Qəbələ Rayon Mərkəzi Xəstəxanası

Qəbələ Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

⚖️ Sağlam həyat hüququ hər bir insanın əsas hüquqlarından biridir.Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hə...
10/06/2026

⚖️ Sağlam həyat hüququ hər bir insanın əsas hüquqlarından biridir.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.

İnsanların keyfiyyətli tibbi xidmətlə təmin olunması, təhlükəsiz mühitdə yaşaması və sağlam həyat tərzinə təşviq olunması cəmiyyətin inkişafında mühüm rol oynayır.

Sağlamlıq hüququnun qorunması xəstəliklərin qarşısının alınmasına, insanların həyat keyfiyyətinin yüksəlməsinə və sağlam cəmiyyətin formalaşmasına xidmət edir.

ℹ️ Bu səbəbdən səhiyyə sahəsində maarifləndirmə işlərinin aparılması və hər kəs üçün bərabər tibbi xidmət imkanlarının yaradılması vacib hesab olunur.

Daha çox pasiyent üçün sümük iliyi transplantasiyası imkanı yaradılıbİcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində mühüm ...
09/06/2026

Daha çox pasiyent üçün sümük iliyi transplantasiyası imkanı yaradılıb

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində mühüm dəyişiklik edilib. Bu barədə Azərbaycan Respublikasının Azərbaycan Respublikası Nazirlər Kabineti müvafiq qərar verib.

Qərara əsasən, təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilən sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının say həddi artırılıb. Belə ki, əvvəllər 20 transplantasiya əməliyyatına sığorta təminatı verildiyi halda, bundan sonra bu göstərici 50-yə yüksəldilib.

Bu addım mürəkkəb və yüksək ixtisaslaşmış tibbi xidmətlərə əlçatanlığın genişləndirilməsi, eləcə də pasiyentlərin müalicə imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Yeni qərarın sümük iliyi transplantasiyasına ehtiyacı olan şəxslərin vaxtında və keyfiyyətli tibbi yardım almasına müsbət töhfə verəcəyi gözlənilir.

🔗 Daha ətraflı: https://nk.gov.az/az/senedler/qerarlar/azerbaycan-respublikasi-nazirler-kabinetinin-2020-9539

Qəbələ Rayon Mərkəzi Xəstəxanasında “İlan sancmaları zamanı ilkin tibbi yardım” mövzusunda təlim təşkil olunub.Təcili ti...
09/06/2026

Qəbələ Rayon Mərkəzi Xəstəxanasında “İlan sancmaları zamanı ilkin tibbi yardım” mövzusunda təlim təşkil olunub.

Təcili tibbi yardım şöbəsinin təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi Fəxrəndə Cəfərovanın moderatorluğunda baş tutan təlimdə aidiyyəti şöbələrin əməkdaşları iştirak ediblər.

Məqsəd ilan sancmalarının təhlükələri, klinik əlamətləri və bu hallarda göstərilməli olan ilkin tibbi yardım qaydaları barədə iştirakçıları məlumatlandırmaq olub.

Təlim zamanı ilan sancması zamanı düzgün davranış qaydaları, vaxtında və düzgün tibbi müdaxilənin əhəmiyyəti, eləcə də zərərçəkənə göstərilməli olan ilkin yardım tədbirləri ətraflı izah edilib. Həmçinin ilan sancmaları ilə bağlı tez-tez yol verilən səhvlər, mümkün ağırlaşmalar və müalicə prinsipləri barədə geniş məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Məişət zorakılığı ilə mübarizə insan hüquqlarının təminatıdırMəişət zorakılığının harada baş verməsindən asılı olmayaraq...
09/06/2026

Məişət zorakılığı ilə mübarizə insan hüquqlarının təminatıdır

Məişət zorakılığının harada baş verməsindən asılı olmayaraq, onun fəsadları cəmiyyətin problemidir!

Məişət zorakılığı yalnız fiziki şiddətlə məhdudlaşmır. Davamlı təhqir, alçaltma, təhdid, nəzarət, sosial təcrid və maddi asılılığın yaradılması da zorakılıq formaları hesab olunur.

❗️Cəmiyyətin maarifləndirilməsi zorakılığa “yox!” deməyə bir addımdır.

Uşaqlarda nitq və inkişaf bacarıqlarının yaşa uyğun formalaşması sağlam inkişafın əsas göstəricilərindən biridir.Mütəxəs...
08/06/2026

Uşaqlarda nitq və inkişaf bacarıqlarının yaşa uyğun formalaşması sağlam inkişafın əsas göstəricilərindən biridir.

