Qax Rayon Mərkəzi Xəstəxanası

Call Directions Website Contact the business

Qax Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir

30/10/2026

Mən həkim-pediatram. Balaca pasiyentlərimin sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkarlanması və düzgün müalicəsi üçün çalışıram. Hər bir uşağın sağlam böyüməsi mənim üçün ən böyük motivasiyadır.

💙 Həkim olmaq – biliklə şəfa vermək, qayğı ilə güvən yaratmaqdır.

30/10/2026
28/10/2026

Reflüks xəstəliyi və diafraqmal yırtığı olan pasiyentə Qax Rayon Mərkəzi Xəstəxanasında Laparoskopik Nissen fundoplikasiya əməliyyatı icra olunub.

Uzman həkim Araz Babayev tərəfindən əməliyyat uğurla həyata keçirilib.

Bu cür mürəkkəb cərrahi əməliyyatların xəstəxanamızda uğurla gerçəkləşdirilməsi kollektivimizin peşəkarlığının, zəngin təcrübəsinin və müasir tibbin imkanlarından səmərəli istifadəsinin qürurverici göstəricisidir.

Bu yalnız tibbi nailiyyət deyil, həm də insan həyatının qorunmasına, sağlamlığın bərpasına və ümidlərin gerçəkləşməsinə xidmət edən böyük uğurdur.

27/10/2026

Qax Rayon Mərkəzi Xəstəxanasında uzman həkim Araz Babayev tərəfindən 45 yaşlı pasiyentə laparaskopik xolesistektomiya əməliyyatı icra olundu.

Qax  Rayon  Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində qripə qarşı  vaksinasiya prosesinə start verilib. Payız- qı...
23/10/2026

Qax Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində qripə qarşı vaksinasiya prosesinə start verilib.

Payız- qış mövsümündə havaların soyuması ilə əlaqədar kəskin virus infeksiyalarının, o cümlədən qripin yayılma ehtimalı artır. Əhali arasında profilaktik tədbirlərin gücləndirilməsi və qripə yoluxma riskinin azaldılması məqsədilə ölkəyə qrip əleyhinə vaksin preparatları gətirilib. Səhiyyə Nazirliyinin müvafiq Əmrinə əsasən, 2026-cı il oktyabrın 21-dən etibarən qripə qarşı vaksinasiya prosesinə start verilir.
Qripə qarşı vaksinasiya ödənişsizdir və əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində həyata keçirilir. Vətəndaşlar peyvənd olunmaq üçün yaşayış və ya iş yeri üzrə müvafiq tibb müəssisələrinə müraciət edə bilərlər.

Xüsusilə tibb işçilərinə, hamilə qadınlara, eləcə də xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı şəxslərə qripə qarşı peyvənd olunmaları tövsiyə edilir.

Səhiyyə Nazirliyi əhalini mövsümi qripə qarşı peyvənd olunmağa və sağlamlığın qorunması məqsədilə profilaktik tədbirlərə əməl etməyə çağırır.

19/10/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.

Fərmana əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

➡️ Daha ətraflı: https://president.az/az/articles/view/74168

🇦🇿 Müstəqilliyimiz xalqımızın azadlıq iradəsinin və milli dövlətçilik əzmimizin təcəssümüdür.Bu əlamətdar gün münasibəti...
18/10/2026

🇦🇿 Müstəqilliyimiz xalqımızın azadlıq iradəsinin və milli dövlətçilik əzmimizin təcəssümüdür.

Bu əlamətdar gün münasibətilə bütün xalqımızı təbrik edir, Azərbaycanın müstəqilliyinin əbədi və sarsılmaz olmasını arzulayırıq!

Address

9 Aprel Küçəsi
Qakh
AZ3400

Alerts

Be the first to know and let us send you an email when Qax Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Qax Rayon Mərkəzi Xəstəxanası:

Shortcuts

Share