın III dərəcəsi, allergik dermatit, xroniki hepatoxolesistit, pankreatit əlamətləri və şəkərli diabet diaqnozları təyin olunub.

Hazırda Terapiya şöbəsində müalicəsi davamedən pasiyentin vəziyyəti qənaətbəxşdir.

Address

İslam Həsənzadə Küçəsi 197
Naftalan
4600

Telephone

+994223523023

Alerts

Be the first to know and let us send you an email when Naftalan Şəhər Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Naftalan Şəhər Mərkəzi Xəstəxanası:

Shortcuts

Share