Mütəxəssislər bildirir ki, yaşa uyğun söz ehtiyatının formalaşmaması, sosial təmasdan yayınma, göz kontaktının zəif olması və ya yaşıdları ilə ünsiyyətdə gerilik göstərməsi inkişaf ləngiməsinin erkən əlamətləri kimi qiymətləndirilə bilər.

Bu hallarda valideynlərə tövsiyə olunur:

🔹 Uşağın inkişaf göstəricilərini mütəmadi izləmək;
🔹 Gündəlik ünsiyyət və interaktiv oyunları artırmaq;
🔹 Ekran vaxtını məhdudlaşdırmaq və sosial ünsiyyətə təşviq etmək;
🔹 Gecikmə müşahidə olunduqda mütəxəssisə müraciət etmək.

Erkən diqqət və vaxtında müdaxilə uşağın sağlam inkişafında həlledici rol oynayır.

08/06/2026

Prezident həftəsi (01-07.06.2026)

Regionlara 25 yeni ambulans və reanimobil təhvil verilibTəcili tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndir...
05/06/2026

Regionlara 25 yeni ambulans və reanimobil təhvil verilib

Təcili tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 25 ambulans bölgələrə göndərilib.

Ağdaş, Abşeron, Lənkəran, Cəlilabad, Sumqayıt, Gəncə, Astara, Göyçay, Sabirabad, Saatlı, Zaqatala, Bərdə, Samux, Biləsuvar, Qax, Şirvan, Masallı, Qusar, Beyləqan, Şəki, Neftçala rayon və şəhərlərinin Təcili tibbi yardım bölmələrinə yeni ambulans və reanimobillər təhvil verilib.

Avtomobillərdə monitorlu defibrilyator, elektrokardioqraf (EKQ), pulsoksimetr, qlükometr, böyüklər və uşaqlar üçün AMBU dəstləri, portativ və stasionar oksigen sistemləri, mexaniki və elektrik aspiratorlar, vakuum xərək, onurğa taxtası, boyun və hava şinaları, larinqoskop, ilk yardım çantası və digər zəruri tibbi avadanlıqlar yerləşdirilib.

İtaliya istehsalı olan İVECO markalı ambulanslar texniki spesifikasiyasına görə sadə differensiallı standart və reanimobil təcili tibbi yardım avtomobilləridir.

Təcili tibbi yardım xidmətinə əlçatanlığı tələb olunan səviyyədə təmin etmək, xidmətin keyfiyyətini artırmaq, resurslardan effektiv və səmərəli istifadə etmək məqsədilə ambulans parkının bütün ölkə üzrə yenilənməsi nəzərdə tutulur.

Həyata keçirilən islahatlar çağırışlara çatma müddətinin əhəmiyyətli dərəcədə azaldılmasını və vətəndaşlara göstərilən tibbi yardımın keyfiyyətinin daha da yaxşılaşdırılmasını hədəfləyir.

🦠 Yazda ən çox yayılan respirator viruslar və onların orqanizmə təsiriRespirator viruslar tənəffüs yollarını zədələyən v...
05/06/2026

🦠 Yazda ən çox yayılan respirator viruslar və onların orqanizmə təsiri

Respirator viruslar tənəffüs yollarını zədələyən və əsasən, hava-damcı yolu ilə yayılan infeksion törədicilərdir. Bu viruslar mövsüm keçidlərində, o cümlədən yaz aylarında daha aktiv olur. Ən çox yayılan növləri - rinovirus (adi soyuqdəymə), adenovirus (tənəffüs yolları, göz, bağırsağa düşən virus) və parainfluenza (uşaqlardakı qrip) virusudur.

Virusların ilkin simptomları barədə məlumat verən Yeni Klinikanın həkim-infeksionisti Səxavət Xəlilli aşağıdakı hallar müşahidə olunduqda profilaktik tədbirlərin görülməsini vacib hesab edir.
"Bu viruslar zamanı burunun tutulması, axması, asqırma, öskürmə, boğazda yanma, qıcıqlanma, 37.5°C-ni keçməyən subfebril temperatur, halsızlıq, əzələ-oynaq ağrıları, baş ağrısı və yüksələn temperatur müşahidə edilir.

