Sinaps

Sinaps Hər an daha yaxşı bir siz olmağa bir addım. UZAQDAN TİBBİ MUAYİNƏ, DİAQNOSTİKA VƏ MÜALİCƏ MÜMKÜNDÜR MÜ? nadir olmayaraq tətbiq olunmaqdadır.

“SİNAPS” ŞƏBƏKƏSİ NƏDİR?

“SİNAPS - Psixonevroloji Konsultasiya Şəbəkəsi" onlayn tibbi məsləhət portalıdır. “Sinaps” şəbəkəsi psixonevroloji problemlər ilə əlaqəli professional və düzgün tibbi istiqamətləndirmə yolu ilə insanları faydalı nəticələrə çatdırmağı hədəfləyir.

“SİNAPS” ŞƏBƏKƏSİ NECƏ İŞLƏYİR?

“SİNAPS” sahəsində ixtisaslaşmış, əsasən Türkiyə Respublikasında yetişən (“türk.:uzma

nlaşan”) psixiatr, nevroloq, psixoterapevt və konsultant həkimlər ilə tibbi məsləhət alıcılarını onlayn rabitə texnologiyaları vasitəsilə calaşdıraraq mümkün olan maksimum tibbi nəticəni hədəfləyir.

“SİNAPS”/ONLAYN PSİXONEVROLOJİ KONSULTASİYA XİDMƏTİ İDEYASI NECƏ YARANDI? COVİD-19 pandemiyasının ortaya çıxardığı məhdudiyyətlər, xəstəxanaların qeyri-covid xəstələrin üzünə uzun müddət bağlı qalmağı alternativ tibbi xidmət üsullarını müzakirə predmetinə çevirdi. Dünya əhalisi uzaqdan iş, uzaqdan təhsil, uzaqdan toplantı kimi metodlarla birgə uzaqdan tibbi xidmət anlayışı ilə tanış oldu. Bizim mütəxəssislərimizin də Türkiyə Səhiyyə Sisteminin tərkibində çalışaraq təcrübə etdiyi “teletıp” (uzaqdan tibbi xidmət) sistemi də pandemiya dövründə özünü doğrultdu. Uzaqdan tibbi xidmət yeni anlayiş deyil ve covid-19 pandemiyasından əvvəl də mövcud idi. Uzaqdan tibbi xidmət ən geniş halda psixiatriya və psixoterapiya sahəsində tətbiq olunsa da tibbin digər sahələrində, xüsusən həkim və xəstənin eyni mühitdə olmasının vacib olmadığı durumlarda (məsələn, kontrol vizitlər, müalicənin qeyri-organik təsirlərinin və effektivliyinin dəyərləndirilməsi və xəstə ilə müzakirəsi, tibbi mövzularda ön məsləhətləşmə və s.)

Address

Qaradag

Telephone

+994709929322

Website

Alerts

Be the first to know and let us send you an email when Sinaps posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sinaps:

Shortcuts

Share