Əlamətlərin müşahidə olunduğu ilk günlərdən bol maye qəbul etmək, yuxu rejiminin normal olması, mövsümə uyğun qidalanma və istirahətə diqqət etmək lazımdır. Antipiretik/analgetik, antihistamin, lokal analgetik təsiri olan pastillər və ya sprey də istifadə oluna bilər. 3 gündən çox davam edən 38°C-ni keçən temperatur, normallaşıb yenidən yüksələn temperatur halları müşahidə olunursa, sinədə ağrı, təngnəfəslik, kəskin halsızlıq, susuzluq varsa, bundan başqa, risk qrupuna daxil olan 5 yaşından kiçik uşaqların, 65 yaşdan yuxarı şəxslərin, hamilələrin, xroniki xəstəlikləri olan şəxslərin həkimə müraciət etmələri tövsiyə olunur”.

Lökbatan Tibb Mərkəzinin həkim-pediatrı Aytən Bəşirovanın sözlərinə görə isə, yaz aylarında bu virusların aktivləşməsinin səbəbləri var:

"Dəyişkən hava şəraiti bəzi virusların, məsələn, adenovirusun müəyyən temperatur və rütubət şəraitində daha dayanıqlı olmasına səbəb olur. Bu viruslar hava-damcı yolu ilə, çirklənmiş su (məsələn, hovuz), həmçinin virusun saatlarla qala bildiyi çirklənmiş səthlərlə təmas nəticəsində, xüsusilə də gigiyena qaydalarına əməl edilmədikdə yayılır".

Respirator viruslar, əsasən, yuxarı və aşağı tənəffüs yollarına təsir göstərir, bəzi hallarda digər orqanlara da yayıla bilir:

"Məsələn, adi soyuqdəymə (rinovirus) orta qulaq iltihabı (otit) və sinüzit kimi ikincili ağırlaşmalara səbəb ola bilər. Xüsusilə, astma xəstələrində tənəffüs yollarının həssaslığını artıraraq ciddi astma tutmalarına zəmin yaradır. Eyni zamanda adenovirus digərlərinə nisbətən daha çox orqana təsir edə bilir. Tənəffüs sistemi, gözlər və mədə-bağırsaq sisteminə və sair. İmmuniteti zəif olan şəxslərdə qaraciyər, ürək və beyin iltihabı kimi həyati təhlükəli vəziyyətlərə səbəb ola bilər. Bu səbəbdən də hər zaman ehtiyatlı olmaq lazımdır".

Pediatr onu da qeyd etdi ki, viruslar daha çox 6 ay - 3 yaş arası olan uşaqlarda yayılır, çünki onların qırtlaq quruluşu dar olduğundan virusun yaratdığı şişkinlik həyati təhlükəli tənəffüs çətinliyinə səbəb ola bilər.

Həkimlər bildirirlər ki, həkim müayinəsindən keçmədən “tez sağalmaq” üçün bir çox dərmanı qarışdırmaq və antibiotiklərdən istifadə etmək yolverilməzdir!

Qəbələ Rayon Mərkəzi Xəstəxanası tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir.H...
05/06/2026

Qəbələ Rayon Mərkəzi Xəstəxanası tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş aksiya çərçivəsində ölkə üçün prioritet sahələrdən biri olan ana, qadın və uşaq sağlamlığının yaxşılaşdırılması məqsədilə Qəbələ Rayon Mərkəzi Xəstəxanası tərəfindən hərəkət məhdudiyyəti olan qız uşaqlarının evdə tibbi müayinələrinin aparılmasına başlanılıb.

Proqram çərçivəsində uşaqların sağlamlıq vəziyyəti qiymətləndirilir, xroniki xəstəliklər erkən aşkarlanır, müalicə-profilaktik tövsiyələr verilir və tibbi-sosial reabilitasiyaları planlaşdırılır. Bundan əlavə, yeniyetmə qızların reproduktiv sağlamlığı da daxil olmaqla, yaşa uyğun digər sağlamlıq aspektləri üzrə qiymətləndirmələr həyata keçirilir.

Dispanserizasiya müayinələri sahə həkiminin iştirakı olmaqla, pediatr, oftalmoloq, otorinolarinqoloq, nevroloq, ginekoloq, stomatoloq və digər dar ixtisaslı həkimlər tərəfindən aparılır.

🌳 Ətraf mühitin qorunması sağlam cəmiyyətin və dayanıqlı inkişafın vacib şərtidir. 🌱Gələcək nəsillər naminə təbiətə qayğ...
05/06/2026

🌳 Ətraf mühitin qorunması sağlam cəmiyyətin və dayanıqlı inkişafın vacib şərtidir.

🌱Gələcək nəsillər naminə təbiətə qayğı ilə yanaşaq.

Address

Abbas Səhhət Küçəsi 12
Qabala

Alerts

Be the first to know and let us send you an email when Qəbələ Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Qəbələ Rayon Mərkəzi Xəstəxanası:

Share